• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
28-12-2019, 17:37

QIDA TƏHLÜKƏSIZLIYI AGENTLIYININ “IÇÜZÜ AÇILIR”-VİDEO- FOTO

QIDA TƏHLÜKƏSIZLIYI AGENTLIYININ “IÇÜZÜ AÇILIR”-VİDEO- FOTO

Yasamaldakı “Qaçqınların kababxanası” adı ilə tanınan obyektlərin hər birindən ayda 60 manat “haqq-hesab” alan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları, belə bir addımlarını atmaqla özlərini görməməzliyə vururlar

Son illər ölkə əhalisini ən çox düşündürən məsələlərdən biri də, gündəlik istifadə etdiyimiz ərzaq məhsullarının keyfiyyət göstəricisinin lazımi tələblərə cavab verib verməməsi hallarının varlığıdır. Belə ki, sovet dönəmindən fərqli olaraq, indiki dövrümüzdə ərzaq məhsullarının, bir çox meyvə növlərinin və s. çoxunun genləri dəyişdirilmiş və belə bir halların varlığının insan həyatı üçün təhlükə mənbəyinə çevrilməsi, açıq-aşkar şəkildə hər kəsə bəlli olan həqiqətlərdir. Düşündürücü hal odur ki, belə bir xoşagəlməz vəziyyətin əmələ gəlməsində ərzaq məhsullarının istehsalı ilə məşğul olan, həmçinin ayrı-ayrı meyvə növlərini yetişdirib genlərini dəyişdirən şəxslərdən daha çox, bəzi dövlət qurumlarının üzərinə böyük məsuliyyət yükü düşür. Çünki, dövlət qurumları bu kimi sahələrdə daim nəzarətini tənzimləməli, lazım gəldikdə qanundan kənar addım atanlara qarşı cəza mexanizmini də tətbiq etməlidir.

Qida Təhlükəsizliyi Agentliyi inamsız bir quruma çevrilib

Bəli illərdir ki, ölkəmizdə ərzaq məhsullarının istehsalı, müxtəlif meyvə növlərinin yetişdirilməsi ilə məşğul olan əksər sahələrdə vəziyyət heç də qənaətbəxş deyil. Belə bir səbəblər üzündən də, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldı. Adı çəkilən bu qurum yaradıldıqdan sonra, onun bundan sonrakı fəaliyyəti ərzaq məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmələri, risklərin təhlilini, qida məhsullarının və onların qablaşdırma materiallarının dövlət qeydiyyatına alınmasını, xarici ölkələrə ixrac edilən qida məhsullarına qida təhlükəsizliyi sertifikatının verilməsini, qida məhsullarının istehsalı, tədarükü, qablaşdırılması, saxlanması, daşınması, dövriyyəsi, ictimai iaşə və xidmət sahələrində istifadəsi, utilizasiyası və məhv edilməsi də daxil olmaqla, qida zəncirinin bütün mərhələlərində qida təhlükəsizliyinə və qida məhsulları istehlakçılarının hüquqlarının müdafiəsinə dövlət nəzarətini, habelə qeyd olunan sahələrdə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olduğundan,bu gün dəadı çəkilən qurumun üzərinə böyük məsuliyyət yükü düşməkdədir. Düzdür, ilk əvvəl Qoşaq Təhməzlinin rəhbərlik etdiyi Qida Təhlükəsizliyi Agentliyinə qarşı, ictimai arenada az-çox inam hissi fomalaşmışdı. Çünki əksəriyyət düşünürdü ki, bu Agentlik yeni yaradılıb və buna görə də qurum fəaliyyətini yeni qaydalarla davam etdirəcək. Amma çox keçmədi ki, Qida Təhlükəsizliyi Agentliyinin atdığı addımların mahiyyəti hər kəsə bəlli oldu.

Qoşqar Təhməzlinin rəhbərlik etdiyi qurum idarəçiliyini köhnə məfkurə üzərində həyata keçirir


Yəni, bəlli olan o oldu ki, bu qurum idarəçiliyini yeni düşüncə tərzi ilə deyil, məhz köhnə məfkurə üzərində həyata keçirməyə qərar verib. Məsələn, adicə bir faktı qeyd edək ki, bu gün adı çəkilən qurumun əməkdaşları Bakı şəhəri, Yasamal rayonu, 2 nömrəli Baza Tibb Kollecinin yaxınlığında, daha dəqiq desək Şərifzadə küçəsi ilə Məhəmməd Xiyabani küçəsinin kəsişməsində fəaliyyət göstərən və “Qaçqınların kababxanası” adı ilə məşhur olan obyektlərin hər birindən ayda 60 manat “haqq-hesab” alırlar. Baxmayaraq ki, neçə illərdir əslən Qarabağdan və ətraf rayonlardan qaçqın düşənlər “Qaçqınların kababxanası” adı ilə tanınan ərazidə elə bir mənzərə yaradıblar ki, görüb eşidən hər kəs “ya vəlvələyə, ya da ki, zəlzələyə” düşməli olur. Çünki, iki mərkəzi magistral yolun orta hissəsində heç bir normativ tələbə uyğun gəlmədən fəaliyyət göstərən kababxanaların varlığı, bu gün ərazidən ötüb-keçənləri olduqca düşündürməkdədir. Buna səbəb olan amillərdən ən əsası, həmin kababxanalarda kəsilən xırdabuynuzlu, yaxud da iribuynuzlu heyvanların heç biri baytar nəzarəti olmadan, heç bir laboratotiyada analizi həyata keçirilmədən hər kəsin, o cümlədən azyaşlı uşaqların gözləri qarşısında kəsilməsidir. Ərazinin antisanitariya mənbəyinə çevrilməsi, kababxanalarda müştərilərin aldadılmaları, işçilərin əmək müqaviləsi bağlamadan və sağlamlıq durumları yoxlanılmadan çalışmaları, göstərilən xidmətlərə görə bir kimsəyə heç bir ödəniş qəbzinin verilməməsi, kassa aparatlarının olmaması, işçilərin əməyindən sanki “qul əməyi” kimi istifadə olunması, yeməkxanalardakı qab-qacaqların, stol və stulların sınıq-salxaq olmaları, kəsilmiş heyvan və quş ətlərinin açıq hava şəraitində saxlanması, həmçinin satışının həyata keçirilməsi, sudan və elektrik enerjisindən istifadəyə görə sayğacların olmaması, ərazidə heyvanların mələşmələri və bunun qarşılığında səs-küy salmaları və s. olduqca ciddi problemlərin varlığından xəbər verir.

Analoqu olmayan mənzərə Qida Təhlükəsizliyi Agentliyini narahat etmir

Bütün bunlar qalsın bir yana, ərazidə yaşanan hər cür qanunsuzluqlarla bağlı redaksiyamızı məlumatlandıran mənbə bildirir ki, kababxanaların olduqca yaxınlığında fəaliyyət göstərən 2 nömrəli Baza Tibb Kollecində təhsil alan tələbələrə, müəllim kollektivinə təsir edən amillərə, bu gün kimlərsə lazımınca əhəmiyyət vermir. Çünki, həmin kababxanalarda bişirilən kababların iy-qoxusu ətraf əraziyə yayılır və birbaşa hər kəsə də təsir edir. Bunu ona görə qeyd edirik ki, bəlkə də həmin kollecdə maddi sıxıntılar içində təhsil alan elə tələbələr var ki, onlar günlərlə deyil, həftələrlə, ongünlərlə ət yeyə bilmirlər. Yəqin ki, belə bir iy-qoxunu hiss edən tələbə, təkrar hansısa sıxıntıları keçirməyə məcbur olur. Digər tərəfdən, kababxanaların yaxınlığında fəaliyyət göstərən və ətrafa yayılan iy-qoxunun Milli Onkologiya Mərkəzində müayinə və müalicə olunan xəstələrə təsiri də, düşündürücü halların varlığından xəbər verir. O halda sual oluna bilər ki, Bakı şəhərinin mərkəzi ərazilərindən birində heç bir normalara uyğun gəlməyən, çoxsaylı problemlər məngənəsində boğulan bu cür yöndəmsiz kababxanaların fəaliyyətləri, görəsən aidiyyəti qurumları niyə düşündürmür? Bəlkə baş verənlərdən Vergilər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında, Dövlət Əmək Müfəttişliyi Xidmətinin, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin, “Azərişıq” ASC-nin, “Azərsu” ASC-nin, “Azəriqaz” İstehsalat Birliyinin, Yasamal RİH Aparatının və hüquq-mühafizə orqanı əməkdaşlarının məlumatları yoxdur? Əgər yoxdursa, o halda biz yaşanan problemləri ictimailəşdiririk ki, məlumatı olmayanlar məlumatlı ola bilsinlər.


Ərazinin antisanitariya mənbəyinə çevrilməsində Qida Təhlükəsizliyi Agentliyinin rolu böyükdür


Məsələnin düşündürücü tərəfi odur ki, Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları qeyd olunan ərazidə biabırçı mənzərəni görsələr də, bu gün onlar problemləri aradan qaldırmağa deyil, açıq-aşkar şəkildə susmağa üstünlük verirlər. Buna da əsas səbəb, obyekt sahiblərinin hər birindən ayda 60 manat rüşvət almalarıdır. Hətta əldə etdiyimiz bəzi məlumatlara görə, qurum əməkdaşları obyekt sahiblərindən kəsilən hər xırdabuynuzlu heyvana görə 2 manat pul da alırlar. Belə bir halın varlığı, məhz ərazinin antisanitariya mənbəyinə çevrilməsinə səbəb olur.

Qida Təhlükəsizliyi Agentliyi susmağı vəziyyətdən çıxış yolu hesab edir

Bir halın varlığını da qeyd edək ki, 2019-cu ilin noyabr ayında Deryaz.az saytında “Qaçqınların kababxanası” adı ilə tanınan ərazidə yaşanan biabırçılıqlarla bağlı müəyyən çəkilişlər həyata keçirdik və hətta tənqidi açıqlama hazırlayıb Qida Təhlükəsizliyi Agentliyinə məktub da ünvanladıq. Təəssüf hissi ilə qeyd edək ki, adı çəkilən qurumdan problemlərin aradan qaldırılması yöndə heç bir addım atılmadı. Yalnız ünvanladığımız məktuba “Lazımi araşdırmalar aparıb, sizi görülmüş tədbirlərlə bağlı məlumatlandıracağıq” deyə cavab verilsə və həmin vaxtdan uzun müddət keçsə də, daşdan səs çıxdı, amma Qida Təhlükəsizliyi Agentliyindən heç bir səs-soraq çıxmadı. Bu da ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır.

P.S. Hörmətli oxucular! Bu yöndə araşdırmamızı davam etdirəcəyik. O halda siz də bləcəksiniz ki, problemlərin əmələ gəlməsinə, məhz Qida Təhlükəsizliyi Agentliyinin maraqlarının təmin olunması səbəb olur.


Araşdırmamız davam edəcək.






Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az