• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 02-09-2026 Masazırda dövlətin QANUNLARI İŞLƏMİR... - Görünəni budur...
  • 02-09-2026 Rövşən Nəcəf Orxan İsmayılova VƏZİFƏ verdi
  • 02-09-2026 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik
  • 02-09-2026 Dövlət qurumlarının adından edilən bu zənglərə aldanmayın - DİN
  • 02-09-2026 Prezident İlham Əliyev Çin Ali Xalq Prokurorluğunun Baş prokurorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
  • 02-09-2026 "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsində dəyişiklik edilib
  • 02-09-2026 Prezident hərbi xidmətlə bağlı Sərəncam imzaladı
  • 02-09-2026 Azərbaycan və Qırğızıstan arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib
  • 02-09-2026 Azərbaycanda kibertəhlükəsizliklə bağlı tələblərin pozulmasına görə cərimələr təsdiqlənib
  • 02-09-2026 Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları təsdiqlənib - FƏRMAN
  • 02-09-2026 “Bütün rüşvət işlərini o idarə edib!” - Ramiz Mehdiyevin kürəkəni ilə üzləşən zərərçəkən DANIŞDI
  • 02-09-2026 Çarli Kirkin qatili ölüm hökmü olan ştatda mühakimə olunacaq
  • 02-09-2026 Bakıda qardaş və bacı bir-birini bıçaqladılar
  • 02-09-2026 Kiçik mağazaların sonu gəldi - səbəb
  • 02-09-2026 Ömrünün 9 ilini danışa bilmədi – Məşhur “Əhməd”in bacısı: “Hirslənirdi ki, məni başa düşmürsüz...”
  • 02-09-2026 Acun Ilıcalı: “Varlılar motosikletə minmir”
  • 02-09-2026 Dörd dəfə evləndi, üç dəfə boşandı: Sevgidə bəxti gətirməyən dünya ulduzları
  • 02-09-2026 Şöhrətin qaranlıq üzü: Fanatlarının həyatını kabusa çevirdiyi məşhurlar
  • 02-09-2026 Su obyektlərindən xüsusi məqsədlər üçün istifadənin vətəndaşlara hansı təsiri var? - VİDEO
  • 02-09-2026 Metro təmirinə görə istifadəyə verilən ekspres avtobuslar sərnişinləri qane edir? - VIDEO

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
8-01-2019, 08:09

Mirzəcan Xəlilovun MM-dəki fəaliyyəti kütləvi narazılığa səbəb olur

Mirzəcan Xəlilovun MM-dəki fəaliyyəti kütləvi narazılığa səbəb olur

Son vaxtlar bəzi media qurumlarında 1 saylı Sumqayıt I seçki dairəsi ərazisində qeydiyyatda olan seçiciləri MM-də təmsil edən deputat, həmçinin “Azərsutəchizattikinti” ASC-nin sədri vəzifəsini daşıyan Mirzəcan Xəlilov barəsində dərc olunan tənqidi açıqlamaları oxuduqca, çox götür-qoy etməli oluruq. Bu cür məqalələri oxuduqca bir anlığa olsa belə öz-özümüzə sual da edirik ki, görəsən adı çəkilən şəxslə seçiciləri arasında nə kimi fikir ayrılığı, hansı narazılıq hissi əmələ gəlib ki, bu qədər bu yöndə silsilə açıqlamalar dərc olunur?

Məsələnin düşündürücü tərəfi odur ki, bəzi şəxslər deputat olmaq istəyini ortaya qoyan zaman, namizədliyi irəli sürülmüş seçki dairəsi ərazisində tez-tez gözə dəyir, seçiciləri ilə mütəmadi görüşlər keçirir və deputat seçiləcəyi təqdirdə seçicilərin sosial-iqtisadi, siyasi yönümlü məsələ və problemlərinin həllinə çalışacağı ilə bağlı hər kəsə “yağlı vədlər” də verirlər. Elə ki, həmin şəxslər arzularına çatırlar, o halda keçirilməsi planlardırılmış görüşlər təxirə salınır, verilmiş vədlər unudulur, bir sözlə deputat seçilmiş şəxsi görmək müşkül məsələyə çevrilir. Əslində deputat seçkisi haqqında Qanunda qeyd olunur ki, seçicilərini MM-də təmsil edən deputat, daim seçiciləri ilə ünsiyyətdə olmalı, onlara aid məsələ və problemlərin həlli ilə bağlı qanunverici orqanda təşəbbüslə çıxış etməli, həmçinin bir çox qanun layihələrinin qəbulunda aktiv fəaliyyəti ilə də fərlənməlidir. Bu belə olmalı olduğu halda ortaya çoxsaylı suallar çıxır ki, görəsən 1 saylı Sumqayıt I seçki dairəsi ərazisində qeydiyyatda olan seçiciləri MM-də təmsil edən deputat Mirzəcan Xəlilova qarşı ictimai münasibət, niyə belə bir səpkidə formalaşır? Odur ki, bu yöndə bir qədər araşdırmalar aparmalı olduq və apardığımız araşdırmalar zamanı bəlli oldu ki, sən demə seçicilər bu şəxsi “əli çıraqlı” axtarsalar da, heç cür onu tapa bilmirlər. Buna da əsas səbəb, məhz Mirzəcan Xəlilovun “atlı”, seçicilərinin isə “piyada” olmaları olur. Ona görə də, “seçiciləri”nin bu şəxsə qarşı ifadə etdikləri narazılıq hissi, bu gün “pik nöqtə”yə çatıb. Odur ki, Sumqayıt I seçki dairəsi ərazisində qeydiyyatda olan seçicilər, yaşanan belə bir ab-havanın varlığı haqda məlumatları mediaya ötürməklə, məhz Mirzəcan Xəlilov barəsində tənqidi açıqlamalar dərc etdirməyə müvəffəq olurlar.

Bütün bunlar qalsın bir yana, apardığımız araşdırmalar zamanı belə bir məlumat da əldə edə bildik ki, adı çəkilən bu şəxs bir neçə il bundan əvvəl Sabirabad rayonundan deputatlığa namizədliyini irəli sürsə də, ona seçiciləri “yox deyirlər”. Buna da əsas səbəb, seçicilərin onu yaxından tanımaları, bu şəxsin istedadına, iş görmək qabiliyyətinə, insanlarla təmas qurmaq bacarığına və s. yaxından bələd olmaları olur. Mirzəcan Xəlilov Sabirabadda uğur qazana bilməyəcəyini dərk etdiyindən, o, sonrakı seçkidə namizədliyini 1 saylı Sumqayıt I seçki dairəsi ərazisindən verməyə qərar verir. Söylənilənlərə görə, hal-hazırda bu şəxsin adı kifayət qədər imkanlı şəxslər siyahısında yer alsa da, o, bir neçə il bundan əvvəl özünə məxsus bağ evində fəhlələri işlətmiş və pullarını verməkdən də imtina etmişdir. Bu cür addımın atılması nə haqqa-ədalətə, nə də ki, insani dəyərlərə sığmayan addım olur. Bu cür addımın atılması, hər kəs tərəfindən, o cümlədən seçiciləri tərəfindən də qınanılır. MM-dəki fəaliyyəti heç bir halda qənaətbəxş hesab olunmadığından, bu şəxsin də adı “lal deputat”lar siyahısında yer almaqdadır. Belə bir səbəblər üzündən də, bu gün adı çəkilən şəxsə qarşı kütləvi narazılıq hissi baş qaldırmaqdadır. Müəyyən iddialara görə, “seçiciləri” onu “əli çıraqlı” axtarsalar da, hələ ki, onu tapmağa müyəssər ola bilməyiblər. Ona görə də, seçicilərdən bəzilərinin MM-in rəhbərliyinə müraciət edəcəkləri və Mirzəcan Xəlilovun deputatlıq fəaliyyətinə xitam verilməsi tələbi ilə çıxış edəcəkləri də söylənilir.

Fakt budur ki, bu gün deputat Mirzəcan Xəlilovun MM-dəki fəaliyyəti lazımınca qiymətləndirilmir və ona görə də əksər media qurumlarında adı çəkilən şəxsin fəaliyyətsiz olması yöndə tənqidi açıqlamalar dərc olunur. O halda bəzi “ağzıqara jurnalistlər” bu şəxsin müdafiəsinə qalxıb, dərc olunan açıqlamaları şər-böhtan, şantaj adlandırırlar. Ona görə də, adı “lal deputat”lar siyahısında yer alan Mirzəcan Xəlilovun müdafiəsinə qalxanlara məsləhət görərdik ki, heç olmazsa bircə dəfə “gözünüzü yaxşı silin” və ətrafa “açıq gözlə” baxın. Bəlkə o halda “ağı qaradan” seçə bildiniz. Əgər seçə bilməyəcəksinizsə, o halda günahı kimlərdəsə deyil, məhz özünüzdə axtarsanız daha yaxşı olar.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az