• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
2-02-2018, 15:07

Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər
Xırdalanda fəaliyyət göstərən Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Günay Məsimovanın adı saxtakarlıq və qanunsuz hərəkətlərdə hallanır.


Dələduzluğa məruz qaldığını deyən tikinti şirkətinin rəhbərliyi ədliyyə naziri Fikrət Məmmədova şikayət ərizəsi ünvanlayıb.

Ərazidə göstərilir ki, bəzi dələduz şəxslər Abşeron rayonu 2 saylı Notariat Kontorunun xüsusi notariusu Məsimova Günay İsa qızı ilə birlikdə cinayətkar kombinasiya sayəsində vətəndaşlara məxsus külli miqdarda əmlakı mənimsəyib:

“Həmin dələduz şəxslər başqalarına məxsus əmlakı dələduzluqla ələ keçirmək üçün məzmunu əqdin şərhindən ibarət olan ərizə sənədlərini Abşeron rayonu 2 saylı Notariat Kontorunda 15.12.2016-cı il tarixdə 7E-7708 reyestr nömrəsi, 29.03.2017-ci il tarixdə 7E-2053 reyestr nömrəsi, 10.03.2017-ci il tarixdə 7E-1667 reyestr nömrəsi, 03.04.2017-ci il tarixdə 7E-2292 reyestr nömrəsi altında təsdiq etdirərək, həmin sənədləri vətəndaşlara mənzil alqı-satqı əqdi adı ilə təqdim edib. Beləliklə, başqasının külli miqdarda əmlakını ələ keçiriblər”.

Yuxarıda qeyd olunanlar sənədləri təsadüfən əldə etdiklərini deyən şikayətçilər bildiriblər ki, sənədlərin məzmunundan bu şəxslərin özlərinə məxsus olmayan binalarda müxtəlif mərtəbələrdə, müxtəlif sahəli mənzilləri vətəndaşları şirnikləndirmək üçün dəyərindən ucuz qiymətə, nisyə şərtlərlə təqdim etdikləri bəlli olur:

“Bu sənədlər təsdiq olunarkən onların əlində həmin mənzillərə dair sahiblik, istifadə və sərəncam hüququnu təsdiq edən müqavilə, maliyyə arayışı və ya qeyri sənəd olmayıb. Belə sənədlər ümumiyyətlə notariusa təqdim olunmayıb.

Həmin şəxslərlə əvvəlcədən əlbir olan xüsusi notarius Günay Məsimova sadalanan saxta sənədlərin tərtib olunmasında və təsdiq olunmasında bilavasitə iştirak edib. Nəticədə vətəndaşların aldadılmasına nail olub. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2 maddəsinə əsasən başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqd yalan əqd hesab olunur”.

Şikayətçilərin yazdığına görə, adıçəkilən notarius hazırladığı sənədlərdə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq, vəzifə səlahiyyətlərini aşıb:

“Ərizə-sənədlər əqdin şərhindən ibarət olduğu üçün notarius “Notariat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 128 və 129-cu bəndlərinə əsasən tərəflərə onların iradəsinə uyğun olan əqd bağlamağı təklif etməli, müvafiq təsdiqedici sənədləri tələb etməli və müraciət edən şəxslərə hüquq və vəzifələrini izah etməlidi (qanunun 9-cu maddəsi). Onlar imtina etdiyi təqdirdə notarius da həmin saxta ərizələrin təsdiqindən imtina etməlidi. Bütün bunların əvəzinə notarius ona verilmiş səlahiyyətlərdən sui istifadə edərək vəzifə səlahiyyətlərini aşıb.

Məhz bu səbəbdən vətəndaşlar həmin dələduzlara və onların bu işinə dəstək verən Günay Məsimovaya aldanıb va onlara külli miqdarda pul vəsaiti verib. Belə aldanmaların qurbanı olmuş vətəndaşlar həmin mənzillərə baxmaq və sənədləşmə işləri ilə tanış olmaq üçün bir dəfə də olsun həmin binaların satış ofisinə və ya inşaat meydançasına gəlməyiblər. Hazırda əlacsız qalan vətəndaşlar Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciətlər edirlər”.

Müraciətdə bildirilir ki, şikayətçilər yuxarıda qeyd olunanları təsdiqləyən sənədlərə, video və fotomateriallara malikdirlər:

“Göstərilən faktlarla bağlı hazırda Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırma aparılır, vətəndaşlara dəymiş ziyanın ödənilmasi istiqamətində tədbirlər həyata keçirilir”.

Müraciətin yekununda şikayətçilər ədliyyə naziri Fikrət Məmmədovdan haqqında danışılan notarial saxtakarlıqlar və bu qanunsuzluqları həyata keçirən notariusun fəaliyyətinə hüquqi qiymət verilməsini, eyni zamanda bu şikayəti şəxsi nəzarətinə götürməsini xahiş edir:

“Notariat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən notariusun qanunsuz hərəkətləri nəticəsində ayrı-ayrı şəxslərə, təşkilata və ya dövlətə maddi ziyan vurularsa o, Azərbaycan Respublikasının qanunvericiliyi ilə maddi məsuliyyət daşımalıdır. Bu səbəbdən notariusun peşəkar fəaliyyəti sığortalanıb. Qeyd olunanları nəzərə alaraq, notariusun qanunsuz əməllərinə hüquqi qiymət verilməsi, araşdırma aparıldığı müddətdə vəzifələrinin icrasının müvəqqəti dayandırılması, vətəndaşlara və rəhbərlik etdiyim təşkilatın işgüzar nüfuzuna vurulmuş ziyanın notariusun şəxsi vəsaiti və sığorta olunan hissəsi ilə birlikdə ödənilməsinə, xüsusi notarius Günay Məsimovanın fəaliyyətinin daha dərindən yoxlanmasına (əlavə faktların aşkar olunacağına əminik) göstəriş verməyinizi və bu şikayəti şəxsi nəzarətinizə götürməyinizi xahiş edirik”.

O da qeyd olunur ki, nazirə müraciətdən sonra məsələnin araşdırması üçün təyin olunan şəxslər də qısa zaman sonra Günay Məsimovanın tərəfindən çıxış etməyə başlayıblar. Belə ki, şikayətçiləri aidiyyatı olmayan məsələlərə yönəldərək, G.Məsimovanı prossesdən “təmiz” çıxarmağa çalışırlar.

O da bildirilir ki, Günay İsa qızı Məsimova respublikanın tanınmış şəxslərindən birinin qohumudur və nazirlik əməkdaşları onun əməlləri ilə bağlı hüquqi ölçü götürülməsi məsələsində tərəddüd edirlər. Bunun zərərini isə toplamda yarım milyondan çox pul itirən Azərbaycanın günahsız vətəndaşları çəkir.(Yenicag.az)

pia.az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az