• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
14-01-2020, 15:10

Tovuzda “Aptek Sahib” hər kəsə “barmaq silkələyir”-ŞOK FAKTLAR

Tovuzda “Aptek Sahib” hər kəsə “barmaq silkələyir”-ŞOK FAKTLAR
Bir neçə gün bundan öncə Tovuz rayonunda toy məclisində iştirak edən əməkdaşımız, şadlıq sarayının zalında eşitdiklərindən sanki şoka düşməli olur. Belə ki, əməkdaşımızın yaxınlarından biri keçiriləcək toy məclisinə onu da dəvət edir. Elə ki, o, dəvəti qəbul edib toy məclisində iştirak edir, o halda əməkdaşımızın da oturduğu masanın yaxınlığında əyləşənlər üçbir, dördbir nədənsə danışırlar. Yəni, birbiri ilə söhbət edənlər, digər danışan şəxslərin danışdıqlarına heç də fikir vermirlər.

Yəni, üç nəfər birlikdə yeyib-içir, birlikdə söhbət edir, dörd nəfər birlikdə yeyib içir və digərlərinin söz-söhbətlərinə diqqət yetirmirlər və s. vəilaxır. Əməkdaşımız zaldakı masalardan birinin orta hissəsində oturur və spirtli içki içmədiyindən, yaxın ətrafda kimin nə danışdığını tam aydınlığı ilə eşidir. Düzdür, birbiri ilə söz-söhbət edənlər hansısa dərd-sərlərindən, başqa-başqa məsələlərdən danışırlar. Amma, vaxt keçdikcə mövzu baş verən siyasi olaylardan, işsizlik problemlərindən, ümumi yaşayış səviyyəsinin çətin olmasından və s. bəhs olunur. Elə ki, əməkdaşımızın adlarını müəyyən edə bilmədiyi şəxslər yeyib-içirlər, o halda onlar Azərbaycan Respublikasının Prezidenti cənab İilham Əliyevin son çıxışlarından, həyata keçirdiyi islahatlardan, rüşvət alan vəzifə sahiblərinin aqibətindən, ələlxüsus Ağstafa hadisələrindən də danışmağa başlayırlar. Onlar bir qədər vaxt keçdikdən sonra isə, rüşvət tələb etməkdə Tovuz rayonunun heç də Ağstafadan geri qalmadığını, hətta bu rayonun belə bir məsələdə bir qədər irəli getdiyini də dilə gətirirlər. Bu minvalla bir qədər söz-söhbət uzanır və həmin şəxslər Azərbaycan Respublikası Prezidentinin 07 iyun 2018-ci il tarixli Sərəncamı ilə, Tovuz Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Məmməd Məmmədovu “topa tutmağa” başlayırlar. Yəni, həmin şəxslər vurğulayırlar ki, Məmməd Məmmədov İcra Hakimiyyəti Aparatına baş mütəxəsis vəzifəsinə “Aptek Sahib” ləqəbli ilə tanınan Əsgərov Sahib Cahangir oğlunu təyin etməsi səbəbindən, bu gün Tovuzda “feodal təfəkkürü”nə malik idarəçilik, yeni yazılmamış qayda-qanunlar hökm sürməkdədir. Belə ki, bu şəxsin sahibkarları, fermerləri, iş adamlarını, sadə insanları və s. pis vəziyyətə salması da dilə gətirilir və mövzu ancaq “Aptek Sahibin” atdığı addımlarla bağlı olur. Elə ki, söz-söhbət getdikcə qızışır, o halda masa araxasında əyləşənlərin əksəriyyəti “Aptek Sahib”dən danışır, onun heç bir əsas olmadan daşıdığı vəzifəyə təyin olunmasını müzakirə edirlər. Məsələn, onlar bildirirlər ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vəzifə sahibi olan şəxslərə verdiyi tapşırıqlara, tövsiyyələrə “Aptek Sahib”in əməl etməməsi, bir növ onun bir kimsədən çəkinmədən bildiyi addımlarını atması, bu gün ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Söhbət əsnasında onu da bildirirlər ki, “Aptek Sahib” heç bir əsas olmadan iş adamlarından, fərdi yaşayış evi inşa edənlərdən, hansısa obyek inşa etdirmək istəyənlərdən zorən rüşvət tələb edir. Hətta, əməkdaşımız belə bir danışığın da sahidi olur ki, bu şəxs rayon ərazisində torpaq sahibindən obyektinin fəaliyyət göstərməsi üçün 10.000 manat məbləğində rüşvət tələb edib, bir nəfər sahibkardan isə, 7.000 manat pul alıb.

Hələ bu azmış kimi, “Aptek Sahib”in rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərə haqq qoyduğu, yaşayış evi inşa etdirən hər kəsə hədə-qorxu gələrək rüşvət tələb etməsi və s. haqda da danışırlar. Masa arxasında əyləşən şəxslərdən biri isə, vurğulayır ki, bir kənd sakini yol kənarında yaşayış evi inşa etmək istəyir. Həmin vaxt onu o qədər getgələ salırlar ki, son anda o, “Aptek Sahib”in “əsabələr”inə rüşvət verin canını birtəhər xilas edə bilir. Baxmayaraq ki, həmin şəxsin DƏDRX-dən çıxarışının olduğu bildirilir və ona məxsus çıxarışda, şəxsin qeyd olunan cizgidən kənara çıxmadığı da göstərilir. Əməkdaşımız eşitdiklərindən belə bir qənaətə gəlir ki, bu gün Tovuzda analoqu olmayan ab-hava hökm sürür. Yəni, yaşayış evi, hər hansı qeyri-yaşayış sahəsi inşa etmək istəyən hər kəs, mütləq “Aptek Sahib”in “bığının altından keçməlidir”. Belə bir tələbə razı olmayan şəxslər isə, çox keçmir ki, polisin hədəsi ilə üz-üzə qalmalı olur. Masa ətrafında olan şəxslərdən biri də vurğulayır ki, Tovuz rayon sakininə məxsus olan, amma çay kənarında 30 il ərzində fəaliyyət göstərən “drabilkanın” fəaliyyəti də dayandırılır. Buna da əsas səbəb, “Aptek Sahib”in “əsabələr”inin həmin şəxsdən 10.000 manat məbləğində “haqq-hesab” tələb etməsi olur. Əməkdaşımız Məmməd Məmmədovun icra başçısı olduğu rayonda yaşananları eşitdikcə, sanki dəhşətə gəlir. Bəlkə də, həmin şəxslər məclisdə iştirak edən əməkdaşımızın KİV nümayəndəsi olduğunu bilsəydilər, o halda belə bir mövzular ətrafında nəsə danışmazdılar. Bütün bunlar da onu söyləməyə əsas verir ki, Tovuz rayonunda belə bir ab-havanın varlığı, “Aptek Sahib” ləqəbi ilə tanınan Əsgərov Sahib Cahangir oğlunun rayonda “kor atı minib köndələn çapması” və s. birbaşa Məmməd Məmmədovun həyata keçirdiyi idarəçiliklə bağlıdır.

Bütün bunlardan sonra belə bir qənaətə gəlmək olar ki, çox yaxın vaxtlarda Ağstafada baş verən olaylar Tovuz rayonunda da yaşanacaq. O halda hər kəs eşidib biləcək ki, “səyyahətə göndərilən” vəzifəli şəxslərin sırasında “Aptek Sahib” də var.

P.S. Hörmətli oxucular! Sizləri çox yaxın günlərdə Tovuz rayonunda baş verən bir çox olaylarla bağlı, ələlxüsus rayonun Qovlar şəhəri ilə Dönük Qırxılı kəndinin ara məsafəsində yerləşən və 1941-1945-ci il müharibə iştirakçılarının xatirəsinə ucaldılmış abidəyə məxsus ərazinin satışa çıxarılması faktı və s. kimi məsələlərlə bağlı məlumatlandırmağa çalışacağıq.

Odur ki, bizi izləməyi unutmayın. Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az