• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
29-08-2017, 14:09

Mikayıl Cabbarovun dərslik biabırçılığı: 120 səhifəlik kitabda 30 səhifəlik səhv

Mikayıl Cabbarovun dərslik biabırçılığı: 120 səhifəlik kitabda 30 səhifəlik səhv
2017-2018-ci tədris ilinin başlamasına bir neçə gün qalıb. Ancaq məktəbli dərsliklərindəki problemlərlə bağlı iddialar bitmir. Bir qrup müəllim yeni tədris ilinə hazırlanan biologiya dərsliklərində çoxlu sayda səhv olduğundan şikayət edirlər.


Əməkdar müəllim Almaz Həsrət Lent.az-a bildirib ki, kurrikulumun tətbiqinə başladıqdan sonra hazırlanan dərsliklərdə çoxlu sayda qüsur aşkarlayıblar: “Artıq neçə ildir ki, biologiya dərsliklərində elmi, şəkil, redaktə və s. kimi səhvlər ortaya çıxarırıq. Bu, dərsliklərin hazırlanması işinin zəif təşkilini və dərslikləri yazan müəlliflərin səriştəsiz olmasını göstərir. Təəssüf doğuran məqam odur ki, səhvlərlə dolu bu dərsliklər Təhsil Nazirliyi tərəfindən təyin edilmiş ekspertlər tərəfindən analiz edilir, qalib elan olunur və çapa verilir”.
A.Həsrət deyir ki, həmin dərsliklərin orta məktəblərə paylanmasının qarşısı alınmalıdır: “Yeni tədris ili üçün həm rus, həm də Azərbaycan bölməsi üzrə hazırlanmış biologiya dərsliklərinin məktəblərə çatdırılmasının qarşısı alınmalıdır və onlar yenidən işlənməlidir. Məsələn, bu il qalib elan edilən X sinif biologiya dərsliyi 120 səhifəlikdir və 30 səhifəlik səhv aşkar etmişik.
Hətta şagirdlər özləri dərslikdə olan səhvləri tapıb müəllimə deyir. Bu, utancverici bir haldır. Maraqlısı odur ki, səhv dolu kitab niyə qalib elan edilir?!”.
A.Həsrət Azərbaycan dərsliklərini mötəbər tədbirlərə apara bilmədiklərindən narazılıq edir: “Utanırıq, çünki bizim dərsliklər ələ gələsi deyil. Düşünürəm ki, dərsliklərlə bağlı fərqli qurum yaradılmalıdır. Mərkəzdə sırf mütəxəssislər toplanmalıdır. Məncə, dərslik yazan müəllif heyəti dəyişməlidir. Müəllif heyətinin tərkibində alim, dilçi olmalıdır. Sırf ixtisasını bilən, kurrikulumu mənimsəmiş mütəxəssis olmalıdır. Yaş səviyyəsini nəzərə alıb dərslik hazırlamaq üçün psixoloq da bu işə cəlb edilməlidir. Bunlar nəzərə alınmazsa, təbii ki, səhv dolu olacaq.
İllərlə səhv kitablar yazan şəxslər bu işdən uzaqlaşdırılmalıdır. Onlar heyətdə qalsalar, yenə dərsliklərdə səhvlər ortaya çıxacaq. Bütün qüsurlu dərsliklərin qarşısı alınmalıdır. Dərslik siyasətinə, hazırlanması prosesinə yenidən baxılmalıdır. Ondan sonra uğurlu dərsliyin əldə edilməsinə nail olarıq”.
A.Həsrət vurğulayır ki, bütün dərsliklərə yenidən baxılması üçün hər şey edəcəklər: “Çalışırıq ki, qüsurlu dərsliklərə yenidən baxılmasına köməklik edilsin. Ona görə Azərbaycanın birinci vitse-prezident Mehriban Əliyevaya bununla bağlı açıq məktub ünvanlamışıq. Bizim şagirdlər olimpiadalara hazırlaşanda dərsliklərlə deyil, xüsusi proqram əsasında hazırlaşırlar. Amma Rusiyada uşaqlar məhz sinif dərsliyi əsasında hazırlaşaraq fənn olimpiadalarında iştirak edir. Dərsliklər doğru olsa, istədiyimiz savada nail ola bilərik”.
Əməkdar müəllim, biologiya elmləri doktoru, professor Məcnun Babayev də dərsliklərin qüsurlu hazırlanmasından şikayət edir. M.Babayev Lent.az-a bildirib ki, dərsliklərin çapında bir nəşriyyat əsas rol oynayır: “Mənə maraqlıdır ki, nə vaxta qədər Azərbaycanda dərsliklərin müqəddəratını nəşriyyatın nüfuzu müəyyən edəcək? Biz də müəllifi olduğumuz kitabı tenderə çıxartdıq, amma seçilmədi. Biz “Təhsil” Nəşriyyat evi ilə işləmişdik. Tenderdə isə başqa nəşriyyat evinin kitabı qalib oldu. İçində o qədər səhv ola-ola”.
M.Babayev deyir ki, dərslikləri təcrübəsi olan adamlar hazırlamalıdır: “2002-ci ildən X-XI sinif biologiya kitablarının müəllifiyəm. Azərbaycanda kurrikulumun ilk koordinatoru mənəm. 28 ildir bu sahədəyəm. 2002-ci ildə ilk dəfə həm X və XI sinif üçün biologiya dərsliyim çıxdı. Təkmilləşdirdik və 16 ildir tədris olunur. Heç bir şikayət də yoxdur. Ancaq son illər kurrikulumla bağlı yeni dərsliklər hazırlayırlar. 8, 9-cu sinif dərslikləri bərbad vəziyyətdədir. İndi də X sinif biologiya dərsliyi hazırlayıblar. O, lap dəhşətdir.
Tenderdə qalib gələn dərsliyi oxudum, üç fəsildə 180 elmi səhv tapdım. Əsəbimdən partladım, kitabı tulladım, daha oxumadım. Mən istəmirəm ki, Azərbaycan məktəbliləri şikəst olsun”.
M.Babayev deyir ki, bir neçə ay bundan qabaq Təhsil Nazirliyinin Tədris Resursları Şöbəsinin müdiri Elvin Rüstəmovun qəbulunda olub və baş verən xoşagəlməz hallarla bağlı ona məlumat da verib: “Dedim, bu işdə çirkin əməllər var və kimsə pis işlər görür. Xəbərdarlıq etdim. Bizim müraciətlərimizə ancaq şablon cavablar göndərir. İndi isə istəyirəm ki, nazirlə görüş təyin edilsin, hamımız yığışıb müzakirə edək. Soruşsunlar, dərdiniz nədir, niyə qədər məktub yazırsınız?! Təklif edirəm ki, dərsliklər hazırlanıb orta məktəb müəllimlərinin səs çoxluğu ilə seçilsin”.
Məsələ ilə bağlı qarşı tərəf olan Təhsil Nazirliyindən mövqe almağa çalışsaq da, nazirlik iddialar qarşısında susqunluq nümayiş etdirir. Nazirliyin müvafiq şöbələrindən də suallarımıza cavab ala bilmədik.
Şagirdlər isə yeni tədris ilində də yüzlərlə səhvlə dolu dərsliklərdən istifadəyə davam edəcəklər. Göz görə-görə…

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az