• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
7-11-2017, 08:30

14-cü bölmənin "metallist polisi"

14-cü bölmənin "metallist polisi"


Saytımızın e-mail poçtuna Bakının Sabunçu rayonunun Bilgəh qəsəbəsində məlum ərazidə yerli polisin himayədarlığı altında oğurluq qara və əlvan metal qəbulu məntəqəsinin fəaliyyət göstərdiyi barədə məlumat daxil olub. Məlumatın doğruluğunu yoxlamaq məqsədilə sözügedən ünvana - keçmiş adı ilə "Zəfəran sovxozu" kimi tanınan əraziyə yollandıq. Yerində araşdırmanın ilk nəticəsi olaraq, həmin ünvanın hazırda Hacı Zeynalabdin Tağıyev küçəsi adlandığını öyrəndik. Kifayət qədər böyük - təxminən 30 sotluq sahədə yerləşən metal qəbulu məntəqəsində müşahidə apardıq. Nəhəng metal borular və müştəriləri çağıran telefon nömrəsi yazılmış lövhə uzaqdan diqqətimizi çəkdi. Məntəqənin rəsmi fəaliyyət göstərən müəssisə kimi təşkilati-hüquqi formasını əks etdirən, sahibinin fiziki və ya hüquqi şəxs olduğunu göstərən heç bir afişaya rast gəlmədik.

Obyektdə bir qədər video-çəkliş aparıb redaksiyaya döndük və götürdüyümüz telefon nömrəsinə gündüz zəng etdik. Zəngimizə cavab verən Şam adlı şəxs onunla bölüşdüyümüz məlumatları nə təsdiq, nə də təkzib etdi. Onu yanlışlıq olmasın deyə əlimizdə olan video-qeydlərə münasibət bildirməsi üçün hətta redaksiyaya da dəvət etdik. Lakin o, "Bir azdan mənim adamım sizə zəng edəcək" deyib əlaqəni kəsdi.

Düzü, əvvəl elə bildik ki, bizimlə danışan şəxs doğru-dürüst sahibkardır, rəhbərlik etdiyi müəssisənin də yəqin, mətbuat xidməti də vardır. Gözləyirdik ki, onun bizə zəng vuracaq "adamı" hardasa bizim həmkarımız - həmin müəssisənin "press-attaşe"si olacaq. Lakin gözləntilərimizin əksinə olaraq, həmin gün bizə "Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməliyyatçısı Cavid" kimi özünü təqdim edən şəxs zəng vurdu və hüquq dərsi keçməyə başladı: "Siz niyə vətəndaşı narahat edib böhtan atmısız, niyə onu redaksiyaya çağırmısız?.."

Biz də öz növbəmizdə Cavid müəllimə "KİV haqqında" AR qanununun bəzi maddələrini xatırlatdıq, peşə fəaliyyətimizə mane olmamağı məsləhət gördük. Polis əməkdaşının bu tezliklə bizə zəng vurması bizdə xeyli şübhələr oyatdı. Əgər "sahibkar" jurnalistdən şikayət edirsə və şikayətinə mümkün qədər tez baxılmasını istəyirsə, bundan ötrü "102"qaynar xəttinə zəng vurmalıdır (Hərçənd, jurnalistin bu qəbildən olan zəngi elə böyük təhlükə (məsələn, obyektə silahlı hücum kimi) vəd etmir ki, polis hadisə yerinə çevik alay göndərsin). Sonra da şikayətçi Bilgəh qəsəbəsindən ən yaxın PB-nin yerləşdiyi Maştağa qəsəbəsinə gedib ərizə yazmalıdır. Ərizə qeydə alınmalı, rəis öz nahar fasiləsini pozub ərizənin üstünü yazmalı, işin icraatına başlanılmalıdır. Əlbəttə ki, bütün bu prosedurların həyata keçirilməsü üçün 26 dəqiqə yetərli deyildir. Hətta yetərli olsa da belə bizə ilk zəng edən polis əməliyyatçı deyil, məhz təhqiqatçı olmalıydı.

Görünür, birinci telefon danışığımızdan sonra bu məsələlər Cavid Cəfərovu (soyadını sonra öyrəndik)da xeyli düşündürübmüş. Çünki o, günün ikinci yarısında da bizə zəng etdi və bu dəfə daha ötkəm danışıb bizi polis bölməsinə çağırdı.

14-cü Polis Bölməsinin bu "krutoy" əməliyyatçısının soyadını öyrənmək üçün əvvəlcə internet resurslarında axtarış elan etdik. Əvvəlcə qarşımıza Hüseyn Cavidin "İblis"i çıxdı, sonra da daha nələr-nələr... Nəhayət, başqa mənbələrdən Cavid bəyin soyadının Cəfərov olduğunu dəqiqləşdirdik.

Təxminimizə görə, C. Cəfərov məsələnin qəlizləşə biləcəyi ehtimalını nəzərə alıb hətta Şam adlı şəxsin ərizəsini də ala bilər. Bu halda Sabunçu polisinə prosessual nəzarəti həyata keçirən Sabunçu rayon prokurorluğunun da məsələyə münasibətini öyrənməyimiz pis olmaz.

Mövzuya qayıdacağıq.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az