• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
25-12-2019, 11:21

İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş - ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA!

İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş - ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA!


Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, akademik İbrahim Cəfərovun "müəllifi" olduğu dərsliklərin və elmi yaradıcılığının tamamilə plagiat məhsul olduğu üzə çıxır.

Rektorun illər əvvəl müəllifi kimi ADAU-ya və elmi ictimaiyyətə sırıdığı "Fitopotologiya" və "Fitoterapiya" adlı dərsliklər rus alimlərinin eyniadlı kitablarının eynən "oğurlanması" sayəsində meydana çıxıb. Yəni, Gəncənin akademik rektorunun adıçəkilən kitabları plagiatdır.

Ölkəmizin yeganə aqrar təhsil ocağının professor-müəllim heyəti də günlərdir ki, hamılıqla öz rəhbərlərinin bu utancverici əməlindən danışır. Adamın inanmağı gəlmir, amma...

"Demokratik.Az"-a verilən özəl məlumatlara görə, kollektiv İbrahim Cəfərovun bütün elmi fəaliyyətinin dərindən araşdırılmasını, qeyri və saxta yollarla qamarladığı akademik, professor elmi adlarının, hətta dosentliyinin əlindən alınmasını şəstlə tələb edirlər. Əslində haqlıdırlar da, akademik adı almaq yolunda saxta kitabi-külliyyat yaradan Cəfərova heç bir bəraət də düşmür.

Bununla əlaqədar ölkə rəhbərliyinə və aidiyyatı qurumlara müraciət etməyə hazırlaşan qocaman müəllimlərin bir neçəsinin saytımıza bildirdiyinə görə, son illər ADAU-da qaynamaqda olan önəmli problemlərin kökündə də rektor İbrahim Cəfərovun elmdən - tədrisdən bixəbər olması durur. Bu səbəbdəndir ki, universitet ölkənin aqrar kadr patensialının ödənilməsi üçün real nəticələrə hələ nail ola bilmir. Universitetdə elmi tənəzzül gedir, tədris prosesləri süni və formal xarakter alır, ADAU dünyanın təhsil ocaqlarının reytinq cədvəlində müsbət irəliləyişlərə imza atmır. Ən əsası, yeganə aqrar təhsil müəssisəsindən elmi ad alanların sayı azalır, alanların əksəri isə öz "yaradıcılıqlarında" plagiat savadı suya düşən rektorlarını yamsılayır.

ADAU-nun axsayan tədrisi dirçəldilmir, son illəri demək olar ki, fərdi maraq və qabiliyyətsizliyin güdazına gedir.

"Fitoterapiya" yoxsa - ili "Химическая защита растений"

"Demokratik.Az"-a sızan informasiyalar əsasında müəyyən edə bildik ki, İbrahim Cəfərovun ruscadan çaldığı "Fitoterapiya" (Bitkilərin kimyəvi mühafizəsi) dərslik kitabı 2002-ci ildə "Elm" nəşriyyatında 232 səhifə olmaqla işıq üzü görüb. Kitab Azərbaycan Respublikası Təhsil Nazirliyinin 08 avqust 2001-ci il tarixli 888 saylı əmrinə əsasən ali məktəb tələbələri üçün dərslik kimi təsdiq edilib.

Plagiat kitabın elmi redaktoru AKTA-nın (indiki ADAU-nun) Kimya Kafedrasının professoru, biologiya elmləri doktoru Xəlilov Qəhrəman Bəndalı oğlu olub. Elə rəyçiləri də AKTA-dan seçilib - biri o zaman AKTA-da kafedra müdiri olan KT elmlər doktoru Əliyev Tahir Əli oğlu, digəri isə AKTA-nın kimyaçı professoru, KT elmləri doktoru Yusifov Nazim Məhəmməd oğlu olub.

Açıq-aydın görünür ki, bu kitaba "rəy" yazan və məsuliyyətsizcə elmi redaktorluq edənlər həmin illərdə öz dekanları İ.Cəfərova yarınmaq üçün bu elmi rəzalətə qol qoyublar.

Dərsliyin rusca orijinalı 14.01.1987-ci ildə rus alimləri Georgi Sergeeviç Qruzdev və V.A.Zincenko, V.A.Kalinin və başqalarının müəllifliyi ilə "Ximiçeskaya Zaşita Rasteniy" adı ilə ali məktəblər üçün dərslik kimi 30 min tirajla Rusiya paytaxtı Moskvada dərc edilib. Buna artıq şübhəsi olanlar İ.Cəfərovun plagiat "Fitoterapiya" kitabını aşağıda təqdim etdiyimiz onlayn elektron mənbə ilə tutuşdursalar yetərli olar.

Bax - https://www.twirpx.com/file/906544/

İ.Cəfərovun "Fitopatologiya" "kitabı da plagiatdır?

ADAU rektorunun akademik adı ŞÜBHƏ ALTINDA! İbrahim Cəfərovun dərslik kitabları və elmi yaradıcılığı plagiat imiş

Rəsmi məlumatlara istinadən "dərslik oğrusu" 1985-1988-ci illərdə K.A.Timiryazev adına Moskva Kənd Təsərrüfatı Akademiyasında "Fitopatologiya" kafedrasının əyani aspirantı olub. İndinin özündə rusca səlis nitqi olmayan, rusca minimal elmi-tədqiqi bilgilərə belə sahib olmayan İbrahim Cəfərov 13 fevral 1989-cu ildə SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə kənd təsərrüfatı elmləri namizədi elmi dərəcəsini ala bilib. Ehtimal ki, hazırki rektorun karyera yüksəlişində həmin təhsil illərinin təsiri olduğu kimi, sözügedən dərsliklərin plagiatlıq ideyası da rusca aspiranturalığına bağlıdır.

Təsadüfi deyil ki, rektor aspirant olarkən rusca eyniadlı və eynitərtibli dərsliklərlə əyani tanışlığı qaçılmaz olub və həmin kitablar böyük ehtimal ki, indi də onun ən sevimli mütaliə kitablarıdır. Amma indi o dərslikləri öz dilində oxuyan rektor kitabların müəllifliyini öz əlinə alıb.

Haqq-ədalət naminə söyləmək lazım ki, "Fitopatologiya" kitabı bir neçə əlavə və redaktələrlə xeyli göz oxşayır, plagiat olduğunu sapdırmağa çalışır. Amma çifayda, bu kitabın da mündəricat və mövzuları rusca elmi mənbələrlə eyniyyətdədir. Bundan başqa, akademik rütbəli İbrahim Cəfərovun rəsmi "wikipedia" məlumatlarında özü barədə yer alan bilgilər, elmi məqalələr adamı rusca bir çox köhnəlmiş köçürülmə materiallara aparır. Amma, həmin çeynənmiş və yeni yanaşmaları olmayan aqrar-elmi məqalələrdə də müəllif kimi İ.Cəfərov imzası yer alır.

BAX - https://az.wikipedia.org/wiki/İbrahim_Cəfərov

ADAU rektoru İbrahim Cəfərovun elmi adları ilə yanaşı, elmi dərəcələri və dissertasiya işləri də maraq doğurur. Bu barədə internet resurslarında səhih məlumatlar yerləşdirilməsə də, "Demokratik.Az"-ın əldə etdiyi məlumata görə, rektor doktorluq dissertasiyasını 2005-ci ilin iyununda müdafiə edib, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 16 iyun 2006-cı il tarixli qərarı ilə kənd təsərrüfatı elmləri doktoru elmi dərəcəsi alıb.

İddia edilir ki, adam bu elmi dərəcəsini də alarkən orijinallığa, elmi novatorluğa söykənməyib. Alimin gizlətməyə çalışdığı elmi tədqiqatlarının nəticəsində bitki-mühafizə mövzusunda hansısa kəşfinə, dissertasiyalarında müvafiq tələblərin özünəməxsus tərzdə ödənilməsinə də ümumiyyətlə rast gəlinmir.

Aqronom alimlərdən birinin dediyi kimi, əgər rektor belə güclü alimdirsə, heç olmazsa yerli bitkilərin xəstəliklərinin əleyhinə bircə dərman preparatı kəşf etdiyini deyə bilərmi?

Maraqlısı həm də odur ki, cənab Cəfərov 2008-ci ildə - cəmi 2 il sonra gözlənilmədən doktorluq dissertasiyası "yazdığı" Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitunun nəzdində fəaliyyət göstərən FD 04.012 Müdafiə Şurasının həmsədri və sədr müavini seçilib.

Bundan başqa, 2015-ci ildən Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 24 fevral 2015-ci il tarixli 46 nömrəli əmri ilə Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim olunan dissertasiyaların müdafiəsini keçirən FD.04.131 dissertasiya şurasının sədri də məhz dərslikləri plagiat, elmi dərəcələrinin halallığı da xeyli şübhə doğuran rektorun - akademik İbrahim Cəfərovun özüdür.

Dərslikləri köçürüb (tərcümə etdirib) öz adına çımış bir akademikin, şübhəli aqrar professorun hansı ali düşüncə və elmi potensialı ilə ET Əkinçilik İnstitutunda və rəhbərlik etdiyi ADAU-da "doktor" adları paylaması da araşdırılmalı, imzaladığı kağızlar geri oxunmalı, son illər müəssisədaxili elmi dərəcə alanların nəticələri ləğv edilməlidir.

Beləcə, ciddi və əsaslı faktlara dayanaraq deyə bilərik ki, təyinatından üzü bəri şəffaflıqdan və elmi-praktiki tərəqqidən dəm vuran ADAU rektorunun daşıdığı bütün elmi adları özünün real elmi bilik səviyyəsilə həqiqətən açıq ziddiyyət təşkil edir. Rektorun bir müəllim kimi də tələbələrə bilik ötürücülüyündə nəzərə çarpan nöqsan və qüsurlar var ki, "youtube"-da yayımlanan açıq dərslərin keyfiyyəti dediklərimizin əyani isbatıdır.

(Bax - https://youtu.be/EdOgirf2IRk) Rektorun mühazirələrindən görünür ki, o heç özü 15 ildir ki, "müəllifi" olduğu dərsliyi - fənnini mənimsəyə bilməyib və necə dər keçir.

Ortadakı biabırçı mənzərə rektor İbrahim Cəfərovun elmi adlarının və elmi dərəcələrinin ləğvini ehtiva edir. Amma tələsməyək, inanaq ki, süni elmi adlar və elmi dərəcələr alan, plagiat dərsliklərlə akademik rütbəyə yiyələnən, tələbələrini, ictimaiyyəti və Təhsil Nazirliyini, eləcə də tabe olduğu Kənd Təsərrüfatı Nazirliyini uzun illərdir ki, aldadan rektor İbrahim Cəfərovun şübhəli külli-yaradıcılığı aidiyyatı şəxslər vasitəsilə daha dərindən araşdırılacaq. Bəlkə mütəxəssislərimiz deyəcəklər ki, rus alimləri dərsliyi və elmi məqalələri məhz İbrahim Cəfərovdan oğurlayıb?!

İbrahim Cəfərov elmi maxinasiyaları üzündən cəzalandırılarsa, bu həm də milli elmi tərəqqi naminə xoş presedent yaradardı. Digər plagiat və saxta elm adamları üçün isə bir nümunə, alimliyə can atan novator gəncliyə görk olardı!...
Demokratik.Az

Yazıda adıkeçən akademikin söz haqqına sayğımızı ifadə edirik...

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az