• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
28-02-2018, 13:44

Deputat İqbal Məmmədovun mənzil qalmaqalı

Deputat İqbal Məmmədovun mənzil qalmaqalı
"İqbal Məmmədov öz mövqeyindən sui-istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakimlərin köməkliyi ilə tapdalayaraq bizim mənzillərimizə sahiblənmək istəyir"

"Təzadlar"a Bakı şəhər sakinləri Məmmədov Şakir Fərman oğlu, Əliyev Sərdar Məmməd oğlu və Məmmədov Əli-Ağa Məmməd Həsən oğlunun Azərbaycan Respublikasınınn Prezidenti cənab İlham Əliyevə, Azərbaycan respublikasının birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya, Milli Məclisin sədri cənab Oktay Əsədova, ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova, Baş Prokuror cənab Zakir Qaralova, Ali Məhkəmənin sədri cənab Ramiz Rzayeva ünvanlı müraciəti daxil olub.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Əvvəlcə dəyərli və onsuz da məhdud olan vaxtmızı alaraq, Sizi narahat etdiyimiz üçün çox üzr istəyirik. Məlumat üçün bildiririk ki, biz hamımız ailəliklə preziden seçkilərində Sizə səs vermişik. Aprelin 11-də keçiriləcək president seçkilərində yenə də məhz Sizə səs verəcəyik. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın kimsəsizlərə, uşaq və qocalar evlərinə, müalicəyə ehtiyacı olanlara, haqqı pozulanlara maddi və mənəvi dəstək olması hər birimizin qəlbini fərəh hissi ilə doldurur. Sizin məmurlarla hər görüşünüzdə vətandaşları incitməməyi, onlara xidmət etməyi tövsiyə etməyiniz, sahibkarlığın inkişafına dəstək verməyiniz bizi daha böyük şövqlə işləməyə ruhlandırır. Amma çox təəssüf ki, yerlərdə bəzi məmurlar Sizin göstərişlərinizin əleyhinə gedərək insanlara problemlər yaradırlar. Elə bu müraciətimizdə də belə məmurları qanunsuz hərəkətlərini diqqətə çatdırmaqdır.

Hörmətli cənab Prezident!

Məlimat üçün bildiririk ki, üç ailənin mənzillərinin, millət vəkili Məmmədov İqbal Nəriman oğlu tərəfindən, Nərimanov rayon Məhkəməsinin hakimlərinin çıxardığı saxta qətnaməsi əsasında əlimizdən alınmasına cəhd etməsi, bizim Sizə müraciət etməyimizi vacib etdi. İndi isə hadisələrin gedişatı barədə Sizə ətraflı məlumat vermək istəyirik. Milli Məclisin deputatı Məmmədov İqbal Nəriman oğlu 2008-ci ilin fevral ayının 8-də “STS” şirkəti ilə 192, 193, 194 saylı müqavilələr imzalayaraq, guya 3, 4 və 5 otaqlı mənzillər almışdır. Öncə onu bildirək ki, qeyd olunan müqavilələr tərtib olunarkən, ciddi qanun pozuntularına yol verilmişdir. Belə ki, müqavilədə göstərilən mənzillərin ünvanı Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156 ünvanı göstərilmişdir ki, həmin ünvanda “STS” şirkəti heç vaxt yaşayış binaları tikməmişdir. Həmin ünvanda olan binaları “Sahil-D Kompani” MMC tikmişdir ki, onun da “STS” şirkəti ilə heç bir əlaqəsi yoxdur. Müqavilə eyni gündə tərtib olunsa da, nədənsə, imzalar müxtəlifdir və milli valyutamız manat olsa da mənzillərin dəyəri nədənsə ABŞ dollar ilə göstərilmişdir ki, bu da qanunlarımıza ziddir. Həmin ünvanda “Sahil-D Kompani” MMC tərəfindən 4 ədəd 24 mərtəbəli yaşayış binası tikilmiş və mənzillər də satılmışdır. Təxminən 2016-cı ilin iyun-iyul aylarında deputat Məmmədov İqbal Nəriman oğlu bir dəstə insanla, Bakı şəhəri, Xətai rayonu, F.Bayramov küçəsi, məhəllə 1156 ünvana gələrək, 4 saylı binaya daxil olmaq istəmiş, ona izah ediləndə ki, burada ona məxsus mənzil yoxdur. Belə olan surətdə o, binanın giriş qapısını dəmir linglə sındırmağa çalışmış, inzibatçı (komendant) Piriyev Ramazan Əbülfəz oğlunu təhqir edərək, fiziki xəsarət göstərmişdir. O da öz növbəsində DİN-nin “102” xidmətinə zəng edərək, olay yerinə polis əməkdaşlarını çağırmışdır. Mən hadisədən xəbər tutan kimi olay yerinə getdim, İqbal müəllimlə görüşdüm, onu ofisə dəvət edərək onunla söhbət etdim, onun sənədlərinin “Sahil-D Kompani” MMC-yə heç bir aidiyyətinin olmadığını bildirdim. Buna baxmayaraq o, öz ətrafı ilə MMC-nin işçilərini yenə hədələyərək çıxıb getdi.
2017-ci ilin əvvəllərində deputat Məmmədov İqbal yuxarıda qeyd olunan mənzillərin əsl sahiblərinin öz mənzillərindən çıxarılması barədə Xətai rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Hakim Səlimova Səadət Rəşid qızının sədrliyi ilə keçən Məhkəmə iclasında hər iki tərəfin sənədləri diqqətlə araşdırılmış və müvafiq qətnamə çıxarılmışdır. 2(011)-1643/2017 saylı, 13 aprel 2017-ci il tarixli qətnaməilə deputat Məmmədov İqbal Nəriman oğlunun iddiası rədd edilmişdir. Sonra İ.Məmmədov həmin qətnamədən Apellyasiya şikayəti vermiş və nədənsə, həmin şikayəti geri götürərək təzədən Nərimanov rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciətetmişdir.

Hörmətli cənab Prezident!

Hakimlər Məhkəməyə təqdim olunan sənədləri araşdırmadan, öz peşəsinə yaraşmayan tərzdə, heç bir hüquqi əsası olmayan saxta sənədlərə istinad edərək üç ailənin öz halal mənzillərindən çıxarılması barədə 2(005)-5266/2017 saylı,05 sentyabr 2017-ci il tarixli qətnamə çıxarmışdır. Onu da qeyd etmək istəyirik ki, İqbal Məmmədov öz mövqeyindən sui-istifadə edərək, heç bir əsas olmadan sadə insanların haqqını hakimlərin köməkliyi ilə tapdalayaraq bizim mənzillərimizə sahiblənmək istəyir. Bir tərəfdə öz vəzifə börcunu ləyaqətlə yerinə yetirən, Azərbaycan Respublikasının Qanunlarına hörmətlə yanaşan hakim Səlimova Səadət Rəşid qızı, digər tərəfdə isə, öz vəzifə borcunu yerinə yetirməyən, qanunlarımızın tələblərini qulaq ardına vuran, heç bir əsas olmadan, yalan informasiyalara istinad edərək, qətnamə çıxaran hakimlər. Hakimlərin çıxardığı qətnamələrin surətlərini Sizə göndəririk və Sizdən xahiş edirik ki, Millət vəkili Məmmədov İqbal Nəriman oğlunun qanunsuz hərəkətlərinə son qoyulması üçün aidiyyətı qurumlara göstəriş verəsiniz".

AZAD




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az