• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
17-10-2019, 11:39

MIR MÖVSÜM AGANIN CƏDDI ICRA BAŞÇISI ADIL VƏLIYEVƏ NECƏ QƏNIM OLDU

MIR MÖVSÜM AGANIN CƏDDI ICRA BAŞÇISI ADIL VƏLIYEVƏ NECƏ QƏNIM OLDU



Bildiyimiz kimi, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva bu il iki dəfə — mayın 21-də və sentyabr ayının 13-də paytaxtın Sabunçu rayonunun 6 min nəfər əhalinin yaşadığı Kürdəxanı qəsəbəsində olub. Hər iki hadisə barədə KİV məlumat verib. Mehriban xanım birinci səfərində Hüseynbala Ağaverdiyev adına 113 saylı tam orta məktəbinə gəlib və məktəbdə müvafiq təmir-bərpa işlərinin aparılmasına dair göstəriş verib. Məlumatda bildirilirdi ki, mayın 21-də Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kürdəxanı qəsəbəsinin sakini Telman Əliyevin ailəsində qonaq olublar. Qeyd olunurdu ki, Telman Əliyev ailəsi ilə birlikdə Mərdəkan qəsəbəsində yerləşən ziyarətgahda olarkən Azərbaycanın Birinci Vitse-Prezidenti ilə görüşüblər və Mehriban Əliyevanı evlərinə çay süfrəsinə dəvət ediblər: «Telman Əliyevin ailəsi ilə görüşdə Mehriban Əliyeva bildirdi ki, qəsəbənin sosial-iqtisadi inkişafı, iş yerlərinin yaradılması istiqamətində işlər bundan sonra da davam etdiriləcək. Ailə üzvləri Kürdəxanı qəsəbəsinin inkişafına göstərdiyi diqqətə görə Azərbaycanın Birinci Vitse-Prezidentinə minnətdarlıq ediblər. Sonda Telman Əliyevin ailəsinin adından Mehriban Əliyevaya hədiyyə təqdim olunub və xatirə şəkli çəkdirilib». Məsələnin pərdəarxası, amma Kürdəxanı qəsəbəsində uşaqdan-böyüyə az qala hamının bildiyi tərəfi bundan ibarətdir ki, Kürdəxanı sakini Telman Əliyevin ailəsinin üzvü olan ağbirçək ana Mir Mövsüm Ağa ziarətgahında olarkən, Mehriban Əliyevanın orada olduğunu bilcək, birinci xanıma yaxınlaşmaq üçün cəhd edib. Mühafizə xidməti məlum səbəbdən əvvəlcə ona mane olmağa çalışıb. Lakin, bu zaman yaranan səs-küy vitse-prezidentin diqqətini çəkdiyindən, onun razılığı ilə görüşləri baş tutub. Deyilənə görə, ağbirçək ana Sabunçu RİH başçısı Adil Vəliyevin rayonda və qəsəbədə satmadığı torpaq qalmadığını, Kürdəxanıda yolların və məktəbin vəziyyətinin qeyri-qənaətbəxş olduğunu deyib və şahid olması üçün öz evinə qonaq çağırıb. Bu üzdən Birinci vitse-Prezidentin Kürdəxanıya birinci səfəri qəfil baş tutduğundan, rayon rəhbərliyi üçün bir növ gözlənilməz olub. Bununla belə, mayın 21-də hadisə barədə qəsəbə icra nümayəndəsindən xəbər tutan Adil Vəliyev başının dəstəsi ilə birlikdə təngnəfəs özünü Kürdəxanıya — Tofiqgilə çatdırıb. Birinci Vitse-Prezidentdən qəsəbədaxili yolları asfaltlamaq, qəsəbədə park inşa etmək tapşırığı alan Adil Vəliyev dərhal üzərinə götürdüyü işlərin icrasına başlayıb. Sentyabrın 13-də Mehriban Əliyeva Kürdəxanıya ikinci dəfə səfər edəndə rayon rəhbəri onu yeni salınmış parkla tanış edib. Amma asfalt döşəndiyi barədə məruzə etdiyi qəsəbədaxili yolların heç də hamısını göstərməyib. Çünki, vitse-prezidentin bu tapşırığı tam yerinə yetirilməyibmiş. Asfalt döşənməmiş küçələrdəki evlərdə yaşayan təxminən 50 nəfərlik bir qrup sakin isə üz tutub Rayon İcra Hakimiyyətinə. Onlara deyiblər ki, bu işlə RİH məşğul olmur. Hətta deyilənə görə, İH-nin mənsublarından kimsə onlara məsləhət görüb ki, diqqəti çəkmək üçün yolu bağlasınlar. Sakinlərin verdikləri məlumatın izi ilə həmin vaxt Sabunçu RİH-nə yollanan çəkiliş qrupumuza rəsmi reportaj aparmağa icazə verilməsə də, əməkdaşlarımız bəzi məqamları video-qeydə ala biliblər. RİH-nin şöbə müdirlərindən biri camaatı sakitləşdirib, başçını məlumatlandıracağını, onların istəklərini çatdıracağını, bu barədə «Azəravtoyol» Dövlət Agentliyinə RİH başçısının adından məktub yazılmasına nail olacağını vəd edib. Lakin, sakinlər israr edirmişlər ki, başçı onların istəklərini ifadə edən məktubu öz adından məhz Prezidentə ünvanlasın. Məlum olub ki, Kürdəxanı sakinləri «Azəravtoyol» Dövlət Agentliində də olublar. Agentlik sədrinin müavinlərindən biri onlara deyib ki, Sabunçu İcra Hakimiyyətinin məktubu yetərli deyil, Agentliyin qəsəbədaxili yollarda işi davam etdirməsi üçün gərək ölkə başçısının göstərişi olsun. İndi iki qurum arasında naçar qalan sakinlər bu qənaətdədirlər ki, yəqin, dava pul davasıdır, RİH də, Agentlik də bu təyinat üzrə əlavə maliyyə vəsaiti ayrılmasına nail olmaq istəyirlər, ona görə də məsuliyyəti bir-birinin üzərinə atırlar. Xatırladaq ki, Sabunçu RİH-nin başçısı Adil Vəliyevin ümumən rayonda və Kürdəxanı qəsəbəsi ərazisində torpaq sahələrini sot-ba-sot satması barədə indiyədək çox deyilib, çox yazılıb. «Dəryaz» qəzeti icra başçısının hətta sözügedən qəsəbədə yerləşən hərbi hissəyə aid ərazinin də satılaraq obyektaltı istifadəyə verilməsinə göz yumduğu barədə məqalələr dərc etmişdir. Ola bilsin, Birinci Vitse-Prezidentin qəsəbə sakinləri ilə məhrəm görüşündə ona bu barədə də məlumat verilmişdir. Əgər belədirsə, hesab etmək olar ki, Adil Vəliyevin icra başçısı kimi karyerasının sonuna sayılı günlər qalır.

Nyus.Az









Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az