• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik
  • 15-10-2026 Narkotikə görə saxlanılan Nəvainin anası: "Böhtandır"

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
4-08-2018, 08:53

Bakıda həyətləri zəbt edən, ağacları kəsdirən və heç kimə məhəl qoymayan Fədai İmanov-FOTO-VİDEO

Bakıda həyətləri zəbt edən, ağacları kəsdirən və heç kimə məhəl qoymayan Fədai İmanov-FOTO-VİDEO

[media=https://www.youtube.com/watch?v=O6d-XOVj7cU]
Bakının Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində 30-35 il əvvəl tikilmiş kooperativ binaların həyətində yaşıllıq sahəsini məhv edərək 15 mərtəbəli bina tikirlər. Aprel ayının ortalarından “Yeni ev -19” tikinti şirkəti tərəfindən başlanan inşaat işləri üçün həyətdə vaxtilə sakinlər tərəfindən əkilən 50-yə yaxın çoxillik meyvə və digər ağaclar kəsilib, 149 saylı Mənzil Tikinti Kooperativinin ərazisi zəbt olunub.

Nyus.Az bildirir ki, bu barədə virtualaz.org-a H. Seyidzadə küçəsi, 5 ünvanında yerləşən 9 mərtəbəli binanın sakinləri bildiriblər. Onların sözlərinə görə, tikinti aparılan onlara məxsus tikinti kooperativinin ərazisi olsa da, aylardır ki, öz pozulmuş haqlarını bərpa edə bilmirlər.

“Bu bina tamamilə qeyri-qanuni tikilir. 1985-ci ildə bizim yaşadığımız bu binanın xəritəsi tərtib olunanda həmin ərazi də 149 saylı MTK-nın ərazisi kimi göstərilib. Hazırda tikinti gedən ərazidə 50-yə yaxın ağac var idi, hamısını qırıblar. Həm də Şəhərsalma və Tikinti Məcəlləsinin qaydaları pozulub, çünki binaların arasındakı məsafə azı 30 metr olmalıdır. Amma bu ərazi ilə bizim bina arasında məsafə heç 15 metr yoxdur. Ümumiyyətlə, bura bina yeri deyil. İndi tətildir, o qədər hiss olunmur, məktəb başlananda bu yoldan avtomobillərin əlindən keçmək olmur. Siz təsəvvür eləyin ki, burada 15 mərtəbəli bina tikilsə vəziyyət necə olar...”, - deyə sakin Rabil Sadıxov bildirir.

Sakinlər deyirlər ki, binalarına bitişik inşa olunan yeni bina onların rahatlığını pozur, həyətdə oynayan uşaqlara təhlükə yaradır. Digər tərəfdən isə, bina əsasən gecə saatlarında və keyfiyyətsiz tikildiyindən hər an başlarına uçma təhlükəsi ilə yaşayırlar.

Şikayətçilərin sözlərinə görə, bir neçə gün əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə, Prezident Aparatına 89 nəfərin imzası ilə yazılı müraciət olunub. Əgər müraciətə cavab verilməsə və bu tikinti dayandırılmasa 117 mənzildə yaşayan 400-dək insanın həyatı təhlükə altında qala bilər.

Şikayəti araşdırmaq üçün binada tikinti işləri görən şəxslərə yaxınlaşsaq da, suallarımıza cavab vermək istəmədilər.

“Yeni ev–19” şirkətinin ünvanı, ofisi və əlaqə nömrələri barədə internet mənbələrində məlumat yoxdur. Bununla belə KİV-lərdə, bir sıra internet portallarında bu şirkətin və daha bir neçə adda MMC-nin sahibi Fədai İmanovun əməlləri barədə bəhs edilir, şikayətlər əksini tapır.

Fədai İmanov “Yeni ev-19” MTK-dan başqa, o “EFEM-2016” MTK, “Daim” MTK adlı şirkətlər təsis edərək Nəsimi rayonu ərazisində əsasən yaşayış binalarının həyətlərinin zəbt edilməsi yolu ilə çoxmərtəbəli yaşayış binaları inşa edib. Virtualaz.org ötən il Nəsimi rayonu, Əlisgəndər İsgəndərov küçəsində Fədai İmanova bağlı şirkət tərəfindən binaların həyətində ağacları qıraraq qanunsuz bina tikintisi ilə bağlı şikayəti araşdırmışdı. (http://virtualaz.org/cemiyyet/79258) O vaxt sakinlərin çoxsaylı şikayətlərinə, etirazlarına baxmayaraq bina tikildi və mənzillər satıldı.

Sakinlərin şikayətlərini araşdırsaq da, həmin bina tikildi də, mənzillər satıldı da. Bundan başqa, eyni küçədə daha bir yaşıllıq sahəsinin məhvi də bu şəxsin adı ilə bağlıdır. O, yaşıllıqları məhv edərək tikinti aparmaq istəsə də, sakinlər etirazlara başladı və mətbuatda, o cümlədən, virtualaz.org saytında ağacların problem işıqlandırılandan sonra tikinti müvəqqəti dayandırıldı. (Bax: http://virtualaz.org/olke/93047, http://virtualaz.org/olke/111151.)

Ərazinin tikintidən əvvəlki vəziyyəti

Mətbuatda həmçinin Fədai İmanov barəsində dəfələrlə Ekologiya və Təbii Sərvətlər nazirliyinin, Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Departamentinin, Dövlət Əmək Müfəttişliyi Xidmətinin və digər qurumların xəbərdarlıqları ilə qarşılaşdığı haqda xəbərlər yer alır. Amma “gözəgörünməz” tikinti baronu İmanovu heç kim və heç nə, o cümlədən prezident İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında Bakıda binaların həyətlərini zəbt edib heç bir şəhərsalma normalarına əməl edilmədən binalar tikənlərə ünvanlanmış qəzəbli mesajları dayandıra bilmir. Deyilənlərə görə İmanov Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Arif Əsgərova yaxın adamdır və onun himayəsinə arxalandığı üçün heç kimi saymır. İmanovun özü ilə əlaqə saxlamaq mümkün olmadığından ona ünvanlanmış suallar da cavabsız qalıb...







Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az