• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
21-02-2018, 15:37

Energetika Nazirliyindəki dəyişiyliklər özbaşınalığın izini itirə bildimi?

Energetika Nazirliyindəki dəyişiyliklər özbaşınalığın izini itirə bildimi?
Bildiyimiz kimi, ilin əvvəlindən Azərbaycan Respublikasının Energetika Nazirliyində struktur islahatları aparıldı. Ölkədə həyata keçirilən islahatlara uyğun olaraq, energetika sektorunda müasir tələblərə uyğun idarəetmə mexanizminin qurulması, bu sahədə fəaliyyətin səmərəlilik və çevikliyinin artırılması, eləcə də Energetika Nazirliyi aparatının optimallaşdırılması məqsədilə qurumun yeni strukturu təsdiqləndi. Aparılan islahatlar çərçivəsində nazirliyin aparatında bir sıra yeni şöbə və sektorlar yaradıldı. Bununla yanaşı, bir sıra şöbələr birləşdirildi və yenidən təşkil olundu. Həmçinin, kommunal xidmətlərin bazar iqtisadiyyatının tələblərinə uyğunlaşdırılması, nəzarət mexanizmlərini daha da təkmilləşdirməklə bu sahənin davamlı inkişafı, enerji təchizatında şəffaflığı və çevikliyi, xidmətlərin sahibkarlar üçün əlçatanlığının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Enerji Məsələlərini Tənzimləmə Agentliyinin təşkili, Dövlət Enerji Nəzarəti İdarəsi və Dövlət Qaz Nəzarəti İdarəsi, habelə onların yerli bölmələrinin ləğvi ilə əlaqədar Energetika Nazirliyində Təhvil-təslim komissiyası yaradıldı. Komissiyaya İdarələrin istifadəsində olan əmlakın Agentliyin balansına verilməsini təmin etmək, qiymətləndirmə prosesində iştirak, inventarlaşdırma aparmaq, Agentliyin nizamnamə fondunun dəqiqləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq və bu prosesdən irəli gələn digər tədbirləri həyata keçirmək tapşırıldı. Qeyd edək ki, Agentliyin strukturu və işçilərin say həddi təsdiq olunana qədər ləğv edilmiş idarələrin əməkdaşlarının öz funksiyalarını qanunvericiliyə və vəzifə təlimatlarına uyğun olaraq yerinə yetirmələri nəzərdə tutulub. Onu da qeyd edək ki, Samir Əli Hüseyn oğlu Axundov Azərbaycan Respublikası Energetika Nazirliyinin tabeliyində “Enerji Məsələlərini Tənzimləmə Agentliyi” publik hüquqi şəxsin İdarə Heyətinin sədri təyin edilib. Mediatv.az olaraq redaksiyamızın kollektivi və saytımızın oxucuları inanmaq istəyirik ki, bütün bu islahatlar ilin əvvəlindən ictimailəşdirdiyimiz problemlərin həllinə gətiruib çıxaracaq. Ancaq çifayda... Sadiq oxucularımız xatırlayarlar, Mediatv.az saytında redaksiyamıza daxil olmuş şikayət və onunla bağlı apardığımız araşdırmalar əsasında 16 yanvar 2018-ci il tarixdə "Pərviz Şahbazov enerji sahəsindəki qanunsuzluğun qarşısını ala biləcəkmi?" sərlövhəli yazı təqdim olunmuşdu. Daha əvvəl - 08 yanvar 2018-ci il tarixdə isə həmin məqalənin qayəsini təşkil edən problemlə bağlı hörmətli nazir P.Şahbazova redaksiyamızdan 10/156 saylı sorğu məktubu da göndərmişdik. Sözügedən məqalədə vətəndaşların "ASAN-Kommunal" Mərkəzinə etdikləri müraciətlərin "Azərişıq" ASC-nə yönləndiriləndən sonrakı acı aqibətindən söz açılmışdı. "Azərişıq" ASC-nin mütəxəssislərinin bu əsasda tərtib etdikləri smetalarında ümumi qiyməti formalaşdıran xərc maddələrinin süni surətdə şişirdilməsindən,hətta yerli-dibli çəkilməyən xərclərin də maddələrdə əksini tapmasından, "Azərişıq" ASC-nin istər əhali, istər-qeyri əhali qrupundan olan istelakçıları incitməsindən, bir sözlə, vətəndaşların "cibinə girmə"sindən yazılmışdıq. Xatırlatma üçün həmin məqalədən bəzi sitatların altını cızmağı məqsədəuyğun hesab edirik: "Asan Komunal"da Texniki Şura sədrinin Enerji Nəzarət İdarəsinin Eldəniz Əhmədov adlı əməkdaşının olması, qiymətlərin təyinində məhz onun söz sahibi olması belə qənaətə gəlməyə əsas verir ki, bu idarə özü də rəqəmlərin "şişirdilməsindən" məmnundur.Vətəndaşların rəsmi şikayətini "qulaqardına" vuran Bakı Regional Bölməsinin rəis müavini Nurəddin Şükürov,şikayəti araşdıran müfəttiş Elçin Quliyevv isə sənədləri saxtalaşdırmaqda mahirdir. Vətəndaşın şikayətin araşdırılmasında iştirak etmədiyi halda onun iştirak etdiyini yazması və araşdırmanı istədiyi istiqamətə yönəltməsi onun falsifikasiya(sənəd maxinasiyası) ilə məşğul olduğunu göstərir. Görünür, bu apardığı işin məsuliyyətini hələ dərk etmir. Potensial enerji istehlakçıları bu üç "triyo"nun əlində aciz qalıb.Ləğv edilmiş İdarənin rəis əvəzi cənab Amil Mürsəliyevin imzası ilə redaksiyamıza 25 yanvar 2018-ci il tarixli 22/4-44 saylı cavab məktubu gəldi (Şikayətçi vətəndaşın ərizəsini və bəzi sənədlərin surətlərini qoşma edərək Nazirliyə göndərdiyimiz sorğu aidiyyəti üzrə həmin idarəyə yollanıbmış). Məktub yayındırıcı və "cavab xatirinə cavab" xarakteri daşıyır: "...Məktubunuza cavab olaraq bildirilir ki, 2 saylı "ASAN Kommunal" Mərkəzində Texniki Şuraya sədr təyin edilmiş Dövlət Enerji Nəzarəti İdarəsinin Enerji Müfəttişliyi və Müqavilə Şərtlərinə Nəzarət üzrə Bakı Regional Bölməsinin böyük məsləhətçisi - müfəttişi Eldəniz Valid oğlu Əhmədov Texniki Şura sədrliyindən azad edilmişdir".Aydın məsələdir ki, Eldəniz Əhmədovun işdən kənarlaşdırılması hələ bizim sorğumuza cavab deyildir. Bu hələ rəvac verilmiş qanyunsuzluqların aradan qaldırılması, zorla ciblərinə girilmiş vətəndaşlardan artıq alınmış pulların geri qaytarılması demək deyildir. E.Əhmədov vəzifəsindən kənarlaşdırılması problemin həlli yolu deyil. O və onunla bərabər qanun pozuntusuna yol vermiş Elçin Quliyevin, Nurəddin Şükürovun və digərlərinin məsuliyyət məsələsinə baxılmalıdır.

Mövzuya qayıdacağıq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az