• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-08-2018, 09:03

KANALIZASIYA QOXUSUNDAN BOĞULAN SUMQAYITLILAR

KANALIZASIYA QOXUSUNDAN BOĞULAN SUMQAYITLILAR

Hacı Zeynalabdin Tağıyev adına qəsəbənin Şirvan yaşayış massivinin sakinləri “od püskürürlər”

Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin “Şirvan” yaşayış məntəqəsi sakinlərinin illərdən bəri üz-üzə qaldıqları problemlərin varlığını görməmək üçün ya kor olmaq, ya da nankor olmaq lazımdır. Belə ki, bir-iki gün bundan öncə redaksiyamıza üz tutan və üz-üzə qaldıqları problemlərin həllinə kömək əlimizin uzadılmasını xahiş edən yaşayış məntəqəsi sakinlərindən Malik Əzizov, Tahir İmaməliyev, Rəfail Abbasov, Alim Abdürəhmanov və Əjdər Cəfərov bildirdilər ki, “Uzun illərdir ki, adı çəkilən bu yaşayış məntəqəsində yaşayırıq. Zaman-zaman kənardan bura köçən, torpaq sahələri alıb yeni ev tikən şəxslərin hesabına qəsəbəmiz böyük bir yaşayış məntəqəsinə çevrilib. İnsafən onu da bildirək ki, yaşayış məntəqəmiz böyüdükcə, sakinlərin sayı çoxaldıqca bəzi problemlərimizin həlli yöndə müəyyən addımlar da atılıb. Amma uzun illərdən bəridir ki, bu yaşayış məntəqəsində kanalizasiya problemimiz həll olunmur ki, həll olunmur. Yaşadığımız yaşayış məntəqəsi Xəzər dənizinin bir neçə yüzmetrliyində, bəlkə də daha yaxın məsafədə yerləşir. Belə bir səbəb üzündən də, sakinlərin axıtdıqları çirkab suları Xəzər dənizinə tökülür. Amma, necə? Elə bu necəliyin nəticəsidir ki, axıdılan çirkab suları sakinlərin dərdinin üstünə yeni bir dərd gətirməkdədir. Çünki, sovet dönəmində axıdılan çirkab suları xüsusi yerlərə tökülürdü və lazımi avadanlıqlarla təmizləndikdən sonra dənizə axıdılırdı. İndi həmin xüsusi yerlərdən və lazımi avadanlıqlardan heç bir əsər-əlamət qalmayıb. Yəni, itbat olub. Bu gün isə, axıdılan çirkab suları üstüaçıq vəziyyətdə, əraziyə yayılmaqla dənizə tökülür. Bu da vaxtilə “Şirvan” yaşayış məntəqəsi sakinlərinin və digər şəxslərin yay aylarında çimərlik kimi istifadə etdikləri ərazilərin bərbad hala düşməsinə səbəb olub. Hələ bu azmış kimi, yaşayış məntəqəsinin dənizə tərəf olan hissəsinin qamışlıqlarla örtülməsinə, əmələ gələn gölməçələrdə qurbağaların, müxtəlif gəmiricilərin, mənşəyi bilinməyən xəstəliklərin, hətta tülkülərin də peyda olmasına səbəb olub. Yayın bu isti vaxtlarında ətraf ərazidə elə bir iy-üfunət əmələ gəlir ki, sanki burada yaşamaq mümkün olmur. Bəzən çirkab suların hesabına əmələ gələn gölməçələrdə azyaşlı uşaqlar oynayırlar ki, bu da onların minbir xəstəliyə düçar olmalarına səbəb olur. Yaşayış məntəqəmizin bəzi yerlərində toparlanmış və aylarla təmizlənməyən zibiliklər də, ətraf ərazilərin antisanitariya mənbəyinə çevrilməsində mühüm rol oynayır. Dəfələrlə aidiyyəti qurumları belə bir ciddi problemlərin varlığı haqda məlumatlandırsaq da, hər dəfə ünvanladığımız müraciətlərimiz qulaqardına vurulub. Yəni, yazıb xahiş etmişdik ki, heç olmazsa çirkab suların axdığı yerlərə müəyyən diametrli borular basdırılsın ki, çirkab suları ətraf ərazilərə yayıla bilməsin. Təəssüflər olsun ki, qəsəbə icra nümayəndəliyi, qəsəbə bələdiyyəsinin rəhbərliyi, Sumqayıt ŞİH-tində belə bir problemlərin varlığına cavabdehlik daşıyan vəzifə sahibləri, hətta “Azərsu”nun rəhbərliyində olanlar belə, hələ ki, həyacan təbilimizə məhəl qoymurlar. İndi biz dərdimizi kimə deyək ki, illərdən bəzi üz-üzə qaldığımız problemlərin həllinə nail ola bilək? Axı, biz də bu ölkənin vətəndaşlarıyıq, bizim də Konstitusion hüquqlarımız var!

Biz “Şirvan” yaşayış məntəqəsi sakinləri olaraq media vasitəsilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Naziri cənab Muxtar Babayevə üz tuturuq və ondan da xahiş edirik ki, biz sakinlərə kömək əlini uzatsın. Çünki, yaşayış məntəqəmizdən axıdılan çirkab suları Xəzərin ətraf zolaqlarının çirkləndirilməsində ciddi rol oynayır. Ona görə də istərdik ki, adı çəkilən Nazirliyin əməkdaşları yaşadığımız əraziyə baxış keçirsinlər və müvafiq addımlarını da atsınlar. Bəlkə o halda dərdimizə əlac edən tapılar. Yoxsa…”

Araşdırmamız davam edəcək.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az