• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
24-09-2018, 08:48

Texniki baxışın “ideal” ünvanı: Sumqayıt “MERO” “Sədərək”də bazar açıb –şok video

Texniki baxışın “ideal” ünvanı: Sumqayıt “MERO” “Sədərək”də bazar açıb –şok video


[media=https://www.youtube.com/watch?v=0fsOzLuA2gA]
Sumqayıtda avtonəqliyyat vasitələrinə texniki baxış yeni ixtisaslaşdırılmış müasir diaqnostika mərkəzində keçirilir. Yox, yox, bu, Azərtac dövlət agentliyinin illər əvvəl yaydığı rəsmi xəbərdir.

İndi Sumqayıt qeydiyyat imtahan və texniki baxış şöbəsinin baş “diaqnostikası” Lökbatanda yerləşən “Sədərək” ticarət mərkəzidir.

Soruşa bilərsiniz ki, bu necə olur? Və sizi agah edirik ki, “Sədərək” bazarında Sumqayıt qeydiyyat imtahan və texniki baxış şöbəsinin dəllaları peyda olublar.

Onlar işini menecerlər kimi qurublar. Sanki turizm agentliyidir və kurorta turist göndərməklə məşuldurlar. Belə ki, onlardan biri Alverdi Səfərovdur.

Həmin şəxs Sumqayıt “MERO”nun “Sədərək” bazarındakı “distryubütorudur”. Bazarda əlində vizit kart gəzdirən Səfərov sürücülər üçün maşınlarını texniki baxışdan keçirdiyini elan edir.

Yəni, sürücü heç yerə getmədən, avtomobil texniki baxışdan keçmədən pulunu “makler”ə verir və tezliklə texniki baxış kağızını əldə edir. Bu fakt Reportyor.info əməkdaşının apardığı araşdırma və çəkiliş zamanı öz təsdiqini tapıb.

Təqdim edəcəyimiz video kadrlardan da görünür ki, A.Səfərov tanımadığı şəxsdən ona gələn zəngi açır, texniki baxışdan keçmək üçün lazım olan sənədləri vatsapla göndərməyi bildirir.

Sürücü avtomobilin texpasportunun şəklini Səfərovunvatsap nömrəsinə göndərir və işini həll edir. Əməkdaşımızın təqdim etdiyi kadrlardan görünür ki, bu xidmətinə görə ona 60 manat ödənilir, texniki baxış vərəqəsi verilir.

O, maşının mühərrikinə görə qiymətlərin fərqləndiyini bildirir və nə zaman kimə lazım olarsa, bu işi görməyə hazır olduğunu bildirir. Beləcə, Sumqayıt “MERO” əsl məkanını tapıb, elə açdığı bazarı “Sədərək” bazarında yerləşdirib.

Əvvəla sual yaranır ki, sürücülər niyə Sumqayıt “MERO”ya müraciət etmirlər? Çünki texniki baxış zamanı müxtəlif bəhanələr gətirilir, avtomobilin hansısa yerində problem aşkarlandığı deyilir və beləcə sürücülər incidilir, vaxt itirir.

Ona görə də “makler” vasitəsi ilə texpasport və pul “MERO”ya çatdırılır, yerindəcə həll olunur və heç bir əsəb keçirmədən, rahatlıqla bu kağız əldə edilir.

Yəni, Sumqayıtın “MERO” rəisi öz aləmində “ASAN xidmət” modeli yaradıb, müştəriləri əziyyətə salmır. Bu azmış kimi, “MERO”nun rəisi Mirəli Şıxəliyevin ezam etdiyi dəllallar çəkinmədən, utanmadan vizit kart da paylayırlar. Əcəbdir vallah…

Reportyor.infoxəbər verir ki, Sumqayıt “MERO”da bu ilk belə hal deyil. İllərdir ki, bu şöbə qanunsuzluqla, rüşvətxorluqla ad çıxarıb.

İnternetdə Sumqayıt “MERO” yazan kimi onlarla sürücülük vəsiqələrinin satılması, texniki baxış alınmasının təşkili barədə yazılara rast gəlmək olar.Bu yeni çəkdiyimiz kadrlar da illərdir ki, həmin söylənən faktların real təsdiqi oldu.

“MERO” rəisi M.Şıxəliyevin fəaliyyəti o həddə çatıb ki, “Sədərək”də bazar açaraq Daxili İşlər Nazirliyinin, nazirliyin Baş Dövlət Yol Polisi İdarəsinin gördüyü işləri heçedir, gözdən salır, bazar səviyyəsinə endirir.

Bir neçə il əvvəl savash.org yazmışdı ki, Anar adlı “makler”vətəndaşa Sumqayıt “MERO”-nun rəis müavini İlkinin sürücülük vəsiqəsi üçün 1000 manat istədiyini bildirib.

Uzun çək-çevirdən sonra isə qiyməti 978 manata endiriblər. Anar, həm də sürücülük məktəbinin nümayəndəsidir. Bir sözlə, “MERO” rəisinin həm sürücülük vəsiqəsi, həm texniki baxış alverində hərtərəfli “maklerləri” var.

Mediada gedən xəbərləə görə, M.Şıxəliyev özünə əzəmətli villa inşa etdirib və sürücülük vəsiqələrinin “rüsum” artırılıb.

Hazırda onun 8 nəhəng villası var. Onlardan 1-i Novxanıda, 3-ü Masazır gölünün kənarında, 4-ü isə Şamaxıdadır. Həmin villaların qiyməti isə milyonlarla ölçülür.

Onun qohumlarından biri də Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin sabiq rəisi Ramiz Nəbiyevdir. Yəqin, bu şəxsin adı hər kəsə tanışdır.

Bir neçə il qabaq onun oğlu Elvin Nəbizadə «facebook»dakı şəxsi səhifəsində paylaşdığı bahalı avtomobil şəkilləri və pul valyutaları ilə diqqət mərkəzinə düşmüşdü.Bu fakt “MERO” rəisinin və çevrəsinin hansı varidata, kapitala malik olmasını əks etdirirdi.

Şübhəsiz, «MERO» rəisi bu qədər villaları, sərvəti yalnız məvacibi hesabına əldə edə bilməz. Çox güman ki, “Polad” ləqəbli rəisin dəllalları çox aktiv işləyirlər, video kadrlardan da göründüyü kimi….

REPORTYOR.info

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az