• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
17-12-2018, 16:38

Bərdədə Ələkbər (ƏL-Əkbər) hansı əməllərinə görə, ən çox “staj”a sahib olan şəxs hesab olunur? - VİDEO

Bərdədə Ələkbər (ƏL-Əkbər) hansı əməllərinə görə, ən çox “staj”a sahib olan şəxs hesab olunur? - VİDEO

Düşünürük ki, məqalənin dərcindən sonra Bərdə polisi adı çəkilən şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün, onu hüquqi müstəvidə “çarmuxa çəkəcəklər”

Yəqin ki, Bərdə rayonunun Əyricə kəndində əxlaqsızlıq obyekti işlədən Ələkbər (Əl-Əkbər) adlı şəxsin adının, təkcə Bərdə şəhərində deyil, hətta ətraf şəhər və rayonlarda da dillər əzbəri olması haqda hər kəs müəyyən məlumatlara malikdir. Buna da əsas səbəb, adı çəkilən şəxsin uzun illər ərzində əxlaqsızlıq ünvanı işlətməsidir. Düşündürücü hal odur ki, hər kəs anadan olub böyüdükcə özünün gələcəkdə hansı işlə məşğul olacağını, hansı peşəni sevəcəyini, hansı arzularına qovuşacağını və s. qarşısına məqsəd qoyur. Əldə etdiyimiz bəzi məlumatlara görə isə, bu şəxs böyüdükcə doğulub boya-başa çatdığı rayonun ərazisində əxlaqsızlıq obyekti işlətməsini qarşısına əsas məqsəd qoyur. Ona görə də, o, bu gün də belə bir əməllərlə məşğuldur. Onu da unutmaq olmaz ki, indiyə kimi Ələkbərin işlətdiyi əxlaqsızlıq ünvanında ara-sıra elə bir ciddi hoqqalara qol qoyulub ki, son anda o, işlətdiyi obyektini müəyyən müddət ərzində bağlamağa məcbur olub. Çünki, adı çəkilən bu şəxsə məxsus obyektdə yaşananlarla bağlı, bu günə kimi bəzi media qurumlarının əməkdaşları tərəfindən müəyyən çəkilişlər həyata keçirilmiş və hətta sosial mediada baş verən qanunsuzluqlar da ictimailəşdirilmişdi. Onu da bildirək ki, hələ bir neçə ay bundan əvvəl Ələkbərin işlətdiyi əxlaqsızlıq ünvanı yerli sakinlərin qəzəbinə də tuş gəlmişdi. Yəni, sakinlər bu şəxsin qol qoydurduğu iyrənc və qanunsuzluq əməllərinə etiraz əlaməti olaraq, həmin obyektə neft töküb yandırmışdılar. Baş verən yanğın hadisəsi nəticəsində obyek tam şəkildə yanmasa da, atılan addım nəticəsində obyektin xeyli hissəsi yanıb külə dönmüşdü.
Nyus.az-a çatdırılan məlumatlara görə, Ələkbər bu gün də iyrənc əməllərindən əl çəkmir və işlətdiyi obyektində yaş həddindən asılı olmayaraq, qadınların cinsi istismarına şərait yaradır. Belə bir səbəblər üzündəndir ki, hal-hazırda Ələkbər qol qoyduğu əməllərinə görə, bölgədə ən çox “iş stajı” olan şəxs hesab olunur. O halda sual oluna bilər ki, görəsən yaşadığı bölgənin “dan ulduzu”na çevrilən Ələkbərə arxa-dayaq duran vəzifə sahibi kimdir? Bax budur hər kəsi düşündürən hal! Çünki, heç cür inandırıcı deyil ki, adı çəkilən bu şəxsə kimsə arxa-dayaq durmadan, o, belə bir formada “fironluq” edə bilsin. Bölgə əməkdaşımızın əldə etdiyi müəyyən məlumatlara görə, adı çəkilən bu şəxs orda-burda danışır ki, “Bərdə RPŞ-də bir yüksək çinli vəzifə sahibi var və o, mənə “arxa-dayaq” durur. Nə vaxt başımın üstünü “qara bulud” alı”, o halda o, məni hər cür “bataqlıq”dan çıxara bilir”.
Məsələnin düşündürücü tərəfi odur ki, gün ərzində dövriyyəsi təqribən bir neçə yüz, bəlkə də min manatlarla hesablanan həmin obyektdə, bir ədəd olsun belə kassa aparatı yoxdur. Ona görə də, Ələkbərə məxsus obyektə üz tutan müştərilərə heç bir halda ödəniş qəbzi verilmir. Yəni, obyekt sahibi vergi məsələsini qarşı tərəflə razılığa gəldiyi formada həll edir. Belə bir halın varlığı da, obyekt sahibinin əldə etdiyi gəlirlərin daha çox hissəsinin vergidən gizlədilməsinə imkanlar açır. Bu həm əmək intizamının tələblərinin pozulması, həm də vergi cinayətinin baş verməsi demək olur. Əsas məqamlardan biri də, cütlüklər qiyməti razılaşdırılmış obyektə məxsus otaqlara daxil olarkən, həmin şəxslərin nigahda olub-olmadıqları araşdırılmır, obyektdə çalışan işçilərlə əmək müqaviləsi bağlanmır, natəmizlik halları tüğyan edir, ətraf ərazilərdə yaşayan sakinlərə hər cür narahatçılıq yaradılır.
Bir faktı da qeyd edək ki, Bərdənin Əyricə kəndində fəaliyyət göstərən və Ələkbər adlı şəxsə məxsus obyektdə yaşananlarla bağlı, bu günədək ayrı-ayrı media qurumlarında dəfələrlə tənqidi məqalələr işıq üzü görüb, yaşanan problemlər qabardılıb və o da vurğulanıb ki, bu ünvanda yaş həddindən asılı olmayaraq qadınların cinsi istismara məruz qalmaları üçün hər cür şərait yaradılıb. Usandırıcı hal odur ki, bu obyektlə bağlı tənqidi məqalələr işıq üzü görərkən, bəzi media nümayəndələri meydana çıxıb obyekt sahibinin atdığı addımlara haqq qazandırırlar. O halda sual olunur ki, görəsən yaş həddindən asılı olmayaraq qadınların cinsi istismarına şərait yaradan Ələkbərin atdığı addımları müdafiə etmək, nə qədər hüquqi əsasa söykənir? Yaxud da, söykənirmi?
Bu gün Ələkbər adlı şəxsin əməllərini, eyni zamanda ona kənardan “krışalıq” edən və hələlik adını tam dəqiqləşdirə bilmədiyimiz həmin şəxsin atdığı addımların varlığını eşitdikcə, sanki öz-özlüyümüzdə təəssüf hissi keçiririk. Hətta, bu cür iyrənc əməllərin baş verməsinə birbaşa cavabdehlik daşıyan vəzifə sahiblərinin fəaliyyətlərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 saylı sərəncamına əsasən, “İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar, Prezident Administrasiyasına hələ bir neçə il bundan əvvəl aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdu. Bundan əlavə, 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində yeni “Milli Fəaliyyət Planı” da imzalanmışdı. Qəbul olunmuş “Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda sual oluna bilər ki, ortada müvafiq sərəncamın varlığına baxmayaraq, adı çəkilən şəxslər və problemlərin varlığına cavabdehlik daşıyanlar hüquq-mühafizə orqanı əməkdaşları imzalanmış sərəncamı saya salamaqla nəyə nail olmaq istəyirlər? Axı hər kəs qəbul olunmuş qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdiyi ünvanda qadınların cinsi istismarına şərait yaratmaqla, açıq-aşkar şəkildə vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, daha çox xalqımıza məxsus milli-mənəvi, əxlaqi dəyərlərimizi tapdaqlar altına atmaqla, ünvan sahibinin belə bir addımlarını atmaqda məqsədi nədir?
Hər kəsi düşündürən hal odur ki, adı çəkilən bu şəxs bölgədə öz adı ilə deyil, daha çox əxlaqsızlıq ünvanı işlətməsinə görə tanınır. Əldə etdiyimiz müəyyən məlumatlara görə, Ələkbərin əməlləri ilə bağlı bir çox media qurumlarında məqalə dərc olunduqdan və baş verənlərlə bağlı aidiyyəti qurumlar məlumatlandırıldıqdan sonra, bu şəxsin işlətdiyi obyektlə bağlı müəyyən tədbirlər görülür. Amma çox keçmir ki, obyekt sahibi yenidən fəaliyyətə başlayır və “şərəfli missiya”sını “canbaşla” da davam etdirir. Düşünürük ki, məqalənin dərcindən sonra Bərdə polisi adı çəkilən şəxsin əməllərinə hüquqi qiymət verilməsi üçün, onu hüquqi müstəvidə “çarmuxa çəkəcəklər”.

P.S. Hörmətli oxucular! Çox yaxın günlərdə Bərdənin Əyricə kəndində fəaliyyət göstərən və Ələkbər adlı şəxsə məxsus olan əxlaqsızlıq ünvanında həyata keçirilmiş çəkilişi, həmçinin baş verən “tükürpədici” addımları hər kəsin diqqətinə çatdırmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.


Nyus.az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az