• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
8-07-2019, 22:34

Sabirabaddakı bazarın qanunsuz fəaliyyəti tərəfləri qarşıdurmaya sürükləyir-VİDEO

Sabirabaddakı bazarın qanunsuz fəaliyyəti tərəfləri qarşıdurmaya sürükləyir-VİDEO

Bugünlərdə Sabirabad rayonu, Yenikənd kənd sakini Baxşıyev Əlbala Kalam oğlu, ölkə rəhbəri cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Prokuror cənab Zakir Qaralova, Daxili İşlər naziri cənab Vilayət Eyvazova, Qida Təhlükəsizliyi Agentliyinin sədri cənab Qoşqar Təhməzliyə və digər dövlət qurumlarının rəhbər şəxslərinə ünvanladığı şikayət ərizəsinin bir surətini də redaksiyamıza təqdim edib. Adı çəkilən şəxs redaksiyamıza təqdim etdiyi ərizəsində qeyd edir: “Bizim kənddə Novruz Həsənov adlı şəxs var, o, kəndimizin “Yuxarı baş” adlanan hissəsində təqribən 60-70 sot sahəsi olan sahəni zəbt edib və həmin ərazidə heç bir sənəd olmadan bazar açıb. Onu da bildirim ki, zəbt olunmuş ərazi rayonun Bəndatma idarəsinin balansındadır və Novruz Həsənovun həmin ərazidən bazar kimi istifadə etməsinə dair, onda heç bir rəsmi sənəd yoxdur. Bu şəxs günün əksər saatlarında sərxoş olur və o, bazara üz tutan müştəriləri ya təhqir edir, ya da ki, onlara müəyyən yollarla hədə-qorxu gəlir. Novruz Həsənovun işlətdiyi bazarda çalışan şəxslərdən bir kimsə rəhbərliklə heç bir əmək müqaviləsi sənədi imzalamayıb, yerpulu adı altında toplanan pullardan vergiyə bir qəpik olsun vergi pulu ödənilmir, ərzaq məhsullarının satışı həyata keçirilən zaman heç bir gigiyenik qaydalara riayət olunmur. Belə bir səbəblər üzündən də, bazarda antisanitariya, üfunətli iy-qoxu baş baş alıb gedir. Bundan əlavə, səhər saatlarında alıcılar və satıcılar bazara şəxsi avtomobilləri və digər nəqliyyat vasitələri ilə gəldiklərindən, bazarın qarşısındakı yolda elə bir tıxac əmələ gəlir ki, yolu ötüb keçmək ciddi problemə çevrilir. Bu kimi problemlərin varlığı ilə bağlı indiyə qədər bir çox dövlət qurumlarına, ələlxüsus hüquq-mühafizə orqanlarına, Qida Təhlükəsizliyi Agentliyinə yazılı ərizə ilə müraciətlər etsəm də, hələ də bazarın fəaliyyətinin dayandırılması yöndə heç bir addım atılmayıb. Yəni, bu gün Novruz Həsənov adlı şəxsin sahiblik etdiyi bazarın fəaliyyət göstərməsinin heç bir hüquqi əsası yoxdur. Bu şəxs müxtəlif ünvanlarda “Mən hər ay RPŞ rəisinin müavini Aqşin müəllimə 3 min manat haqq-hesab çatdırıram, ona görə də bir kimsə mənə nəsə edə bilməz” deyir. Məni düşündürən halın varlığı odur ki, hələ bir neçə il bundan əvvəl küçə ticarətinin ləğv olunması, qanunsuz fəaliyyət göstərən ticarət mərkəzlərinin, bazarların fəaliyyətlərinin təftiş olunması, lazım gəldikdə onlarla bağlı ciddi tədbirlərin görülməsi yöndə qanun qəbul edilsə də, bu gün nə Novruz Həsənov, nə də ki, bu şəxsə “daydaylıq edənlər” qanunun belə bir tələbinə məhəl qoymurlar. Belə bir halın varlığı, artıq əndazənin aşılması deməkdir”.

Biz də bir redaksiya olaraq Sabirabad rayonu, Yenikənd kənd sakini Baxşıyev Əlbala Kalam oğlunun müraciəti əsasında həmin bazarda olduq və sadalanan faktlardan əksəriyyətinin varlığını öz gözlərimizlə gördük. Ona görə də düşünürük ki, aidiyyəti dövlət qurumları lazımi sənəd-sübut olmadan Novruz Həsənovun sahiblik etdiyi həmin bazarın fəaliyyətinin dayandırılması yöndə lazımi addımlarını atıb, müvafiq qərarlarını da bəyan edəcəklər. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.

Mövzu diqqətimizdədir.
[media=https://www.youtube.com/watch?v=-QfcfoqnhSs&feature=youtu.be]

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az