• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
18-10-2017, 11:53

NASİST QAYDALARLA İDARƏ OLUNAN MƏKTƏB - VİDEO

NASİST QAYDALARLA İDARƏ OLUNAN MƏKTƏB - VİDEO
Qaradağ rayonunun Qobustan qəsəbəsi ev -12, mənzil-8 ünvanda yaşayan vətəndaş Nuriyev Ceyhun Nurəhməd oğlu redaksiyamıza ərizə ilə müraciət edərək, iki övladının - oğlu Nuriyev Cavidin və qızı Nuriyeva Nəzrinin oxuduğu, həyat yoldaşı Nuriyeva Elnarənin işlədiyi Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən 195 saylı tam orta məktəbin direktorundan şikayətlənmişdir.

Şikayətçi ərizənin əvvəlində xatırladır ki, 195 saylı tam orta məktəb keçən illər ərzində Qaradağ rayonunda, hətta Bakı şəhər məktəbləri arasında təhsilin səviyyəsinə görə öndə gedənlərdən olmuşdur: "Çox əfsuslar olsun ki, məktəbə direktor təyin olunan Hüseynli Laçının təcrübəsizliyi, səriştəsizliyi, idarəçilik qabiliyyətinin həddindən çox zəif olması nəticəsində təhsilin səviyyəsi, şagirdlərin və müəllim kollektvinin nizam-intizamı acınacaqlı vəziyyətə düşmüşdür. Daha cox acınacaqlı hal odur ki, Hüseynli Laçın vəzifə səlahiyyətlərini aşaraq müəllim və şagirdlərlə kobud rəftar edir, valideynləri isə qəbul etməkdən imtina edir. Bəzi problemi olan valideynlər saatlarla gözləyib məktəbin çıxışında Hüseynli Laçına iradlarını bildirdikdə, onlara öz cibindən pul çıxarıb göstərir ki, hara şikayət edirsiz - edin, mən heç kimdən qorxmuram, Təhsil naziri Mikayıl Cabbarovun adamıyam, sizin mənə gücünüz çatmaz".

Nuriyev yazır ki, Laçın Hüseynli dövlətin mövcudluğunu, qanunlarınmızı unudaraq 5 oktyabr Müəllimlər günü ərəfəsində şagirdlərdən 10-20, hətta 50 manatdan pul yığdırıb götürmüşdür: "Bundan əlavə, məktəbə nəzarətçi (mühafizəçi) təyin etmək üçün adambaşına hər ay 50 qəpik yığdırıb, summativ qiymətləndirmə kağızları üçün ibtidai siniflərdən 15 manat, "Erson" markalı printer almaq üçün də pul yığdırıb".

Şikayətçi qeyd edir ki, həyat yoldaşı məktəbdə psixoloq vəzifəsində işləyən Nuriyeva Elnarə 15 ildir ki, məktəbin dövlət və ictimai təbirlərinin çox yüksək səviyyədə aparıcısı və təşkilatçısı olmuşdur: "Hüseynli Laçın direktor təyin olunandan sonra həyat yoldaşıma və övladlarıma qarşı məktəbdə təzyiqlərə başlanmışdır. Direktor "Mənə psixoloq lazım deyil" deyərək psixoloq otağını və sinif rəhbərliyini yoldaşımın əlindən alaraq həmin kabineti "nəyinsə" müqabilində başqa müəllimə pullu məşğələ keçmək üçün vermişdir. Laçın Hüseynli ailə üzvlərimə təzyiq etmək üçün ətrafına topladıqları müəllimlər Vasif Teymurov, Vəfa Hüseynova və idman müəllimləri Əbilov Famil, Əbilov Zaurun dəstəyindən istifadə etmişdir. Belə ki, 10 oktyabr 2017-ci il tarixində idman müəllimi Famil Əbilov oğluma başından elə bir zərbə vurmuşdur ki, oğlum güclü sarsıntı keçirmiş, psixoloji durumu pisləşmiş, başında güclü ağrılar başlamışdır. Direktor hər gün yoldaşımı işdən çıxaracağı ilə hədələyir. Xüsusi qeyd etmək istəyirəm ki, ikinci dünya müharibəsində Hitler yəhudilərin sinələrinə kağız yapışdırdığı kimi Laçın Hüseynli də şagirdlərə cəza vermək üçün eynən həmin metoddan istifadə edir (Redaksiyaya bu qeyd olunanları əks etdirən bu və digər videogörüntülər təqdim olunmuşdur - red.). Bəzi şagirdlərin adları məktəbdə getsə də, dərsə gəlməyib repetitor yanına gedirlər. Laçın Hüseynli məktəbin idman zalını idmançılara verib, pulu dövlət büdcəsinə vermək əvəzinə özü mənimsəyir. İdman müəllimi Zaur Əbilov hansı qanunla idman dərsini "futbol dərsi" adı ilə keçərək hər şagirddən 10 manat alır. Necə olur ki, idman müəlliminə 32-34 saat dərs verilib, həftənin yalnız iki günü məktəbə gəlir, qalan günləri başqa yerdə işləyir? Riyaziyyat müəllimi Vasif Teymurova xüsusi şərait yaradılır ki, saat 13-14 radələrində məktəbin sinif otağında pullu məşğələ keçir. Direktorun hansı maddi marağı var ki, bir müəllimə 2 sinifə rəhbərlik etməyi tapşırıb?"

Nuriyev əlavə olaraq Laçın Hüseynlinin əvvəl işlədiyi 294 saylı tam orta məktəbdəki saxtakarlıqlarına görə iki dəfə ciddi töhmət aldığı və başqa daha bir neçə məlumatları da vermişdir.

Ərizədə göstərilənləri araşdırmaq üçün Laçın müəllimlə telefon bağlantısı yaradaraq aydınlıq gətirmək istədiyimiz sualları ona verdik. Direktor məktəb mühafizəçisi üçün pul yığıldığını təsdiqlədi, amma bunun könüllülük əsasında təşkil olunduğunu qeyd etdi. Nazirlə hər hansı bağlılığını isə şərh etmək istəmədi, başqa sözlə, nə təsdiq, nə də təkzib etdi. Valideynlərin qəbula düşməkdə çətinlik çəkməsinə gəlincə, belə halın ola biləcəyini də istisna etmədi: "Nəzərə alsaq ki, məktəbdə 1500 şagird, onların da 3000 valideyni var, o halda vaxtın azlığı səbəbindən kimlərinsə qəbuluma düşə bilmədiyindən gileylənməsi mümkündür".

Digər sualları isə cavablandırmaqdan yayındı: "Nə yazıblar, nə yazacaqsınız, düz olsa mən qanun qarşısında cavab verəcəyəm, düz olmasa yazanlar" deyib dəstəyi asdı.

P.S. İki gün əvvəl KİV-də məlumat yayıldı ki, İmişli rayonunda orta məktəbin psixoloqu döyülüb. Hadisə rayonun Boşçalılar kənd orta məktəbində baş verib. Belə ki, həmin məktəbdə psixoloq işləyən Şəhla Abbasova direktorun əri tərəfindən döyülüb. Yaralı qadın müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində araşdırma aparılır.

P.S.S. Yəqin edirik ki, Təhsil Nazirliyi bu yazıya vaxtında reaksiya verməklə daha bir psixoloqu şiddətli təzyiqdən qurtaracaq.

Nyus.Az
[media=http:///www.youtube.com/watch?v=DXuTETSmlKs]

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az