• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
15-10-2018, 09:08

BINƏQƏDI RAYON İCRA HAKIMIYYƏTININ BAŞÇISI ELXAN ALLAHVERDIYEV SƏLƏFININ ATASINA RƏHMƏT OXUTDURUR.VİDEO

BINƏQƏDI RAYON İCRA HAKIMIYYƏTININ BAŞÇISI ELXAN ALLAHVERDIYEV SƏLƏFININ ATASINA RƏHMƏT OXUTDURUR.VİDEO





Son dörd-beş ildir ki, paytaxt sakinlərinin çəkib qurtara bilməyəcəkləri dərd, bu gün sanki onları olmazın duruma salıb. Dərd dedikdə bəlkə də kimlərsə elə fikirləşə bilərlər ki, yəqin paytaxda sakinlərin iş yeri tapa bilmələri müşkül məsələyə çevrilib, övladlarına təhsil verə bilmirlər, kommunal xidmət problemləri onları olmazın olaylarla üz-üzə qoyub və s. kimi problemlər, şəhər sakinlərinin əsas problemləridir. Yox, əzizlərim! Şəhər sakinlərinin dərdi tamam başqa bir dərddir ki, onu da müxtəlif sahələrə rəhbərlik edən vəzifə sahibləri və onlarla əlbir olan işbazlar yaradırlar. Hansı ki, həmin işbazlar şəhər ərazisində tikinti işləri ilə məşğul olurlar və onlar indiyə kimi sakinlərin istirahət etdikləri yerlərə, azyaşlı uşaqların oynadıqları meydançalara, yaşıl ağaclarla əhatə olunan sahələrə qənim kəsilməklə, hədsiz dərəcədə əndazəni aşıblar. Düzdür, bu cür addımların qarşılığında sakinlər dəfələrlə həyəcan təbili çalmışlar, yaşananları sosial mediada, televiziya kanallarında ictimailəşdirib haqq səslərini qaldırmışlar. Amma, nə fayda! Vəzifə var, pul var! Deməli onlar nəyi necə istəsələr, onu da edə bilərlər. Bu cür həngamələrin aşıb-coşduğu ünvanlardan biri də, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi-1A, Mikayıl Mikayılov küçəsi-11 və 11A ünvanlarıdır. Çünki, bir neçə gün bundan öncə ürəkyanğısı ilə redaksiyamıza üz tutan və üz-üzə qaldıqları problemlərin bir daha ictimailəşdirilməsinə qərar verən sakinlər təqdim etdikləri ərizələrində yazırlar ki,

“Qeyd olunan ünvanlarda 200-dən çox ailə yaşayır. Yaşadığımız binaların orta hissəsində yaşıl ağaclar, uşaqların oynadıqları meydançalar, yaşlı insanların istirahət etmələri üçün oturacaqlar quraşdırılmış ərazilər var idi ki, bu gün onlardan heç bir əsər-əlamət qalmayıb. Buna da səbəb, Binəqədi rayon İcra Hakimiyyəti Aparatında məsul vəzifələrə sahib olan şəxslərin, həmin əraziləri imkanlı şəxslərə satmalarıdır. Sözsüz ki, belə bir addımların atılmasında qəsəbə icra nümayəndəliyinin, qəsəbə bələdiyyəsinin, ərazi üzrə cavabdehlik daşıyan polis əməkdaşlarının da, xüsusi rolları olub. Hal-hazırda zəbt olunmuş ərazilərdə iki mərtəbəli evlər inşa olunmuş, bəzisində isə tikinti işləri davam etdirilməkdədir. Bu cür haqsızlıqlarla bağlı dəfələrlə qəsəbə icra nümayəndəliyinə, qəsəbə bələdiyyəsinə, hətta RİH Aparatına rəsmi qaydada şikayətlərimizi təqdim etsək də, bir kimsə bizi saya salmadı. Belə olan halda yaşıllıqlar məhv edildi, uşaqların oynadıqları, yaşlıların istirahət etdikləri ərazilər qazıldı və həmin yerlərdə tikinti işləri həyata keçirildi. Faciə odur ki, hələ ötən illərin birində yaşadığımız binaların orta hissəsində xeyr-şər məclislərini yola vermək məqsədilə tikinti işləri aparmaq istədikdə, Binəqədinin sabiq icra başçısı bizə imkan vermədi. Amma, bu gün Asəf Zeynallı küçəsi-1A, Mikayıl Mikayılov küçəsi-11 və 11A ünvanlarında boş yer tapmaq mümkün deyil. Bu da ən böyük cinayət, ən böyük faciə deməkdir”. Onu da bildirək ki, bir-iki gün bundan öncə sakinlərin təqdim etdikləri ərizə əsasında qeyd olunan ünvanlarda olduq, lazımi çəkilişlər həyata keçirdik, onların fikirlərini, danışıqlarını dinlədik və son anda aidiyyəti qrumlardan problemlərin varlığına münasibət bildirmələrinə çalışdıq. Qəsəbə bələdiyyəsinin rəhbərliyi yaşanan problemlərin onlara heç bir aidiyyətinin olmadığını və aidiyyəti üzrə müraciət etməyimizi bildirsə də, RİH-dən əldə etdiyimiz mövqe, sanki bizi çaşbaş qoydu. Yəni, RİH-dən bildirilir ki, “Guya əvvəllər həmin ərazidə tikinti olub, bu gün isə köhnə tikililər sökülərək yerində yenisi inşa olunur”. Əslində belə bir cavab baş aldatmaqdan başqa bir şey deyil. Axı, uzun illər ərzində qeyd olunan ünvanlarda yaşayan sakinlər tikinti işləri gedən yerlərdə yaşıllıqların, uşaq meydançasının, yaşlı insanların istirahət etmələri üçün boş ərazilərin olduğunu bildirirlər, Binəqədi rayon İcra Hakimiyyətinin məsul şəxsləri isə, baş aldatmaqla məşğul olurlar. Məsələnin düşündürücü tərəfi ondan ibarətdir ki, bu ilin 9 oktyabrında Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev dedi ki, “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı şəhər İcra Hakimiyyətinin, Bakı şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək”. Dövlət başçısı bu sahədə müvafiq sərəncamın imzalandığını, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də binanın tikilə bilmədiyini qeyd edib. Prezident bu qaydanı pozanların cinayət məsuliyyətinə cəlb ediləcəyini və qanunsuz tikilən binaların dərhal söküləcəyini bildirib. Sakinlərin redaksiyamıza çatdırdıqları məlumatlara görə, cənab Prezidentin belə bir tapşırığından sonra qeyd olunan ərazidəki tikinti işləri dayandırılır.




Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az