• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
8-06-2019, 10:17

Başçıdan “Sovetski” qadınlarına: “Ləçərlər, Allah bəlanızı versin” – Video

Başçıdan “Sovetski” qadınlarına: “Ləçərlər, Allah bəlanızı versin” – Video


[media=https://www.youtube.com/watch?v=-r1TZpdQYRE&feature=youtu.be]
Düz 5 il qabaq, 2014-cü ildə Bakının “Sovetski” məhəlləsinin camaatı külli olaraq ayağa qalxmış, hökumətə gücünü göstərmişdi.

Bakılıların tələbi buydu ki, hakimiyyət onların sözünü eşitməlidir, mülkiyyət hüquqları qorunmalı, kompensasiyalar ədalətli ödənməli, bölüşdürmədə ayrı-seçkiliyə yol verilməməlidir.

Bu aksiya son illərin ən izdihamlı, kütləvi etirazlarından idi, xalq qəzəbiydi, genişlənə bilərdi və hökumət “Sovetski”nin yumruq kimi birləşdiyini görürdü.

O baxımdan insanları danışıq masasına dəvət elədilər, sakinlərə vəd verib sakitləşdirdilər. Bu hadisədən 5 il ötür və sükut pozulmaqdadır.

Yasamal rayon icra başçısı Əziz Əzizovdur. O, vətəndaşları sakitləşdirmək əvəzinə, yanğının üstünə körüklə getməkdədir.

Ə.Əzizov bu gedişatın nə ilə nəticələnə biləcəyini hesablamadan, qəbuluna gələn “Sovetski” qadınlarını təhqir etməkdən çəkinmir.

Bu günlərdə Yasamal Rayon İcra Hakimiyyətinə gedən sakinlər kompensasiyanın azlığından, evlərindən zorla çıxarılmasından şikayətləniblər.

Amma icra başçısı qadınlara “ləçər”, “ay qız”, “dəli”xitabları ilə aşağılayıcı sözlər deyib. Bunu özləri video çıxışlarında bildiriblər.

“Qadına ləçər deyərlər? Əziz Əzizova yaxınlaşmışıq. Deyir ki, Allah bəlanızı versin. Allah bəlamızı verib də, 1 il qabaq səni kimi icra başçısı gəlib”,-sakinlər etiraz edərkən söyləyirlər.

Onlardan biri – Balacaxanım Süleymanovanın sözlərinə görə, icra başçısı onu da təhqir edib: “Məni təhqir edir, bizi qəbula buraxmır. Evimizdən çıxarırlar, qazı, suyu, işığı qəsdən kəsirlər,deyirlər ki, məcburi çıxın. İcra başçısı deyir ki, “davay, davay çıxın”. Belə məmur olar?

Bizə Prezident Aparatından deyilib ki, qəbula gedin. Hər gedəndə bizi təhqir edir. Bu cür məmurlar dövlət içində dövlət yaradıblar”.

Sakinlər deyirlər ki, “Sovetski”də kompensasiya kimisinə 1800 manatdan, kimisinə 2000 manatdan verilib. Bu ayrı-seçkilik davam edir və vətəndaşlar evlərindən məcburi qaydada sürgün edilir. Amma getməyə yerləri yoxdur.

“Sovetski”də yaşayan qadınların icra başçısı təhqir olunması qəzəb doğurub və əhali etirazlara hazırlaşır.

Çünki Azərbaycanda təhqirə görə bir neçə məmurun başı gedib və Əziz Əzizov də istisna deyil. Onun qadınlara “ləçər” deməsi çox ağır söhbətdir və insanları söymək, heysiyyatına toxunmaq ciddi başağrısı yaradacaq.

Bu, həm də Yasamalın icra başçısının dövlətə, prezidentə təxribatıdır. İcra başçısı hesablamayıb ki, bu təhqirlə insanları aqressivləşdirir, qızışdırır və hakimiyyətin üstünə qaldırır.

Prezidentin ətrafındakı belə yarıtmaz məmurların yekəxanalığı axırda iqtidara zərbə vurmaqla nəticələnir. Dövlət başçısı dəfələrlə bildirib ki, icra başçılarını təyin edərkən onlara xalqla işləməyi tapşırır.

Amma deyəsən, Cəlilabaddan Bakıya təyinat alması Ə.Əzizovu çox arxayınlaşdırıb, özü haqda yüksək fikirdədir. Lakin bilmir ki, xalq taxta çıxanı sədarətdən necə düşürməyi də bilir.

Bu gedişlə Yasamala yeni icra başçısı təyin olunacağı gözləniləndir. Nəzərə almaq lazımdır ki, “Sovetski” Bakının həssas yeridir, Nardaran qədər mühüm ərazidir.

Belə yerin əhalisini ayağa qaldırmaq prezidentə provokasiya, “qaşınmayan yerdən qan çıxarmaq”, xaricdəki bəzi dairələrin “dəyirmanına su tökmək”dir.

Sakinlərin sözlərinə görə, icra başçısı onları saymır, şikayətlərini dinləmir, mənzillərinin kvadratı az olanlara təzminatın məbləğində güzəşt edilmir.

Şəhərin mərkəzindən didərgin salınan bu insanlar 30-35 min manata haradan ev alsınlar? Ə.Əzizovun yaşadığı evin qiyməti, sürdüyü maşınların məbləği, biznes imperiyası yüzlərlə “Sovetski” sakininin kompensasiyasını ödəyər.

Nə vaxta qədər başçıları xalqı prezidentdən narazı salacaqlar? Axı onlar ölkə başçısının yerlərdəki nümayəndələridirlər.

“Biz Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qəbulunda da olmuşuq. Lakin müraciətimizə baxmırlar. Evlərimiz balacadır. 1 kvadratmetrinə görə, 1500 manat çox azdır.

Demək olar ki, heçnədir.30 min manat pulla biz nə ala bilərik?Kimə müraciət edirik, deyirlər dövlət əhəmiyyətli yerdir, çox pul verə bilmirik”, – deyə, narazı sakinlərdən biribildirib.

Bakının “sovetski” deyilənə razisinin sökülməsinə əsasən 2014-cü ildəbaşlanıb.26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb və sökülüb.

İkinci mərhələdə isə 1920 evin söküldüyü bildirilir.Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hərikimər hələdə kompensasiyanın məbləğiilə( hərkvadrata 1500 manatödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələrdə olub.Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər.Bununla bağlı bir sıra şikayətlər, hətta Avropa İnsan Hüquqları Məhkəməsinədə göndərilib.



Bu yaxınlarda isəBakıŞəhərİcraHakimiyyətininbaşçısıEldarƏzizovdemişdiki, “Sovetski” ərazisininyenidənqurulmasıiləbağlıxüsusi plan hazırlanır.Ammadeyəsən “xüsusi plan” dedikləri icra başçısının qadınlara ləçər deməsi, insanları təhqir edib qapıdan qovmasıimiş…(Reportyor.info)

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az