• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
14-08-2019, 09:11

Nəsimidə sakinlər RİH-ə “od püskürürlər”-VİDEO-FAKT

Nəsimidə sakinlər RİH-ə “od püskürürlər”-VİDEO-FAKT

Bu günlərdə Nyus.Az saytının redaksiyasına Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev-39 (əvvəlki 29) və Vidadi küçəsi, ev-189 (eyni bina) ünvanda yaşayan sakinlər tərəfindən şikayət ərizəsi daxil olub. Qeyd olunan ünvanlarda yaşayan sakinlərin redaksiyamıza təqdim etdikləri şikayət ərizəsində bildirilir ki, “Bizim yaşadığımız mənzillərin yerləşdiyi bina tarixi memarlıq abidəsidir və bir əsrdən çox yaşı var. 2009-cu ildə cənab Prezidentin Bakı şəhərinin abadlaşdırılması məqsədilə verdiyi tapşırıq əsasında, yaşadığımız bina ARDNŞ tərəfindən kosmetik də olsa təmir olundu. Yəni, binada heç bir əsaslı təmir-bərpa işləri həyata keçirilmədi. Belə ki, hal-hazırda yaşadığımız binanın dəhlizlərinin tavanı uçub, bu da biz sakinlərin həyatı üçün birbaşa təhlükə deməkdir. İlin payız, yaxud da qış fəslinin gəlişi bir kimsəni sevindirmir. Çünki, navalçaların olmaması səbəbindən yağmurlu günlərdə yağış suaları tavandan başımıza tökülür. Belə bir halın varlığı səbəbindən dəhlizlərdən mənzilimizə ötüb keçə bilmirik. Hətta elə hallar da olub ki, dəhlizlərin tavan hissəsindəki ağac parçaları çürüdüklərindən, dəfələrlə ağac parçaları başımıza düşüb. Bu da hər sakinin həyatı üçün təhlükə deməkdir. Bundan əlavə, yaşadığımız binanın həyət tərəfinin girəcəyində bir neçə zibil yeşikləri yerləşdirilib ki, bu da antisanitariyanın baş alıb getməsinə şərait yaradır. Çünki, yaşadığımız binanın yaxınlığındakı beş bina sakinlərinin, ərazidə fəaliyyət göstərən kafe-restoranların, marketlərin zibilləri, məhz həmin zibil yeşiklərinə atılır. Belə bir halın varlığı səbəbindən də, zibil yeşikləri siçovulların yaşadıqları ünvana çevrilir, əmələ gələn üfunətli iy-qoxunun təsirindən həyətə çıxmaq mümkün olmur. Hətta, elə hallar da olub ki, yuxarı mərtəbələrdən atılan siqaret kötükləri zibil yeşiklərinin alovlanması ilə nəticələnib. Yaşadığımız binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Gladiator” disko-klubdan ətrafa yayılan səs-küyün varlığı, məhz dərdimizin üstünə yeni bir dərd gətirməkdədir.
Bu cür xoşagəlməz problemlərin həlli məqsədilə, bugünə kimi Bakı şəhər İcra Hakimiyyəti, Mənzil-Kommunal Təsərrüfatı Departamentinə, Nəsimi rayon İcra Hakimiyyəti başçısına dəfələrlə yazılı müraciətlərimizi təqdim etsək də, hər dəfə ünvanladığımız müraciətlərimizə başdansovdu cavablar veriblər. Bu da Bakı şəhərinin mərkəzi ərazilərindən birində yaşayan biz sakinlərin Konstitusiya ilə qorunan hüquqlarımızın tapdaqlar altına atılması deməkdir”.
Biz müstəqil bir media qurumu olaraq qeyd olunan ünvanda yaşayan sakinlərin üz-üzə qaldıqları problemlərin aktuallığını dərk edib, ərazidə müəyyən çəkilişlər həyata keçirdik. Yəni, o halın şahidi olduq ki, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, ev-39 (əvvəlki 29) və Vidadi küçəsi, ev-189 (eyni bina) ünvanda yaşayan sakinlər, bu gün də olmazın problemlərlə üz-üzə qalıblar. Amma, onu da unutmaq olmaz ki, qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin və digər normativ hüquqi aktların tələblərinə görə, ərazidə yaşayan sakinlərə məxsus yaşayış evlərinin ümumi istifadəsində olan hissəsinin təhlükəsiz olmasında, təmizlik işlərinin həyata keçirilməsində və digər addımların atılmasında, yerli icra hakimiyyəti orqanlarının üzrərinə böyük məsuliyyət düşür. Mövcud qanunvericilik belə bir halın varlığını tələb etsə də, nədənsə Nəsimi rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov və digər dövlət qurumlarının rəhbər şəxsləri, bu gün də problemlərin varlığına biganə yanaşmaqdadırlar. Məsələnin təəccüb doğuran və hər kəsi düşündürən tərəfi ondan ibarətdir ki, Bakı şəhərinin aparıcı rayonlarından birinə rəhbərlik edən Asif Əsgərov, hal-hazırda rayon sakinlərinə məxsus problemləri həll etmək əvəzinə, öz düşüncələrinə uyğun idarəçiliyini həyata keçirməkdədir. Məsələn, əldə etdiyimiz bəzi məlumatlara görə, adı çəkilən vəzifə sahibi Nəsimi rayonu ərazisində əmələ gələn problemlərin KİV nümayəndələri tərəfindən ictimailəşdirilməsinin qarşısını almaq üçün, zamanında qabaqlayıcı tədbirlərini görür. Bu yöndə atılan addımların varlığına baxmayaraq, müstəqil media qurumu olan Nyus.Az saytı hər zaman olduğu kimi, bu gün də sadə sakinlərə məxsus problemlərin həllinə nail olmaq üçün, lazımi addımlarımızı atmağa qərar verdik. Düşünürük ki, məqalənin dərcindən sonra Nəsimi RİH-nin rəhbər şəxsləri qeyd olunan ünvana baş çəkib, sakinlərə məxsus problemlərin aradan qaldırılması yöndə lazımi addımlarını atacaqlar.
Bu gün qeyd olunan ünvanda yaşayan sakinlərin redaksiyamıza göndərdikləri video-çəkilişlərdən də aydın olur ki, 9 avqust günü səhər saatlarında yağan aramsız yağış suları sakinlərə olmazın problemlər əmələ gətirib. Bir anlığa həmin video-çəkilişə diqqət yetirməklə, məhz ümumi vəziyyətin hansı durumda olmasını müəyyən etmək heç də çətin deyil.
Problemlərin varlığını diqqətdə saxlayacağıq.
Nyus.Az


[media=https://youtu.be/hxS8emkCkGU]


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az