• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
18-12-2019, 12:23

Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - Cəlilabadda acınacaqlı durum

Ceyhun Bayramovun bu məktəbdən xəbəri varmı? - Cəlilabadda acınacaqlı durum

"Aradabir Bakıdan gəlirlər, məktəbi, yolları sağdan-soldan çəkirlər, sonra da gedib icra hakimiyyətindən, təhsil şöbəsindən dilənçi kimi pullarını alıb, çəkdikləri videoları da silib, qayıdırlar Bakıya...” DİA.AZ bildirir ki, Cəlilabadın Musalı kənd sakinləri problemlərindən danışırlar. Onların əsas şikayətləri kənd orta məktəbinin binası, kənd yolları, mavi yanacağın, kənddə tibb məntəqəsinin, aptekin olmamasıdır.

Sakinlərin sözlərinə görə, 200-ə yaxın şagirdin təhsil aldığı 11 illik kənd orta məktəbinin binası 1958-ci ildə istifadəyə verilib. 61 ildir ki, fəaliyyət göstərən məktəb ara-sıra elə sovet vaxtı təmir olunurmuş: “O vaxtlar aradabir dam örtüyü təzələnirdi, şüşəsi, qapısı dəyişdirilirdi, sinif otaqlarının, dəhlizlərin divarları rənglənirdi, avadanlıqlar yenilənirdi... 30 ilə yaxındır ki, məktəbdə bu işlər görülmür. Döşəmələr çürüyüb, dam örtüyü dağılıb, sinif otaqlarında dərs vaxtı uşaqların ayağının altından siçovullar qaçır. Partalar, stullar sınıq-salxaqdır. Heç bir dərs ləvazimatı yoxdur. Bu şəraitdə hansı təhsildən söhbət gedə bilər? Hamı məktəbə sadəcə vaxt keçirmək üçün gedir – müəllimlər də, şagirdlər də... Gərək müəllimin əlinin altında avadanlıq, dərs vəsaiti, normal, müasir standarta cavab verən dərs ləvazimatı olsun ki, şagirdə dərs keçsin. Müəllim də, şagird də sinifdə zəng vurulanadək özünü siçovullardan qorumaqla məşğuldur”.

Sakinlər deyir, ötən qış məktəb şagirdlərin gətirdikləri odunla isinirmiş.

“Uşaqlar məktəbə növbəylə odun aparırdılar. Ötən qış uşaqlara növbəti dəfə məktəbə odun gətirmələri tapşırılanda etiraz etdik, məktəb bir neçə gün isinmədi, uşaqları məktəbə buraxmadıq, icra hakimiyyəti görəndə ki, valideynlər dirənib, özləri odun problemini həll etdilər. Bu il isə hələlik məktəbdə odun problemi yoxdur. Qarşıdakı daha soyuq, sərt aylarda vəziyyət necə olacaq, bilmirik”, - valideynlərdən biri deyir.

Sakinləri narahat edən məsələlərdən biri də kəndiçi yollardır. Onların deməsinə görə, əsasən qış aylarında yolların keçilməzliyidir: “Ağır xəstəmiz olanda Yardımlı yoluna qədər zorla aparıb çatdırırıq. Bəzən dizə qədər palçıq olur. Uşaqları məktəbə göndərəndə ayaqqabılarının üstündən sellofan bağlayırıq. İmkan versələr, heç olmasa özümüz meşədən torpaq gətirib, çınqılla qarışdırıb kəndiçi yollara tökərik. Meşədən torpaq daşımağa da icazə yoxdur”.

Hələ Sovet vaxtından kənddə qaz xətti olmayıb. Sakinlər deyir, odunun da ilbəil bahalaşması vəziyyəti ağırlaşdırır: “Bunun bir çıxış yolu olmalıdır. Ya hər ailə üçün limit ayırsınlar, meşədən özləri odun payı versinlər, ya qaz məsələsini həll etsinlər. Bizi meşəyə yaxın buraxmırlar, özləri meşəni kəsib, gətirib odunu bizə beşqat qiymətə satırlar. Meşəni qırmaq olmazdısa, bu odunu hardan əldə edib, gətirib bizə satırlar?”

Kəndlilər deyir, evlərdə elektrik cihazları qoşmaq da mümkün deyil, çünki elektrik naqilləri yüklənir və qısaqapanmalar baş verir.

Kəndin daha bir problemi isə aptek və tibb məntəqəsinin olmamasıdır: “Başağrı dərmanına görə də rayon mərkəzinə getməli oluruq. Kənddə bir tibb məntəqəsi olsa, xəstələr sistem köçürməsinə, iynə vurdurmağa görə rayon mərkəzinə getməz. Bir aptek olsa, lazım olan anda dərman üçün məəttəl qalmarıq”.

Kənddə işsizlik hökm sürür. Dağ kəndi olduğuna görə, kəndlilər əkinlə geniş məşğul ola bilmirlər. Əsas məşğuliyyətləri heyvandarlıqdır. Ancaq qeyd edildiyi kimi, yolların bərbad olması heyvandarlığa da mane olur.





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az