• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
29-08-2018, 09:07

ABŞ-ın səfir təyinatı noyabrdan sonraya qala bilər-səbəblər

ABŞ-ın səfir təyinatı noyabrdan sonraya qala bilər-səbəblər

Səfir təyinatının 5 aydır yubanmasının səbəbləri...
Artıq beş aydır ki, ABŞ-ın Azərbaycanda səfiri postu boş qalıb. Vaşinqton hələ də Azərbaycana səfir təyin etməyib. Azərbaycanda çox ciddi maraqlarının olduğunu heç zaman gizlətməyən ABŞ-ın bölgədə geosiyasi mübarizənin şiddətləndiyi bir dövrdə Bakıya səfir təyinatını bu qədər yubatması ortaya suallar çıxarır. Səfir təyinatının yubanmasında hansı amillər rol oynaya bilər?

Politoloq Natiq Miri bildirdi ki, səfir təyinatının yubanmasının əsas səbəblərindən biri Donald Tramp administrasiyasının daxilində cərəyan edən vəziyyətdir: “Son zamanlara qədər müşahidə olunan ard-arda istefalar, dövlət katibinin dəyişilməsi faktiki olaraq belə mənzərə yaradıb ki, Tramp öz komandasını hələ də tam formalaşdıra bilməyib. Belə bir durum isə xarici ölkələrlə, o cümlədən Azərbaycan kimi ölkələrlə münasibətlərdə təsirini göstərir. Təkcə Azərbaycana deyil, digər bir sıra ölkələrə də səfir təyinatı gecikməkdədir. Problem Azərbaycanla münasibətlərdə hansısa anlaşılmamazlıqların olması deyil, problem Tramp administrasiyasının özündə və müəkəmməl olmayan xarici siyasətindədir. Münasibətlərdə aydınlaşdırılmayan məqamların olması bu dəfə elə də böyük səbəb sayılmır. Bu dəfə səfir təyinatının gecikməsi yuxarıda dediyim səbəblərdən qaynaqlanır. Təyinatın gecikməsi idarəetmədə yaranan qüsurlar əsas rol oynayır. ABŞ-ın Azərbaycandan bəzi istəklərinin hələ də reallaşmaması isə səfir təyinatının yubanmasında qismən rol oynayır.

Noyabr ayına ABŞ-da konqressə seçkilər keçiriləcək. Tramp hökumətinin başı bu seçkilərə qarışıb. Məncə Azərbaycana da səfir noyabr seçkilərindən sonra təyin olunacaq".

Bəs səfir təyinatı proseduru ABŞ-da necə həyata keçirilir?

Natiq Miri

Ekspert qeyd etdi ki, ABŞ-ın digər ölkələrə səfirlərin təyinetmə proseduru bir neçə mərhələlidir. Cari səfirin səlahiyyət müddəti başa çatmamışdan öncə, diplomat ölkəsinə qayıtmadan əvvəl onun yerinə təyin olunacaq adam müəyyən edilməlidir: “ABŞ yeni səfirin təyin olunmasında mövcud administrasiyanın həmin ölkə ilə bağlı siyasətinin həyata keçirməsindən kənarda namizədlərin seçilməsində tətbiq olunan bir sıra standartlar mövcuddur. Birinci mərhələ olaraq namizədlərin seçilməsində işləyəcəkləri ölkələrin coğrafi, siyasi, iqtisadi, enerji və təhlükəsizlik sahələri ilə məlumatlı, əlaqəli, bu sahələrin mütəxəssisləri olan kadrlar müəyyənləşdirilir və işləyəcəyi ölkənin rəhbərliyi ilə razılaşdırılır. İkinci mərhələ olaraq prezident səfir kimi namizədi irəli sürür. Üçüncü mərhələdə namizəd Senatın və Konqresin xarici əlaqələr komitəsində təsdiqlənir. Son mərhələ kimi ABŞ prezident və ya Dövlət Departamenti rəhbəri Senatın səfir kimi təsdiqlədiyi şəxsə etibarnaməni təsdiq edir. Lakin ABŞ-da uzun illərdir səfir təyinetmə prosesində prosedurlardan kənarlaşmalar müşahidə olunmaqdadır.

ABŞ-ın ölkəmizə təyin olunmuş və ya namizəd olmuş şəxslər həmişə ABŞ xarici siyasət strukturlarında Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndələr, regional münaqişələrin həllinə cəlb olunmuş qruplarda fəaliyyət göstərmiş şəxslər, regionlararası təhlükəsizlik və enerji nəqli sahəsi üzrə xüsusi nümayəndələr olan ali rütbəli xarici əlaqələr xidmətinin peşəkar diplomatları olublar.

Məsələn, Minsk Qrupunda çalışmış səfir Metyu Bryza Azərbaycanda səfir fəaliyyəti dövründə Qarabağ və regional münaqişələrə, həmçinin Ermənistan-Türkiyə-Azərbaycan münasibətlərinin həllinə daha çox diqqət ayırmışdı. Sırf bu istiqamətdə həyata keçirdiyi müstəqil və prinsipial fəaliyyətinə görə 2010-cu ildə Ağ Evdən Senata namizədliyi göndərilmiş Metyu Bryzanın nominasiyasını Senata çıxışı olan erməni lobbisi əngəlləmişdi.

Ardınca Azərbaycanda ABŞ-ın səfiri olmuş Enn Dersinin səfir kimi fəaliyyəti ilk növbədə iqtisadi problemlərlə həsr olunmuşdu və onun təyinatı dövründə Azərbaycana münasibətdə Vaşinqtonun başlıca prioriteti sırf iqtisadi məsələlər olduğundan, o daha çox böyük neft gəlirlərinin yerləşdirilməsi və xərclənməsinə nəzarət mexanizmi yaranmasında iştiraka həsr olunmuşdu.

Səfir Riçard Morninqstarın fəaliyyəti isə daha çox enerji ilə bağlı idi və Ağ Ev onun səfir kimi namizədliyini məhz Xəzərin enerji yataqlarının Avropaya nəqli uğrunda regional mübarizənin aktivləşdiyi bir məqamda irəli sürmüşdü. Bu təyinat həmçinin AB və Azərbaycan əlaqələrinin yeni, daha dərin müstəviyə qədəm qoyması ərəfəsində olmasını da diqqətdən qaçırmaq olmaz. Ardınca isə ABŞ dövlət katibinin Enerji Resursları, Sanksiyalar və Ticarət məsələləri üzrə müavinin baş yardımçısı Robert Sekuta səfir göndərilmişdi. Səfir kimi onun fəaliyyəti dəyişmiş siyasi müstəvidə, regional enerji, iqtisadi və təhlükəsizlik məsələlərində də ABŞ və Azərbaycan arasındakı münasibətlərin, strateji enerji nəqli layihələrinə təhdidin qarşısının birgə alınmasından ibarət oldu.

Növbəti səfirin isə regional təhlükəsizlik məsələləri üzrə məşğul olmuş, bu sahəyə bağlı olan şəxs olacağını ehtimal etmək mümkündür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az