• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
10-12-2018, 09:06

Bakı və İrəvan üçün ortaq “Yol xəritəsi” - ABŞ-ın sensasion planı

Bakı və İrəvan üçün ortaq “Yol xəritəsi” - ABŞ-ın sensasion planı

Nikol Paşinyana seçim üçün ayrılan vaxt bitir; Ağ Ev Azərbaycan və Ermənistanla bağlı hərəkətə keçir – iddia; Vaşinqton müharibə astanasında olan iki tərəfi ortaq məxrəcə gətirib bölgədə möhkəmlənə biləcəkmi?..
Ermənistanda 9 dekabr kritik parlament seçkiləri arxada qaldı. Ona görə “kritik” ki, bu seçkilər ən azı, iki mühüm suala aydınlıq gətirməlidir: 1. Ermənistanın xarici siyasət kursunda ciddi dəyişiklik olacaqmı? 2. Dekabrın 9-dan sonra, böyük ehtimalla, legitim rəhbər statusu qazanacaq Nikol Paşinyan Qarabağ məsələsində hansı yolu tərcih edəcək - hərbi qarşıdurma, yoxsa sülh variantını?

Bəllidir ki, bu iki məsələ təkcə Ermənistanın deyil, Azərbaycanın, Rusiyanın və Qərbin (ABŞ və Avropanın) da diqqət mərkəzindədir. Ona görə ki, həlli uzanan Qarabağ konflikti və İrəvanın üstünlük verəcəyi xarici siyasət kursu bölgədə təhlükəsizliyə, həmçinin qlobal güclərin regional maraqlarına bilavasitə təsir edən iki ciddi faktordur.

*****

Maraqlıdır ki, Ermənistanda seçkilərə sayılı günlər qalmış ABŞ-ın özəl analitik şirkəti “Stratfor” (“kölgə kəşfiyyatı”) sensasion sayıla biləcək hesabat yayıb. Hesabatda Tramp administrasiyasının Rusiyanı çəkindirmək üçün 2019-cu ildə Şərqi Avropa, Mərkəzi Asiya və Güney Qafqazda öz təsirini gücləndirməyə yönəlik addımlar atacağı bildirilir.

Bizi, əlbəttə ki, ən çox Azərbaycan və Ermənistanın yerləşdiyi Güney Qafqaz maraqlandırır. Təhlildə deyildiyi kimi, Ağ Ev yaxın vəzifə qismində əsas diqqəti Kremlin bölgədəki müttəfiqlərinə - KTMT hərbi bloku (“Rus NATO-su”) və Avrasiya İqtisadi Birliyi üzvlərinə, öncəliklə də “ən zəif bənd” kimi Ermənistana və onunla münasibətlər yaratmağa yönəldəcək.

Amerikalı analitiklər hesab edirlər ki, ABŞ administrasiyası artıq Moskvanın yaxın müttəfiqlərini ondan qoparmaqla onun zəiflədilməsinin zəruriliyini dərk edib və bu yöndə uğur qazanacağına ümidlidir. Sitat: “Ermənistan bu yaxınlara qədər Rusiyanın ən yaxın müttəfiqi sayılırdı. Amma orada ”məxməri inqilab" baş verdi. Amerikalılar bundan istifadə edib dərhal öz emissarları Con Boltonu İrəvana göndərdilər. Ermənistanın yeni lideri (Paşinyan - “YM”) Boltonun Amerikanın İrəvana silah sata biləcəyi haqda təklifinə belə reaksiya verib: “Hökumət bu məsələdə heç bir məhdudiyyətlərlə bağlanmayıb. Əgər ABŞ-dan yaxşı təklif olsa, biz onu müzakirə etməyə hazırıq”. Bundan əlavə, KTMT baş katibi Yuri Xaçaturova və “Qazprom-Ermənistan” şirkətinə qarşı cinayət işi qaldırılıb. İrəvanla Moskva arasında münasibətlər dərhal gərginləşib".

*****

Bu münasibətlərin seçkilərdən sonra daha da kəskinləşəcəyi gözlənilir. Çünki Ermənistanın yeni hökuməti ilə Moskva arasında 8 aydır açıq qalmış, strateji əhəmiyyətli mövzular var və müttəfiqlik münasibətləri indi ən sərt sınaqlardan keçməlidir. Çox şey isə yəqin ki, N.Paşinyanın seçkilər və “məxməri inqilab” zamanı verdiyi vədləri nə dərəcədə tutacağı ilə bağlı olacaq.

Artıq seçkilər bitdiyi üçün Paşinyanın düşünmək və seçim etmək üçün vaxt limiti də bitib. Odur ki, indi hamı gözləmədədir - həm erməni toplumu və Moskva (Putin), həm də işğalçı ölkə ilə müharibə vəziyyətində olan qonşu Azərbaycan və Qərb (ABŞ).

Ancaq aydındır ki, forpost Ermənistanı Rusiyadan qoparmaq asan deyil. Birinci ona görə ki, qərbyönlü Paşinyan əlində güclü “Qarabağ kartı” olan Kremlin qəzəbinə gəlməkdən ehtiyat edir. Bunu ciddiyə alan erməni lideri xeyli vaxtdır ona çalışır ki, onun bir əlindən Rusiya, o birindən isə Amerika (Qərb) tutsun.

Lakin inqilabdan ötən 8 ay bunun mümkünsüzlüyünü ortaya qoyub. Moskva açıq, bir qədər də qəzəbli şəkildə işarə vurub ki, “bu variant” keçməyəcək. Yəni Paşinyan artıq legitim hakimiyyət başçısı kimi, ya tezliklə seçim eləməlidir, ya da hər şeyi olduğu kimi saxlamalıdır. Sonuncu halda o, öz xalqına verdiyi vədlərə xilaf çıxmış olacaq, müxalifətin əlinə isə özünə qarşı güclü kontur-arqument verəcək - bunun bütün nəticələri ilə birgə...

*****

Söz yox ki, ABŞ bölgədə Ermənistanı öz tərəfinə təşviq eləməklə burada balansı geridönməz şəkildə öz xeyrinə dəyişmək istəyir. Çünki Gürcüstan çoxdan qərbyönlü kurs götürüb. Azərbaycanı isə Ermənistandan fərqli olaraq, Rusiyaya hansısa müqavilə, öhdəlik bağlamır. Azərbaycan KTMT-nin və Avrasiya İqtisadi Birliyinin üzvü deyil, Rusiyanın forpostu da deyil. Deyildiyi kimi, Moskvanın əlində Ermənistana qarşı güclü Qarabağ rıçaqı var.

Bakı isə İrəvandan fərqli olaraq, xarici siyasət kursunu çoxdan şaxələndirib və balanslı siyasət aparır. Yəni Azərbaycan Qərb üçün, ABŞ üçün daha açıq ölkədir, özünün əlverişli geosiyasi mövqeyi və qiymətli enerji resurslarına ilə perspektiv əlaqələr baxımından daha böyük imkanlara və üstünlüklərə malikdir. Bunu Ağ Evdə də, Konqresdə də bilirlər. Avropanın Rusiyadan enerji asılılığının azalmasında ABŞ-ın Azərbaycana verdiyi önəm bunun bariz sübutudur.

Keçən həftə ABŞ müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətinin Bakı səfəri ikitərəfli əlaqələrin daha bir perspektivini açmış oldu - hərbi-texniki əməkdaşlıq. Bu mənada Kuperin səfəri əslində Azərbaycan və Ermənistan Amerika silahları təklif edən Boltonun ziyarətinin davamı kimi qəbul oluna bilər.

Politoloq Elxan Şahinoğlu da qəzetimizə açıqlamasında Bakının Amerika silahları almasını mümkün hesab edib: “Prezident İlham Əliyev dekabrın 4-də ABŞ-ın müdafiə nazirinin müavininin müşaviri Laura Kuperin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. İlham Əliyev görüşdə Azərbaycanla ABŞ arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Qarşılıqlı səfərlərin, o cümlədən ABŞ prezidentinin milli məsələlər üzrə müşaviri Con Boltonun və digər rəsmilərin Azərbaycana səfərlərinin münasibətlərimizin inkişafındakı rolunu vurğuladı. İlham Əliyev Amerika ilə müdafiə sahəsindəki əməkdaşlıqdan məmnundur. O, ABŞ-ın Cənub Qaz Dəhlizinə verdiyi dəstəkdən də məmnundur. Növbəti mərhələdə Azərbaycan ABŞ-dan hərbi texnika alacağı istisna deyil. Bəlkə də Laura Kuperin Bakıya səfəri məhz hərbi əməkdaşlığı genişləndirmək məqsədi daşıyır. Bunu onunla görüşdə müdafiə naziri Zakir Həsənov da qeyd etdi. Zakir Həsənov onu da bildirdi ki, ABŞ-ın qabaqcıl hərbi təhsil müəssisələrində təhsil alan azərbaycanlı zabitlərin sayının artırılması qərara alınıb”.

*****

Göründüyü kimi, ABŞ-la Azərbaycanın sıx yaxınlaşmaq imkanları böyükdür. Lakin Amerika Azərbaycanla birgə Ermənistanı da bu prosesə qoşmaq istəyirsə, - buna şübhə yox, - o zaman İrəvanın çəkindiyi “Qarabağ kartı”nı Rusiyanın əlindən almaq və Türkiyəni də prosesə cəlb eləmək üçün Bakı ilə İrəvanı Qarabağ məsələsində ortaq məxrəcə gətirmək barədə düşünməlidir. Əks təqdirdə, Ermənistanı Rusiyadan uzaqlaşdırmaq mümkünsüz olacaq. Demək, Vaşinqtonun Güney Qafqaz planı da, yeni “Yol xəritəsi” də fiaskoya məhkumdur.


“Yeni Müsavat”ın analitik xidməti

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az