• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
  • 22-07-2026 Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 22-07-2026 MEDİA-nın təşkilatçılığı ilə Milli Mətbuat Gününə həsr olunan tədbir keçirilib
  • 22-07-2026 Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək
  • 22-07-2026 Xətai Rayon İcra Hakimiyyətində tədbir keçirilib

XƏBƏRLƏR

    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
    “İnanıram ki, sabah qalib gələcəyik” - Dambrauskas
    Messidən hamını təəccübləndirən addım
23-12-2025, 08:17

Anım həftəsi başladı,kritik iki gün - təyyarəmizivuran həbsə salınacaq?

Anım həftəsi başladı,kritik iki gün - təyyarəmizivuran həbsə salınacaq?


Rusiya istintaqın gedişini süni şəkildə uzadır və Kreml liderinin verdiyi vədlərin icrası gecikir; Bakı-Moskva münasibətlərində yeni böhran gözləntisi
AZAL-a məxsus sərnişin təyyarəsinin Qroznı səmasında vurulmasının bir ilinin tamamına iki gün qalır. Dekabrın 25-də mülki təyyarəmizdə həlak olanların anım günüdür.


Rusiya Prezidenti Vladimir Putin ötən ay Düşənbədə prezident İlham Əliyevə vəd verib ki, cinayəti törədənlər cəzasını alacaq, zərərçəkənlərə təzminat ödəniləcək. Amma hələ ki Moskvanın “tükü tərpənmir” və belə görünür ki, məsələ uzadılır. Bəzi təhlilçilərin proqnozu isə işin gələn ilə qədər qalacağıdır.

“Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb”.

Bunu dekabrın əvvəlində Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib. H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra “müəyyən anlaşılmazlıq” və “emosiyalar” yaranıb, lakin Bakının narahatlıqları Düşənbədə müzakirə edilib. “Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik”, - o əlavə edib.

Məlumata görə, təyyarəyə atəş açan döyüş ekipajına Dmitri Sergeyeviç Paladiçuk rəhbərlik edib. O, “Pantsir-S” zenit-raket-artilleriya kompleksinin 274 saylı döyüş maşınının baş hesablayıcısıdır. Paladiçuk 14-cü ordunun mobil ehtiyat qüvvələrinə daxil olan 80-ci zenit-raket alayının 1-ci divizionunda xidmət edir (hərbi hissə №75564). Minval Politika-nın məlumatına əsasən, məhz onun idarə etdiyi ekipaj 25 dekabr 2024-cü il tarixində AZAL təyyarəsinə ölümcül zərbə endirib.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 21-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən MDB sammitinə getmədi. Analitiklərin fikrincə, Rusiya liderinin verdiyi vədi icra etməsini uzatması dövlət başçısının bu səfərə getməməsinin səbəblərindən biridir.

Bəs Rusiya qatili və ortaqlarını niyə məsuliyyətə cəlb etmir? Putin sözünü tutmaya bilərmi, yoxsa Azərbaycan bu məsələdə bir qədər də gözləmə mövqeyi tutmalıdır?



Elşad Musayev

Deputat Elşad Musayev “Yeni Müsavat”a bildirdi ki, Rusiya lideri Azərbaycan Prezidenti ilə üz-üzə söhbətində obyektiv araşdırma aparılacağını və təzminat ödəniləcəyini bildiribsə, deməli, bundan yayınması özü üçün hörmətsizlik olar: “Bir dövlətin başçısı söz veribsə, onu yerinə yetirməlidir. Ondan əvvəl də Pekində mətbuat konfransında bildirmişdi ki, Azərbaycanla münasibətlərdə problemlər yaranıb, amma həllini tapacaq. Həmin çıxışdan sonra Düşənbədə görüş oldu və hamıda artıq əminlik yarandı ki, Putin vədinə xilaf çıxmaz. Bütün hallarda biz həm Qazaxıstan, həm Rusiyanın araşdırmalarının nəticələrini gözləyirik. Sadəcə, bu hadisədə qaranlıq heç nə yoxdur. Putin təsdiq edib ki, raketin qəlpələri təyyarəyə dəyib. O halda qarşıdakı günlər ərzində təzminat ödənməli, məsuliyyət daşıyanlara cinayət işi açılmalıdır”.

E.Musayev qeyd etdi ki, Rusiya 2026-cı ildə Azərbaycanla münasibətlərin normal davam etməsini istəyirsə, ilin sonuna yaxın əlaqələri yaxşılaşdıran addımlar atmalıdır.



Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə bildirdi ki, Rusiyada cinayəti törədən hərbçilər istintaqa cəlb olunmalıdır. Onun sözlərinə görə, bu günə qədər istintaqdan heç bir hərəkətlilik yoxdur və təyyarənin vurulmasında günahı olanlar məsuliyyətə cəlb olunmayıb: “Ona görə də Rusiya İstintaq Komitəsi artıq rəsmi məlumat yaymalıdır. Üstəlik, əvvəldən də bildirilmişdi ki, ilin sonu rəsmi nəticələr elan olunacaq. Lakin biz Rusiya İstintaq Komitəsindən hələ də cavab görmürük. O deməkdir ki, Rusiya prosesi uzatmağa çalışır”.

Hüquq müdafiəçisi qeyd etdi ki, Rusiyanın davranışı Azərbaycanla münasibətlərdə olan problemləri dərinləşdirə bilər: “Rusiya müharibədən iki gün əvvəl Azərbaycanla strateji müttəfiqliyə dair sənəd imzalayıb. Moskva bəyannaməsində götürülən öhdəliklər var. Amma Rusiya müttəfiqliyə yaraşmayan siyasət yürüdür və tutduğu mövqe nə dostluğa, nə qonşuluğa uyğundur. Bu da Rusiyanın özünü müştəbeh aparmasından irəli gəlir. İstənilən halda, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqları uğrunda sona qədər tələblərini səsləndirməkdə davam edəcək”.

Qeyd edək ki, Varşava (1929) və Monreal Konvensiyaları sərnişinin ölümü və ya xəsarət alması hallarında daşıyıcının (həmçinin üçüncü şəxslərin) maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Monreal Konvensiyasına əsasən, indi ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa, 167 min dollar məbləğində kompensasiya verilir. Kompensasiya ödənilərkən daxili və beynəlxalq uçuşlar arasında fərq var. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.

Mülki aviasiya tarixində ən böyük təzminatı isə illər sonra Liviyanın o vaxtkı lideri Müəmmər Qəddafi ödəyib. O, 15 il sonra etiraf edib ki, 1988-ci ilin dekabrında “Boeing 747"nin göyərtəsində baş verən partlayış (270 nəfər həlak olmuşdu) Liviya kəşfiyyat xidmətləri tərəfindən terror hücumu olub. Bu qəzanın qurbanlarının hər birinin ailəsinə 10 milyon dollar verilib.

“Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190" təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. Yəni bu məbləğ Rusiyanın Ukrayna müharibəsində istifadə etdiyi raketlərin bir neçəsinin toplam qiyməti qədərdir...“Yeni Müsavat”

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az