• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
30-01-2020, 11:19

ELDAR QULİYEV SEÇKİDƏKİ ZƏRİF RƏQİBİNƏ QARŞI KOBUD PİAR KAMPANİYASI APARIR

ELDAR QULİYEV SEÇKİDƏKİ ZƏRİF RƏQİBİNƏ QARŞI KOBUD PİAR KAMPANİYASI APARIR

9 fevral 2020-ci il tarixdə keçiriləcək parlament seçkilərinə qatılan şəxslər arasında jurnalistlərin çoxluğu diqqəti çəkir. Orta statistik Azərbaycan vətəndaşına, sıravi seçiciyə elə gələ bilər ki, deputatlığa namizəd olan jurnalist üçün təbliğat kampaniyası aparmaq sarıdan işi həmkarlarından informasiya dəstəyi alacağına görə asan olacaq. Amma heç də məsələ təxmin olunduğu kimi deyil. Bəzi namizəd jurnalistlər qeyri vaxt onlara müsahibə verməyə belə vaxt ayırmayan məmurlarla, oliqarxlarla eyni dairədə rəqib düşüblər. Və həmin nüfuzlu rəqib səxavət kisəsinin ağzını geniş açıb başqa başqa jurnalistləri alternativinin üstünə qaldırıb, əleyhinə yazılar dərc etdirir. 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizədlər – sovet dövrünün rudiment qalığı olan “Azərttifaq”ın rəhbəri, açıq diplom bazarına çevrilmiş Kooperasiya Universitetinin sahibi, Nobel istisna olmaqla çoxsaylı “əldəqayırma” beynəlxalq titullar əldə etmiş alim, nəhayət, “özünü buraxmış” eks-deputat Eldar Quliyevlə tanınmış xanım yazar Aygün Sülemanlının qarşıdurması artıq bir DSK-nın ərazi hüdudlarını aşıb, uzaqdan görünməyə başlayıb.

Kasıbın nəyi var, üzdədir, süfrəsindədir. Aygün Süleymanlı KİV-ə verdiyi müsahibələrdə açıq şəkildə öz adı ilə çıxışlar edir, Eldar Quliyevi debata çağırmaqdan belə çəkinmir. Çünki bilir ki, deməyə sözü, verməyə sualı, rəqibini mat qoymağa arqumenti çoxdur. Fərqli olaraq, Eldar Quliyev belə bir debata çıxmalı olsa, uduzmağa məhkumdur. Ən azı bu suala cavab verməli oplacaq: İndiyədək deputat olanda xalqa, millətə nə yaxşılıq etdiniz ki, növbəti dəfə seçiləndən sonra nə edəsiniz? Və yaxud, yenidən deputat olmaq istəyəcəkdinizsə, daha niyə parlamentin buraxılması təşəbbüsünü dəstəkləyirdiniz?

Bəli, Eldar Quliyevin cavab verə bilməyəcəyi suallar çoxdur. Onu görə də “qul-beçələrini” qabağa verib. İnzibati resursların da onun nəfinə çalışdıqları müşahidə olunur. Aygün Süleymanlının əleyhinə apartdırdığı “qara piar” kampaniyası çərçivəsində öz adını çəkdirmədən yazdırdığı məqalələrdə irəli sürülən əsas arqument isə budur ki, bəs Aygün Süleymanlı Maştağaya gəlmədir, Bakı kəndliləri parlamentdə “yad adamla” deyil, məhz öz həmkəndliləri ilə təmsil olunmaq istəyirlər.

Gəlin razılaşaq ki, belə gülünc, primitiv arqumentlərlə çıxış etmək elə Bakı kəndlisini təhqir etmək deməkdir. Axı Bakı kəndliləri Afrikanın cəngəlliyindəki hansısa buşmenlərin, qottentotların qəbiləsinin üzvləri deyil, nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edən, turistlərin marağını cəlb edən böyük bir meqapolis hesab olunan paytaxt şəhərinin modern inkişaf etmiş qəsəbələrinin sakinləridir. Bakı kəndlisi siyasi cəhətdən kifayət qədər yetkindir, fəal vətəndaş mövqeyinə malikdir, yaxşı bilir ki, ölkə abad, xalq firavan olmasa, bir ovuc kənd sakinləri bəxtəvər yaşaya bilməz. Ona görə də, Milli Məclisimizin məhz bütün ölkənin, xalqın, millətin mənafeyinə xidmət edən həqiqi millət vəkillərindən formalaşmasını istəyir.

Seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayandan Aygün Sülemanlının əleyhinə yazılan məqalələrdə diqqəti çəkən əsas məqam budur ki, bəs jurnalist namizəd dairə üzrə ən nüfuzlu alternativinin əleyhinə “filan” qeyri-məqbul sözü işlətdi. Aydın məsələdir ki, “ən nüfuzlu rəqib namizəd” dedikdə daşın altında məhz kimin yatdığını hamı başa düşür.

Sıravi oxucu bu yazını sadəcə həmkar həmrəyliyinin nümayişi kimi başa düşə bilər. Amma bu sətirlərin müəllifinin nə Aygün Süleymanlıya simpatiyası, nə də Eldar Quliyevə antipatiyası var. Sadə bir el məsələi var: Gərək yüz dəfə imamı ağlayanda bir dəfə də yezidi ağlayasan. Nə olsun ki, Aygün xanımın pulu yoxdur. Bəyəm Eldar Quliyevin Maştağa və digər Bakıətrafı qəsəbələrdə gördüyü və tez-tez “gözə soxduğu” xeyirxah işlərin mənbəyi halal qazancdı ki?..

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az