• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
28-07-2018, 08:57

Xanlar Vəliyevdən qardaşının güllələnməsi ilə bağlı növbəti sensasion açıqlamalar

Xanlar Vəliyevdən qardaşının güllələnməsi ilə bağlı növbəti sensasion açıqlamalar

Hərbi prokuror icra başçısı Elmar Vəliyevin vurulmasında suçlu bildiyi yeni ünvanları göstərdi; “Radikal müxalifət və dini-ekstremist təşkilatlarla...”
Hərbi prokuror Xanlar Vəliyev Gəncə olaylarını “qanlı terror hadisələri” adlandırıb. O, Hərbi Prokurorluqda keçirilən əməliyyat müşavirəsindəkı çıxışında bu hadisələri radikal müxalifət və dini-ekstremist təşkilatlarla xarici dövlətlərin xüsusi xidmət orqanlarının törətdiyini bildirib.

“Radikal müxalifət və dini-ekstremist təşkilatların üzvləri ölkəmizə qısqanc və düşmən münasibət bəsləyən dövlətlərin xüsusi xidmət orqanları ilə birgə respublikamızda sabitliyi, əhalinin sakit həyatını pozmaq və qarşıdurma yaratmaq məqsədilə iyulun 3-də və 10-da Gəncədə dövlətçiliyimizə, ölkədəki sabitliyə yönəlmiş qanlı terror hadisələri törədib. Şəhər icra hakimiyyətinin başçısına və onun mühafizəçisinə qarşı sui-qəsd edib, asayişin kobud şəkildə pozulmasının qarşısını almağa çalışan yüksək rütbəli iki polis zabitini qətlə yetiriblər”, - hərbi prokuror bildirib.

Xanlar Vəliyev Gəncə olayları ilə bağlı əməliyyat-istintaq tədbirlərinin davam etdirildiyini vurğulayıb.

İyulun 3-də hərbi prokurorun qardaşı Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis serjantı Qasım Aşbazova silahlı sui-qəsd olub. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib.

Hüquq-mühafizə qurumları bəyan edib ki, Y.Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan islam dövləti qurmaq, bundan ötrü bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada xaos yaratmaq, hakimiyyətin zorla ələ keçirilməsi olub.

Bu sui-qəsddən bir qədər sonra - iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada polis zabitləri İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetirilib.

Elmar Vəliyevə qarşı törədilən sui-qəsdlə bağlı Cinayət Məcəlləsinin terrorçuluq, qəsdən adam öldürməyə cəhd və dövlət xadiminin həyatına sui-qəsd etmə maddələri ilə cinayət işi başlanıb.

Yunis Səfərovla cinayəti planlamış Gəncə şəhər sakini Ağa Hüseyn oğlu Sərxani “Aslanlar” tərəfindən məhv edilib. İstintaq müəyyən edib ki, o, 2016-cı ildə Suriya ərazisində silahlı birləşmələrin tərkibində döyüş təlimi keçib, mütəmadi olaraq İrana səfərlər edib. Elmar Vəliyevə qarşı törədilən terror aktından ötən müddət ərzində “Aslanlar” bir neçə əməliyyat keçirib. İyulun 3-də hüquq mühafizə orqanları - DİN, Baş Prokurorluq və DTX birgə açıqlama yayaraq Gəncənin icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova qarşı törədilmiş hadisənin terror aktı olduğunu elan edib. Həmin rəsmi açıqlamada Elmar Vəliyevə odlu silahdan atəş açmış Yunis Səfərovun hansı dairələrə bağlılığı da birbaşa olmasa da açıqlanıb. Elmar Vəliyevin qardaşı, Azərbaycan baş prokurorunun müavini, ölkənin hərbi prokuroru olan Xanlar Vəliyev Yunis Vəliyevin anasının erməni və Rusiya xüsusi xidmət orqanlarının əməkdaşı olmasını bildirmişdi.

Rusiya vətəndaşı olan Yunis Səfərovun Qumda və Suriyada xüsusi təlim keçərək Azərbaycana gəlməsi və belə bir qanlı aktı gerçəkləşdirməsi onun konkret olaraq hansı qrupun maraqlarından çıxış etməsini birmənalı söyləməyə imkan vermir. Yada salaq ki, Gəncədə qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən 2 polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov kəsici-deşici alətlərlə yetirilmiş zərbələr nəticəsində öldürülməsi faktı üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 120.2.3-cü, 120.2.7-ci, 220.1-ci, 221.3-cü və 228.4-cü maddələri ilə cinayət işi başlanıb. Qanlı cinayəti törətməkdə şübhəli bilinən 2 nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və eyni təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən ediliblər. Xüsusi əməliyyat zamanı R.Böyükkişiyev öldürülüb, F.Qasımov həbs edilib. Hazırda istintaq əməliyyat tədbirləri davam etdirilir.

E.HÜSEYNOV,
Musavat.com

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az