• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 18-07-2026 Baş çavuş vəfat etdi
  • 18-07-2026 İstirahət günü 38 dərəcə isti olacaq
  • 18-07-2026 "Tesla"nın 20 min avtomobili ilə bağlı kritik qərar verildi
  • 18-07-2026 Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında iştirak edib
  • 18-07-2026 DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
  • 18-07-2026 Tramp Messi, Ronaldo və Keyndən danışdı
  • 18-07-2026 Bu sayda şəxsə yaşa görə əmək pensiyası təyin olundu
  • 18-07-2026 Moskvaya 370 dronla hücum: Mer hamısı vurulub deyir, amma neft anbarı yanır...
  • 18-07-2026 11 və 8 yaşlı 2 uşaq itkin düşdü
  • 18-07-2026 İran rəsmisi BMT-ni ittiham etdi
  • 18-07-2026 "Qadınlarda kişiləşmə, kişilərdə qadınlaşma gedir, bilmirsən, yeməkdəndir, ya içməkdən..."
  • 18-07-2026 Kadırovdan ŞOK ÇAĞIRIŞ - NATO-ya müharibə ELAN ETDİ
  • 18-07-2026 "Adımdan yalan danışıb, camaatı üstümə qaldırmayın"
  • 17-07-2026 Türkiyə və Rusiya arasında meyvə müharibəsi!
  • 17-07-2026 "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
  • 17-07-2026 Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub
  • 17-07-2026 “Qarabağ”ın oyunu canlı yayımlanacaq
  • 17-07-2026 İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı
  • 16-07-2026 Azərbaycan neftinin qiyməti 86 dollardan yuxarı qalxdı
  • 16-07-2026 Talamus nədir? Talamusun vəzifələri və funksiyaları

XƏBƏRLƏR

    DÇ-2026: 3-cü yerin sahibi bəlli olacaq
    "Qarabağ"ın potensial rəqibi müəyyənləşib
    “Qarabağ”ın oyunu canlı yayımlanacaq
    DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi
    Harri Keyn İngiltərə millisində yeni rekorda imza atıb
    10 il Seneqal millisinin həkimi olub: məlum oldu ki...
    FİFA-dan tarixi qərar: Dünya Kuboku finalında futbol qaydaları pozulacaq FOTO
    "Ev sahibidirlər, arxayınlaşa bilmərik" - Valdas Dambrauskas
    “Turbo.az” və “Bina.az”la bağlı gözlənilməz qərar
    "Bizə daha çox transfer lazımdır"
8-10-2018, 08:20

Sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?

Sən niyə gəlmişdin, Rüfət Aslanlı və niyə getdin?

Azərbaycan prezidenti İlham Əliyev Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının sonrakı taleyi ilə bağlı uzanan əhvalata nöqtə qoydu. Dövlət başçısı cümə axşamı “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzaladı və qurumun yeni Nazamnaməsini təsdiq etdi. Yeni Nizamnaməyə görə, MBNP-nin idarəetmə orqanı İdarə Heyətidir. Bundan əvvəlki Nizamnamədə isə qurumun idarə edilməsi İdarə Heyəti ilə yanaşı, Direktorlar Şurasına həvalə edilmişdi. Beləliklə, Direktorlar Şurasının ləğvi ilə sədr Rüfət Aslanlı, müavini Nigar Məmmədova və Şuranın üzvləri vəzifələrini itirdilər.

Palata ölkə iqtisadiyyatı üçün ən çətin günlərdə – milli valyutanın genişmiqyaslı devalvasiyasından və bütovlükdə ölkə iqtisadiyyatının dağılmağa başlamasından sonra yaradılmışdı. Ölkənin siyasi rəhbərliyi yeni struktura böyük ümidlər bəsləyirdi və buna görə ona geniş səlahiyyətlər vermişdi. Onda çoxları yeni yaradılan təşkilata şübhə ilə yanaşırdılar ki, maliyyə sarıdan o qədər də inkişaf etməmiş kiçik ölkədə belə təşkilat nəyə lazımdır. Amma maliyyə bazarında vəziyyət elə qorxunc xarakter aldı ki, bu mövzuda aparılan bütün müzakirələrin mənasız olduğu üzə çıxdı. Yalnız gözləmək qalırdı.

Vaxt gedirdi, prezident İlham Əliyev tərəfindən başlanmış genişmiqyaslı islahatlar artıq ölkə iqtisadiyyatının bir çox sferalarında müsbət nəticələrini verməyə başlayırdı. Amma qlobal böhranın şıltaqlıqlarına başqa sferalardan daha çox məruz qalmış maliyyə bazarı, axsamaqda davam edirdi. Palata isə maliyyə bazarında gözə çarpan dəyişikliyə nail ola bilmədi – o, ağıllı məntiqin əksinə, axsayırdı. Və bu mənada Maliyyə Sabitliyi Şurasının yaradılması haqqında prezident fərmanı tamamilə gözlənilən idi. Şura, makroiqtisadi sabitliyin gücləndirilməsi və maliyyə sabitliyinin təminatı, bu sahədə effektiv nizama salmanın və hüquqi tətbiq təcrübəsinin nailiyyətlərinə uyğunlaşdırılmış siyasətin həyata keçirilməsi üçün Palatanın yaradılmasından, demək olar, bir neçə ay sonra formalaşdırılmışdı. Maliyyə bazarında, prinsip etibarilə, həmin işi maliyyə nəzarəti üzrə Palata etməli idi, amma o qarşısına qoyulmuş məsələnin öhdəsindən ya gəlmədi, ya da bu onun üçün çox ağır məsələ idi, amma Prezident daha çox risk etməməyə qərar verdi.

Daha bir detal gözlərə dəyirdi - onun cari fəaliyyətinin təşkili üçün Maliyyə Sabitliyi Şurası katibliyinin formalaşdırılması Mərkəzi Banka tapşırılmışdı. Bəli, indi Şurada əsas funksiya maliyyə bazarı üçün bütovlükdə məsuliyyət daşıyan Maliyyə Nəzarəti üzrə Palataya yox, onun yalnız dar bir seqmenti, həmçinin manatın kursu üçün məsuliyyət daşıyan Mərkəzi Banka həvalə edilirdi. Görünürdü ki, Palata ondan əvvəl qarşısına qoyulmuş məsələlərin öhdəsindən tamamilə gələ bilməyib. Və dövlət başçısı, ehtimal ki, bu yolla dövlət strukturları- Mərkəzi Bank, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi və Palatanın maliyyə siyasəti üzrə mövqelərində müşahidə olunan koordinasiyasızlığı təmin etməyə qərar verdi. Görünür, daha maliyyə bazarında Palatadan köklü dəyişikliklər gözləmək əbəs idi, çünki istənilən orqanın və ya onun rəhbərinin fəaliyyətinə qiymət adətən ilk yüz gün ərzində gördüyü işlərə görə verilir. Amma Palatanın yüz günü haqqında, ölkədə təəssüf ki, heç kəs xatırlamadı, baxmayaraq ki, bir çox ekspertlər onun işini qeyri-kafi qiymətləndirir, hətta ölkənin maliyyə sistemi üçün riskli hesab edirdilər.

Ölkə KİV-ində Palatanın işindəki çatışmazlıqlar haqqında o qədər çox yazılırdı ki, onları böyük kitaba yığmaq mümkün olardı. Bu məsələdə biz də kənarda qalmamışdıq. Amma Rüfət Aslanlı, eləcə də onun məsləhətçisi və adaşı Rüfət Abbasov konstruktiv iş əvəzinə bizi dəfələrlə pis vəziyyətdə qoymağa çalışırdılar. R.Aslanlı öz birbaşa vəzifələrini unudub aparatdaxili oyunlarla və intriqalarla məşğul idi. Son nəticədə Aslanlının özünün ünvanına elə ittihamlar səsləndirilirdi ki, başqa dövlət məmurlarını çoxdan istefa verməyə məcbur edərdi.

Belə ki, fransız mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşmışdı. “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbəri Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılırdı.

Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunmuşdu. Bundan başqa etiketdə azərbaycanlı məmurun imzasını da görmək mümkün idi. Demə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarı imiş.

Aslanlı özü üçün gerb də fikirləşmişdi

Bunda kriminal heç nə yoxdur. Amma jurnalistlər həmin gerbin gizli mənasını açıqlamışdılar. Belə ki, oradaki aslan Rüfət Aslanlının soyadını əksi kimi izah edilmişdi. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunurdu.

Və belə piar üçün tamamilə uğursuz vaxt seçilmişdi – xalq maliyyə bazarının tənzimləyicisinin başçısından vəziyyətin yaxşılaşdırılmasını gözləyir, o isə burada şərabların nəfis növləri ilə…

Ümumiyyətlə, ölkənin maliyyə bazarına nəzarət edən Rüfət Aslanlı gündəmə daha çox öz təmtəraqlı həyatı ilə çıxmağa başladı. Hətta o öz ad gününü Türkiyənin, əsasən zəngin sahibkarların yığıldıqları ən bahalı restoranlarından birində qeyd etdi. Çoxları etiraz edə bilərlər ki, ayda özünə maaş kimi 65 min manat yazan məmur belə şeyə gedə bilərdi. Bəli, gedə bilərdi, amma əgər özünü qalan digər cah-calaldan, hansına ki, yalnız 65 min manat yox, hətta bir neçə dəfə böyük məbləğin də çatmayacağı işlərdən kənar tutsaydı.

Təsadüfi deyil ki, bank və bütovlükdə maliyyə sistemində vəziyyətin düzəldilməsi haqda onun səs-küylü bəyanatlarının arxasında elə həmin bankların özü ilə bağlı hansısa qəribə oyunlar gedirdi. Deyək ki, Palata var gücü ilə "Standartbank"ı xilas etməyə çalışırdı, bacarmadı, amma paralel olaraq ondan heç də kiçik olmayan "Texnikabank"ın asanlıqla boğulmasına imkan verdi. İş hətta o dərəcəyə çatdı ki, Azərbaycanda işləyən Avropa şirkətləri Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyətini sərt tənqidə məruz qoydular. Və bu tənqid haradasa başqa yerdə yox, Avropa Birliyinin "Azərbaycanda biznes-mühiti -2018” hesabatında səsləndirildi. Məruzə müəllifləri birbaşa qeyd etdilər ki, iqtisadiyyatın sabitləşməsinə və daha pozitiv iqtisadi proqnozlara baxmayaraq, hökumət bank sektorundakı zəifliyə diqqət yönəltməlidir.

Yəni ölkə iqtisadiyyatının sabitləşməsi fonunda bütovlükdə bank sektoru zəif qalmaqda davam edirdi. Bütün bunlar, əlbəttə, ölkə rəhbərliyinin diqqətindən kənarda qala bilməzdi. Və Aslanlı karyerası qanunauyğun nəticə ilə qurtardı – onu vəzifədən kənarlaşdırdılar. Azərbaycan nazirlikləri və idarələrinin bir çox başqa rəhbərlərindən fərqli olaraq, hansıları ki, əminliklə siyasi uzunömürlü adlandırmaq olar, Aslanlı kresloda iki ildən bir az çox otura bildi və onun da son bir ilini o, demək olar ki, işlərdən kənarda idi. Palatayla fktiki olaraq onun müavini rəhbərlik edirdi.

Bütovlükdə Aslanlı haqqında savadlı və bank işini yaxşı bilən insan kimi danışırdılar. Bəlkə bu belə idi, amma işinin öhdəsindən gəlməyi bacarmadı. Görünür, yalnız elm və bilik azlıq edib, rəhbərlikdə işləyən üçün bir çox digər keyfiyyətlər də lazımdır, onda isə məhz onlar çatışmadı. Düzdür, bir sıra ekspertlər onun siyasi intriqaların qurbanı olduğu amilini istisna etmirlər. Çünki bank və maliyyə strukturlarının daha təcrübəli rəhbərləri ən çətin vaxtda ondan ildırımötürən kimi istifadə etdilər. İldırımı ötürtdülər və indi ildırımötürən heç kimə lazımlı deyil. Necə deyərlər, mavr öz işini gördü, mavr getməlidir…

Elnur Məmmədov

Virtualaz.org

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az