• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
13-05-2019, 15:48

Ağstafada Könül xanımı müdafiə edənlərdən maraqlı addımlar-ŞOK OLAY

Ağstafada Könül xanımı müdafiə edənlərdən maraqlı addımlar-ŞOK OLAY

Son vaxtlar Ağstafa səhiyyəsində yaşanan biabırçı olaylarla, qol qoyulan çoxsaylı olaylarla bağlı yerli sakinlər tərəfindən bir çox media qurumlarının redaksiyalarına ünvanlanan şikayət məktublarının sayı günü-gündən artmaqda davam edir. Məsələnin təəccüb və təəssüf doğuran tərəfi ondan ibarətdir ki, şikayət məktublarının çoxu Ağstafa MRX-nın “UZİ” şöbəsindən daxil olur. Belə ki, ünvanlanan məktublarda qeyd olunur ki, “adı çəkilən şöbədə çalışan Könül xanım bir kimsənin kölnünə toxunmadan, çalışdığı şöbədə əməlli-başlıca “bazar açıb”. Yəni, o, bu gün dövlət səhiyyə müəssisəsində çalışmasına baxmayaraq, hər “UZİ”yə üz tutan şəxsi 15-20 manat məbləğində “tasa otuzdurur”. Bu da sakinlər arasında kütləvi narazılıq hissinin baş qaldırmasına, dövlət səhiyyə müəssisələrində “tibbi xidmət pulsuzdur” deyə, təbliğ olunan təbliğatın heçə enməsinə səbəb olur. Elə ki, redaksiyamızın elektron poçtuna daxil olan müraciətlər əsasında müəyyən araşdırmalar aparmağa başladıq və problemlərin varlığına münasibətini öyrənmək məqsədilə Könül xanımla əlaqə saxladıq, o halda adı çəkilən xanıma məxsus mobil telefona cavab verən şəxs bildirdi ki, “Könül xanım baş həkimin yanındadır”. Belə bir telefon danışığından az sonra isə, Ağstafa MRX-nın baş həkimi Fatma xanımın mobil telefonundan redaksiyamıza məxsus mobil telefona zəng gəldi və zəng edən şəxs “mən Könül xanımın işçisiyəm” dedi. Tərəfimizdən bu yöndə lazımi araşdırmalar apardıq, redaksiyamıza zəng olunan nömrənin Fatma xanıma məxsus olmasını tam dəqiqləşdirə bildik ki, həmin nömrə Ağstafa MRX-nın baş həkiminə məxsusdur. Ümumi söhbət əsasında qarşı tərəfə bildirdik ki, redaksiyamıza daxil olan məlumatlarla bağlı Səhiyyə nazirliyinə rəsmi məktub ünvanlayıb, lazımi cavabı əldə etməyə çalışacağıq. Düzdür, mobil telefona cavab verən şəxs “heç bir problem yoxdur, ünvanlayın” deməkdən də çəkinmədi.
Çox keçmədi ki, belə bir telefon danışıqlarımızdan sonra Ağstafa RPŞ-də çalışan və özünü rəisin əməliyyat işləri üzrə müavini kimi təqdim edən Zaur Məmmədov adlı şəxs, “siz Könül xanımdan nə istəyirsiniz?” deyərək, bizə sual ünvanladı. Elə ki, ondan rütbəsinin nə olduğunu soruşduq, o halda o, ona verdiyimiz sualı cavablandırmaqdan çəkindi. Bu məsələ ilə bağlı Ağstafa RPŞ-nin rəisi Elsevər müəllimlə əlaqə saxladıq və adı çəkilən şöbədə Zaur Məmmədovun rəisin əməliyyat işləri üzrə müavini vəzifəsini daşıyıb-daşımadığını soruşduq. Ünvanladığımız belə bir suala Elsevər müəllimin cavabı o oldu ki, “şöbədə Zaur Məmmədov adlı şəxs çalışır, amma o, rəis müavini deyil, sadəcə inspektor vəzifəsini daşıyır” dedi. Belə bir cavabdan sonra ortaya hər kəsin müzakirə edə biləcəyi suallar çıxır. Yəni, sual oluna bilər ki, Zaur Məmmədovun özünü rəisin əməliyyat işləri üzrə müavini kimi təqdim etməsinin, “UZİ” şöbəsində çalışan Könül xanımı müdafiə etməsinin səbəbi nədir? Sual oluna bilər ki, medianı maraqlandıran məsələlərə Zaur Məmmədovun müdaxilə etməsi hansısa qanunla tənzimlənirmi? Yaxud da, ona belə bir ixtiyarı kim verib? O halın varlığını unutmaq olmaz ki, çox hörmətli cənab Ramil Usubov 1994-cü ildən Azərbaycan Respublikasının Daxili İşlər naziri vəzifəsini həyata keçirir və o, ötən illər ərzində polisin əxlaqı, davranışı, kənar şəxslərə münasibəti və s. kimi məsələlərə olduqca diqqətcil olub. Bu belə olduğu halda, Zaur Məmmədov adlı polis əməkdaşının davranışlarına, atdığı addımlara nə ad vermək olar? Bəyəm, ona hansısa qanun belə bir məsələlərə müdaxilə etmək hüququ verirmi? Düşünürük ki, bu məqalənin dərcindən sonra cənab Ramil Usubov Ağstafa RPŞ-nin əməkdaşı olan bu şəxsin əməllərinin, ona aid olmayan məsələlərə müdaxilələr etməsinin sirlərinin araşdırılması yöndə, aidiyyəti üzrə lazımi tapşırığını verəcək.
Hələ bunlar azmış kimi, belə bir məsələlərlə kənar müdaxilələr etmək qərarı verən şəxslərdən biri də, Həsən adlı şəxs oldu ki, o, özünü bizə “ARB” və “DÜNYATV”-nin əməkdaşı kimi təqdim etdi. Belə bir təqdimetmə olduqca düşündürücü olmaqla bərabər, həm də ortaya çoxsaylı sualların çıxmasına da səbəb olur. Görəsən bu şəxs adlarını hallandırdığı televiziya kanallarında çalışırmı, yoxsa o, həmin kanalların adından “sperkulyasiya” etməyi fəaliyyətində əsas istiqamət seçib? Bir qədər vaxt keçdikdən sonra isə, yəni 11 may 2019-cu il tarixdə saat 14:18 radələrində Mahir adlı şəxsin redaksiyamıza zəng edərək, özünü bizə vəkil deyə təqdim etməsi də, bizi olduqca düşündürdü. Əvvəla onu qeyd edək ki, adı çəkilən bu şəxsin vəkillik fəaliyyəti ilə məşğul olub-olmadığını araşdırdıqda o da bəlli oldu ki, bu şəxs heç Vəkillər Kollegiyasının üzvü deyil. Deməli, hər üç şəxsin daşıdıqları vəzifələrindən deyil, daşımadıqları vəzifələrindən “sperkulyasiya” etməklə istifadə etmələri, onların hansısa maraqlarına cavab verir ki, onlar belə bir addımlarını atırlar.
P.S. Hörmətli oxucular! Biz bu yöndə araşdırmalarımızı bundan sonra da davam etdirməyə çalışacağıq və 11 may 2019-cu il tarixdə, istər özünü bizə Ağstafa RPŞ rəisinin əməliyyat işləri üzrə müavini kimi təqdim edən Zaur Məmmədovun və özünü bizə “ARB” və “DÜNYATV”-nin əməkdaşı kimi təqdim edən Həsən adlı şəxsin, istərsə də “mən Vəkillər Kollegiyasının üzvüyəm” deyən Mahir adlı şəxsin səsyazmalarını geniş ictimaiyyətin diqqətinə çatdırmağa, həmçinin hər üç şəxslə bağlı aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlayıb, lazımi cavabı əldə etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az