• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
26-02-2020, 10:31

Şəmkirdə baxıcı Mirhəşimin “toxunulmaz şəxs” olmasının kökündə nələr durur?

Şəmkirdə baxıcı Mirhəşimin “toxunulmaz şəxs” olmasının kökündə nələr durur?

Bu günlərdə redaksiyamıza Şəmkir rayon mərkəzinə yaxın ərazidə baxıcılıq fəaliyyəti ilə məşğul olan, atdığı addımlarına görə gündəlik xeyli məbləğdə “haqq-hesab” qazanmağı bacaran, indiyə kimi çoxsaylı vətəndaşları dəfələrlə “tora salan” və bütün bunların qarşılığında özünə eni-uzunu bilinməyən tərzdə gözəgəlimli imarət inşa etdirən, həmçinin ötən illər ərzində lazımi qədər var-dövlət əldə etməklə imkanlı bir şəxsə çevrilən baxıcı Mirhəşimin əməlləri ilə bağlı xeyli məlumatlar daxil olub. Daxil olan məlumatlarda bildirilir ki, adı çəkilən bu şəxs müəyyən yaş həddinə çatsa da, həmçinin səhhətində bəzi problemləri olsa da, o, bu gün də tutduğu əməllərindən əl çəkmir ki, çəkmir. Belə bir səbəblər üzündəndir ki, adı Mir və Həşim sözlərinin birləşməsindən əmələ gələn baxıcı Mirhəşimin adı, bu gün ölkəmizin böyük bir regionunda dillər əzbəri olub.
Onu da unutmaq olmaz ki, bu şəxsin belə bir yöndə fəaliyyət göstərməsinin uzun illəri əhatə edən tarixçəsi var. Ona görə də, baxıcı Mirhəşim adı ilə tanınan bu şəxsin hüzuruna, bəlkə də gün ərzində yüzlərlə qadın üz tutur. Əldə etdiyimiz şifahi məlumatlara görə o, əksər qadınlara, ailə həyatı qurmaq istəyində olan gənclərə və s. bəxt açacağı yöndə “yağlı vədlər” verir və atdığı addımların qarşılığında müəyyən əşyalar aldırmaqdan əlavə, hətta onların pul-paralarını da ələ keçirməyi bacarır. Amma, bu şəxs nə qədər “bic” və fırıldaq əməllərə, “cızıb-pozduğu oyun qaydalar”ına qol qoysa da, çox keçmir ki, onun atdığı addımların hər biri hər kəsə güntəki aydın olur. Məsələn, baxıcı Mirhəşim adı ilə tanınan bu şəxsin “toruna saldığı” qadınlardan biri də, əslən Naxçvan MR-dan olan Elnarə Əliyevadır. Bu xanım redaksiyamıza ünvanladığı müraciətində qeyd edir: “Mən Bakı şəhərində yaşayıram və ailə həyatı qurduqdan sonra, həyat yollarımda müəyyən problemlərlə üz-üzə qaldım. Günlərin birində rəfiqələrimdən biri mənə məsləhət gördü ki, baxıcı Mirhəşimin hüzuruna üz tutsan o halda problemlərin qaydaya düşəcək. Mən rəfiqəmin məsləhətinə qulaq asıb Şəmkir rayonuna getdim və çox keçmədi ki, adı çəkilən bu şəxsin hüzurunda oldum. Elə ki, baxıcı Mirhəşim məni diqqətlə dinlədi və az sonra “Sən heç də darıxma, elə bir dua yazaram ki, bütün problemlərin qaydaya düşər. Amma, belə bir işlərin müəyyən xərci var” dedikdə, həm ona inandım, həm də onun danışıqlarına şübhələrim oldu. Düzdür, bir neçə dəfə baxıcı Mirhəşimin yanına gedib-qayıtdım və üstüstə 700 manatdan çox xərcim çıxdı, son anda isə, üz-üzə qaldığım problem həllini tapmadı. Günlər keçdi, aylar ötdü, yəni baxıcı Mirhəşimin vəd verdiyi vaxt gəlib çatsa da, istəyimə nail ola bilmədim. O halda başa düşdüm ki, bu şəxs pul əldə etməyin qarşılığında hər cür “oyun qaydaları” oynamağı məharətlə bacarır.
Məsələnin düşündürücü tərəfi odur ki, bu şəxsin təkcə Elnarə Əliyevaya qarşı deyil, digər şəxslərə qarşı da düzüb-qoşduğu fırıldaq əməlləri ilə bağlı Şəmkir Rayon Polis Şöbəsi məlumatlı olsa da, nədənsə baxıcı Mirhəşimə bir kimsə “qaşın üstə qara var” demir. Yəni, o, bu gün də Şəmkir rayon ərazisində “kor atı minib köndələn çapır”. O halda sual oluna bilər ki, bu şəxsə hansı vəzifə sahibi “yaşıl işıq” yandırır ki, baxıcı Mirhəşim həl də belə bir addımlarını atmaqda davam edir. Redaksyamıza baxıcı Mirhəşimin əməlləri ilə bağlı məlumatlar daxil olduqdan sonra, tərəfimizdən müəyyən araşdırmalar aparmağı qərara aldıq. İlk olaraq Şəmkir RPŞ-nin rəisi cənab Elnur müəllimlə əlaqə saxlayıb, adı çəkilən şəxsin əməlləri ilə bağlı lazımi məlumatları əldə etmək itəsək də, bu yöndə cəhdimiz baş tutmadı. Belə olan halda məcbur olub RPŞ rəisinin müavini İlqar müəllimlə əlaqə saxladıq. O halda adı çəkilən şəxs “Bu rayonda belə bir şəxs yoxdur. Rayonun polis rəisi narkotik istifadəçilərinə qarşı ciddi mübarizə aparan vəzifə sahibidir” deyə cavab verdi. Əslində polis rəisi müavinin bu yöndə verdiyi cavab, bizi mətləbdən yayındırmağa hesablanmış cavab oldu. Çünki, biz qarşı tərəfdən baxıcı Mirhəşimin əməllərinə münasibət bildirmələrini xahiş etsək də, qarşı tərəfin verdiyi belə bir cavab, əslində başqa məsələlərə aid cavab oldu. Belə olan halda ortaya maraqlı nüanslar çıxır. Yəni necə olur ki, biz Bakı şəhərində ola-ola baxıcı Mirhəşimin ayrı-ayrı şəxslərə qarşı atdığı addımlarla bağlı müəyyən məlumatları əldə edə bilirik və RPŞ-də səlahiyyət sahibi olan şəxsləri bu yöndə məlumatlandırırıq, amma qarşı tərəf belə bir şəxsin olması haqda məlumatsız olur? Bu kimi halların varlığı da, məhz ortaya çoxsaylı suallar çıxarır.

Söylənilənlərə görə, baxıcı Mirhəşimin “toxunulmaz şəxs” statusu qazanmasında Şəmkir RİH-i başçısının da müəyyən rolu var. Yəni, bəzi şəxslərin iddialarında o da vurğulanır ki, rayon rəhbərliyi ara-sıra bu şəxsin təsir imkanlarından yararlandığı üçün, Şəmkirdə baxıcı Mirhəşimə bir kimsə “qaşın üstə qara var” demir. Belə ki, müəyyən çevrədə dolaşan söz-söhbətlərdə o da iddia olunur ki, rayon rəhbərliyi bir növ Baba Rzayevin yolunu gedir. Yəni, icra başçısı ara-sıra baxıcı Mirhəşimi iş otağına dəvət etdirir və “bədnəzərlər”dən uzaq olması üçün, o, özünə “cadu” etdirir. Belə bir münasibətin varlığı da, məhz həmin şəxsin qorxusuz-təhlükəsiz fəaliyyət göstərməsinə yollar açır. Qarşı tərəfin də mövqeyii dinləyə bilərik.

Mövzunu diqqətdə saxlayacağıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az