• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
20-02-2018, 08:54

Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

Adları Avropada korrupsiya qalmaqalında keçən məmurlar

Onlardan biri hələ də vəzifə başındadır

Azərbaycanda bir neçə şəxs var ki, onlara görə ölkənin adı xarici ölkələrdə səs-küylü məhkəmə proseslərində hallanıb. Bunlardan ən çox rezonansa səbəb olanları Azərbaycan Dəmir Yollarının sabiq rəisi Arif Əsgərov və Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovdur.

A.Əsgərovun adı İsveç məhkəməsində aylarla sürən prosesdə keçib. Xatırladaq ki, İsveç prokurorluğu “Bombardier” şirkətinin alqı-satqılarında korrupsiya əməlinə yol verilməsi faktı üzrə araşdırma aparırdı. Araşdırmaya səbəb “Bombardier”in Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqaviləsi səbəb olub. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura o zaman A.Əsgərov rəhbərlik edirdi. Nəqliyyat naziri postunu isə Ziya Məmmədov tuturdu.

Araşdırmalara görə, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” QSC arasında bağlanmış müqaviləyə əsasən 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür.

Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasında həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş ”Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır.

İsveç prokurorluğu bildirirdi ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizmi sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb.

Müqaviləyə əsasən, Azərbaycan dəmir yollarının modernləşdirilməsində “Bombardier Transportation” şirkətinin Rusiyadakı törəmə şirkəti də bilavasitə iştirak edib. Həmin şirkətin 36 faizlik səhmlərinə Rusiya Dəmir Yolları nəzarət edir. Şirkət siqnalizasiya avadanlıqlarının yerində quraşdırılmasını həyata keçirib.

Siqnalizasiya avadanlıqlarını “Bombardier”dən alıb Azərbaycana satan “Multiserv Overseas” şirkəti Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Vladimir Yakuninin oğlu ilə ortaq qurulub. Bu korrupsiya qalmaqalında onun adı çox hallanırdı. Məhkəmənin son iclaslarının birində isə məlum olmuşdu ki, Yakunin Ziya Məmmədovun adı keçən korrupsiya sövdələşmələrində açar rol oynayıb. 10 ilə yaxın Rusiya dəmir yolu sektoruna rəhbərlik etmiş Vladimir Yakuninin sabiq nəqliyyat naziri Ziya Məmmədovla münasibətlərinin hər zaman isti olduğu deyilir. Keçmiş diplomat Yakunin 2015-ci ilin avqustunda istefaya göndərilsə də, hazırda Avropada yenə bizneslə məşğul olur.

Qeyd edək ki, məhkəmə İsveç prokurorluğunun gətirdiyi dəlilləri yetərsiz sayaraq, “Bombardier”in Azərbaycanla sövdələşməsində korrupsiyaya yol verilməsi iddiasının sübut olunmadığı qənaətinə gəlmişdi. Bu qərarın əldə olunmasında V.Yakuninin oğlu - Avropada böyük biznesə malik Andrey Yakuninin əlaqələrinin də rol oynadığı iddia olunur.

Avropada məhkəmə qalmaqalının “qəhrəmanı” olan ikinci məmur - Elmar Rüstəmovla bağlı proses Vyanada baş tutub.

Xatırladaq ki, cinayət işinin materiallarına əsasən Azərbaycan və Suriya Mərkəzi banklarının rəhbərləri pul çapı üçün verdikləri sifarişə görə böyük məbləğdə maliyyə vəsaiti əldə ediblər. 2005-2011-ci illərdə Azərbaycan və Suriyanın Mərkəzi banklarının rəhbərləri - Elman Rüstəmov və Adib Mayale də daxil olmaqla, bu ölkələrin rəsmilərinə ümumilikdə 14 milyon avro məbləğində pul verilib. Konkret olaraq, bu ölkələrin pul çapı üçün ödədikləri vəsaitin Suriyaya 14, Azərbaycana isə 20 faizi qaytarılıb.

Bu cinayət işi ilə əlaqədar Avstriyada ümumilikdə 9 nəfər mühakimə olunub. Onların arasında Avstriya Mərkəzi Bankının sədr müavini, 63 yaşlı Volfanq Duçazek, Mərkəzi Bankın törəmə şirkəti olan “OeBS”in baş direktoru Maykl Vulf da var.

Yerli medianın məlumatına görə, Azərbaycan tərəfdən “OeBS” şirkəti ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun müavini Abdulla Məlik-Aslanov danışıqlar aparıb. A.Məlik-Aslanov yeni manat çapına, sifarişinə, daşınmasına və qəbuluna birbaşa cavabdehlik daşıyıb. 2005-ci ildən başlayaraq yeni manat Azərbaycana göndərilib və mərhələli şəkildə dövriyyəyə buraxılmağa başlayıb. 2007-ci il oktyabrın 3-də A.Məlik-Aslanovun rəhbərliyi altında Azərbaycana yeni manatın ən böyük partiyası gətirilib. Razılaşmaya əsasən yeni manat əskinasları Avstriyada Azərbaycan Mərkəzi Bankının inkassatorları tərəfindən qəbul edilərək “AZAL” tərəfindən ölkəyə daşınıb.

Avstriya qaynaqlarının verdiyi xəbərə görə, məhkəmə prosesində OeBS şirkətinin keçmiş satış direktoru, əslən Rumıniyadan olan Raluka Tanasesku özünü ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirli bildiyini deyib.

R.Tanasesku OeBS şirkətinin rüşvət ödəmələrini gizlətmək üçün saxta hesabatlar hazırladığını və köçürülən pulların əsl məqsədinin gizlədildiyini deyib.

“Bu gizlətmə mədəniyyəti bizə Avstriya Mərkəzi Bankından keçmişdi. Mənə deyirdilər ki, narahat olmayım, çünki bizim arxamızda Mərkəzi Bank kimi güclü institut dayanıb” - deyə qadın bildirib.

Tanasesku istintaqa verdiyi ifadədə rüşvət pullarının offşor hesablarla yanaşı bir qisminin nağd şəkildə ötürüldüyünü də deyib. Belə ki, “Azərbaycan diplomatları qadının vətəni Rumıniyada onunla görüşərək pulların dərhal verilməsini” tələb ediblər. Nəticədə pullar “Stefanplatz” firmasının sellofan “kisələrinə” doldurulub və Bakıya yola salınıb.

2016-cı ilin martında Avstriya prokurorluğu Azərbaycan rəsmiləri ilə korrupsiya razılaşması ilə əlaqədar Ali Məhkəməyə müraciət edib. Belə ki, iş üzrə Vyana məhkəməsi qərar versə də, nəticə prokurorluğu qane etməyib. Prokurorluq bu cinayət işinin ölkənin Ali Məhkəməsində araşdırılmasını istəyirdi. Ona görə də bu instansiyaya müraciət etmişdi. Bu barədə Avstriyanın “Der Standart” qəzeti məlumat yaymışdı.

Göründüyü kimi, hər iki məmurun adı Azərbaycan adına yaraşmayan prosesdə hallanıb. Bu proseslər barədə dünyanın aparıcı media orqanlarının səhifələrində dəfələrlə materiallar dərc olunub. Artıq A.Əsgərov hakimiyyətdə təmsil olunmur, E.Rüstəmov isə Mərkəzi Bankın rəhbəri olaraq qalır.

TURQUT,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az