[/center]Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, Meşələrin Inkişafı Xidmətinin rəisi Ramik Əşrəfovun səriştəsiz, savadsız kadrları meşələri soyqrım məruz qoyur, ağaclar işlik material kimi kəsilərək sexlərə daşınır. Dövlət büdcəsindən külli miqdarda vəsait silinərək yalandan kağız üzərində əkinlər salınır, amma realda o əkinlərin bir qısmı mövcud deyil. Olmayan əkinlər və aqrobağlar kağız üzərində örtülü meşə sahəsinə keçirilir.
Şikayətçi: 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin meşə uçotu və kadastrı üzrə baş mühəmdisi Kərəm Ağayev Ölkə Başçısı və digər adiyyatı qurumlardan kömək istəyir.
O hətta Vüqar Kərimovla Xidmət rəisi Ramik Əşrəfovu medya və hüquq mühafizə orqanlarının iştirakı ilə, onların özü iştirak etməklə aparıb soyqrım olan yerləri göstərməyə tam hazırdır.
Şikayətçi bildirir ki, gəlin siz mənə əkilən əkinlər və bir də son 3 il ərzində örtülü meşə sahəsinə keçən əkin və aqrabağları göstərin.
Yuxarıda səsləndirilən ittihamlarla bağlı adları keçən şəxslərin mövqeyini dinləyib dərc etməyə hazırıq.
Nyus.Az

























