• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
31-08-2018, 08:40

Gürcü baş nazirin Bakı səfəri-Tiflisin “işi düşüb”

Gürcü baş nazirin Bakı səfəri-Tiflisin “işi düşüb”

Elçin Mirzəbəyli: “Azərbaycanın qırmızı cizgiləri bəllidir”

Avqustun 30-da Gürcüstanın baş naziri Mamuka Baxtadzenin Azərbaycana iki günlük səfəri başlayıb.

Hər kəsə məlumdur ki, Gürcüstanı qazla təmin edən əsas ölkə Azərbaycandır. Belə iddialar var ki, qarşıdan gələn qış fəslinə hazırlaşan Gürcüstanın bu hazırlıqlar çərçivəsində rəsmi Bakıya “işi düşüb”. Səfər çərçivəsində əsas müzakirələr qaz alqı-satqısı ilə bağlı olacağı ehtimal edilir. Eyni zamanda, ölkələrarası böyük layihələr və digər sahələr üzrə əməkdaşlıq var ki, bunların da müzakirəsi istisna deyil.

M.Baxtadzenin səfəri ilə bağlı gündəmə bir çox məsələlər gəlib. Bunların da əsasını rəsmi Tiflisin Azərbaycana qarşı son zamanlar etdiyi sayğısızlıq, oradakı soydaşlarımızın problemlərinə olan biganə münasibəti və Azərbaycan qazının hesabına dövlət kimi ayaqda qalmasına baxmayaraq, ermənilərlə yüksək səviyyəli əlaqələrini davam etdirməsi, hətta bəzi vaxtlarda xristian təəssübkeşliyindən çıxış edərək erməniləri bizdən öndə tutmaları təşkil edir.

Ekspertlər yuxarıda qeyd etdiklərimizi önə çəkərək hesab edirlər ki, Gürcüstanın Azərbaycana olan mövqeyini dəyişmək üçün Bakıda gürcü baş nazirin qarşısına konkret şərtlər qoyulmalı, ölkəsinə yönəlik tələblər səsləndirilməlidir.

Politoloq Elçin Mirzəbəyli bu səfərin tanışlıq xarakteri daşıdığını düşünür: “Bu səfər Mamuka Baxtadzenin baş nazir postunda Azərbaycana ilk səfəridir və çox güman ki, tanışlıq xarakteri daşıyır. Rəsmi məlumatlarda müzakirə olunan məsələlərin bəzi istiqamətləri açıqlanıb. Azərbaycanla Gürcüstan arasında nəqliyyat, enerji, ticarət, iqtisadiyyat, mədəniyyət və humanitar sahələrdəki əlaqələrin inkişafı hər iki ölkə üçün prioritet təşkil edir. Bu sıraya təhlükəsizlik məsələlərini də əlavə etmək düşünürəm ki, doğru olar. Baxtadzedən öncəki iki baş nazirin - İrakli Qaribaşvilinin və Georgi Kvirikaşvilinin Gürcüstan hökumətinə rəhbərlik etdikləri dövrlərdə rəsmi Tiflisin davranışlarına strateji müttəfiqlik prinsiplərinə uyğun gəlməyən çalarlar özünü büruzə vermişdi. Bu amil Georgi Kvirikaşvilinin baş nazirliyi dönəmində özünü daha qabarıq şəkildə göstərmişdi. Baxradzenin baş nazir kimi prioritetləri avrointeqrasiya, münaqişələrin sülh yolu ilə həlli, təhsil sisteminə sərmayələrin cəlb edilməsi və innovativ iqtisadiyyatın qurulmasıdır. Bu prioritetlər, xüsusilə də təhsil və iqtisadiyyatla bağlı istiqamətlər Baxtadzedən öncə Azərbaycan tərəfindən elan olunub və sadalanan istiqamətlərdə əməkdaşlıq üçün ciddi prioritetlər var. Azərbaycanın qırmızı cizgiləri bəllidir və bu cizgilərin keçilməsi ciddi etimadsızlıq mühiti yarada bilər. Bu isə münasibətlərin inkişafına mane ola biləcək çox ciddi faktordur”.

Politoloq hesab edir ki, Mamuka Baxtadze sələflərinin etimadsızlığa səbəb ola biləcək qeyri-səmimi davranışlarından və manevrlərindən nəticə çıxarıb: “Öncə qeyd edim ki, Gürcüstanın enerji və nəqliyyat layihələri üzərindən hər hansı bir formada manevr etmək imkanı yoxdur. Bu layihələr beynəlxalq status daşıyır, Gürcüstanın bir dövlət olaraq bununla bağlı müvafiq öhdəlikləri var və bu öhdəliklərin pozulmasını təsəvvür etmək belə mümkün deyil. Hər iki ölkə qeyri-enerji sektorunda əməkdaşlığı genişləndirə bilərlər. Prinsipcə, Azərbaycan bu gün də Gürcüstanın ən böyük investoru statusundadır. Gürcüstanın Azərbaycandakı investisiyaları haqqında isə danışmaq mümkün deyil. Çünki bu investisiyalar demək olar ki, yoxdur. Hazırda Azərbaycanın özünün investisiyalara ehtiyacı var. Bu istiqamətdə şübhəsiz ki, müvafiq addımlar atılır, amma bu prosesin genişləndirilməsi və sürətləndirilməsi olduqca vacibdir. Bu baxımdan, düşünürəm ki, Azərbaycanın bütün resursları iqtisadiyyatın diversifikasiyası prosesinə cəlb edilməlidir. Gürcüstan hökuməti və bu hökumətin uzun illər boyu QHT sektorunda çalışan üzvləri başa düşməlidirlər ki, Azərbaycan donor təşkilatı deyil və ölkənin bütün gəlirləri ilk növbədə öz iqtisadiyyatına cəlb olunacaq. Azərbaycanın təşəbbüsçüsü və əsas lokomotivi olduğu enerji layihələri Gürcüstan üçün sabit maliyyə mənbəyidir. Bundan daha çoxunu əldə etmək üçün isə səmimi olmaq, tərk tökmək, əmək sərf etmək lazımdır”.

E.Mirzəbəyli qaz məsələsinin gündəmə gətirilməsinə əsas görmür: “Gürcüstanın təbii qazla təmin edilməsi ilə bağlı məsələnin həll olunduğunu düşünürəm. Bu məsələnin yenidən gündəmə gətirilməsi üçün hər hansı bir əsas yoxdur. Ermənistanla bağlı münasibətlərə gəldikdə isə, Tiflisin bu münasibətləri indikindən daha irəli aparmaq şansı yoxdur. Hansı müstəvidə aparılacaq bu münasibətlər irəli? Ermənistan Gürcüstana nə verə bilər? Heç nə. Paşinyan bu gün ölkəyə investisiya cəlb etmək üçün az qala diz çöküb yalvarır, amma yenə də nəticə əldə edə bilmir. Gürcüstanın isə daha öncə qeyd etdiyim kimi özünün investisiyaya ehtiyacı var. Azərbaycanla Gürcüstan arasında təmasların artması müsbət hadisədir və bu dialoqun daimi olması hər iki ölkənin maraqlarına uyğundur. Azərbaycanla Gürcüstan qeyri-enerji sektoru sahəsində də yaxından əməkdaşlıq edə, birgə müəssisələr yarada və Avropa İttifaqı ölkələrindən bu prosesə investisiyalar cəlb edə bilərlər. Almaniyanın kansleri Angela Merkelin hər iki ölkəyə səfəri və aparılan müzakirələrin nəticəsi də belə düşünməyə imkan verir”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az