• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
19-07-2018, 09:14

ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?

ABŞ-ın yeni Qarabağ planı – Ağ Ev Bakını İrəvanla barışdırır?

İran ətraflında daralan mühasirə Qarabağ məsələsini keyfiyyətcə yeni müstəviyə daşıya bilər; Trampın İlham Əliyevə mesajı və fransız analitikdən ilginc iddia; gələn həftə Putin Paşinyanı yenidən “xalça üzərinə” çağıracaq...
Helsinkidə ABŞ və Rusiya prezidentləri - Donald Tramp və Vladimir Putin arasında 4 saatlıq görüş Trampın tələsik bəyanatlarına və Putinə şəxsi simpatiyasına rəğmən, əksər siyasi təhlilçilərə görə, iki fövqəlgüc arasında gərginliyi azaltmayacaq. Bu gərginlik isə ilk növbədə ABŞ-ın yeni Milli Təhlükəsizlik Strategiyasında da əksini tapdığı kimi, Rusiyanın həmsərhəd ölkələrə qarşı aqressiv siyasəti və Yaxın Şərq məsələsində tutduğu mövqe ilə birbaşa bağlıdır.

Xatırladaq ki, həmin sənəddə Rusiya İran və Şimali Koreya ilə birgə ABŞ üçün üç ən təhlükəli dövlət elan edilib. Bu kursu dəyişmək isə Ağ Evin hazırkı başçısının iradəsi kənarındadır. Necə ki, Helsinki görüşündən sonra da Tramp bəzi bəyanatlarına düzəliş eləməyə başlayıb...

Ancaq konkret olaraq İran məsələsində Ağ Evlə Konqres arasında, demək olar, fikir ayrılığı yoxdur. Artıq Vaşinqton Tehranla 3 il öncə imzalanan “Nüvə anlaşması”ndan İsrailin iradəsinə uyğun olaraq birtərəfli qaydada çıxıb, Tehrana qarşı yeni sanksiyalar elan edib, hətta İran rejimi ilə sıx əməkdaşlıq edən, ondan neft alan ölkələri hədələyib, onlara noyabra kimi vaxt verib. Bura Avropa Birliyinin bəzi ölkələri də daxildir.

Şübhəsiz ki, İrana qarşı daha effektli sanksiya siyasəti üçün onunla həmsərhəd ölkələrə xüsusi diqqət yetiriləcək. Bura Azərbaycanın yerləşdiyi Cənubi Qafqaz regionu da daxildir. Bu isə həm də Rusiya maraqlarına toxunmaq deməkdir. Bir sözlə, qarşıdakı aylarda Güney Qafqaz və onun ətrafında proseslərin İran məsələsindən dolayı daha sürətli və hətta kritik axarda getməsini gözləməyə dəyər. Bu xüsusda beynəlxalq çaplı analitiklərin proqnozları da maraq doğurur.

*****

Məsələn, fransalı şərhçi Olivye Morel hesab edir ki, ABŞ Cənubi Qafqazda Azərbaycan və Ermənistanı barışdırıb İrana qarşı böyük koalisiya yaratmaq istəyir. “Yeni Müsavat” publika.az-a istinadla xəbər verir ki, bu iddia ilə o, özünün regionla bağlı məqaləsində çıxış edib. Onun fikrincə, amerikalı ideoloqlar hesab edirlər ki, münaqişə Qarabağın mərhələli şəkildə Azərbaycana qaytarılması çərçivəsində həll olunmalıdır.

“Ermənistanın təzə baş naziri Nikol Paşinyan Vaşinqtondan dəstək almaq üçün bu ssenari ilə razılaşmağa hazırdır. Diqqətçəkən məqamlardan biri odur ki, Ermənistan kimi kiçik ölkədə ABŞ-ın böyük diplomatik korpusu mövcuddur. Görünür, Ermənistan Ağ Evin ciddi nəzarəti altındadır”, - deyə analitik vurğulayıb.

Ekspertə görə, ABŞ həmçinin Qarabağ münaqişəsinin nizama salınmasında Rusiyanın aparıcı vasitəçi olmasını sıradan çıxarmaq və özünün əsas təşəbbüskar kimi çıxış etməsini təmin etmək istəyir. “Ruslar ”Lavrov planı" ilə münaqişəni həll etmək və dominantlığı qorumaq niyyətindədir (söhbət Azərbaycan üçün tələ rolu oynayan 5 rayonun qaytarılması qarşılığında ağır şərtlərdən ibarət plandan gedir - “YM”). ABŞ isə buna qarşı öz variantlarını hazırlayır. ABŞ-ın Ermənistana marağının böyük olması təsadüfi deyil. ABŞ milli təhlükəsizlik layihəsinin analitiki Daniel Trumanın fikrincə, Ermənistan dünyanın ən təhlükəli regionunda strateji mövqeyə sahibdir. Belə ki, bu ölkə Ön Asiya və Avropaya çıxışı bağlayaraq, Cənubi Qafqazda türklərə qarşı İranın tarixi müttəfiqidir.

Bu gün Ermənistan İranın yeganə sakit sərhədidir. Tehran Ermənistanı fars imperiyasının müvəqqəti itirilmiş ərazisi kimi qəbul edir. Ona görə də ötən il Ermənistanın Gürcüstanda və Rumıniyada keçirilən NATO təlimlərimdə iştirakını Tehran kürəyə zərbə kimi qiymətləndirdi. Ermənistan üçün regionda İrandan başqa müttəfiq yoxdur. Çünki Azərbaycan, Türkiyə və Gürcüstan birgə ittifaq qurur, İrəvan üçünsə yeganə yol Tehran qalır. İrana hücuma hazırlaşan ABŞ üçün Qarabağ münaqişəsinin tərəflərindən birini seçmək lazım gələcək. Lakin amerikalı ideoloqlar münaqişəni həll edərək, İrana qarşı regionda koalisiyanı gücləndirmək istəyirlər. Şimali İranda (Güney Azərbaycan - “YM”) pantürkizm əhval-ruhiyyəsi güclüdür və artıq orada vəziyyət lazımi formada közərdilib. Bu bölgədə mərkəzdənqaçma meylləri ABŞ-ın qurduğu koalisiya ilə birlikdə İrana hücumunu tezləşdirə bilər", - deyə təhlilçi iddia edib.

O.Morel ardınca Ermənistanda hakimiyyət dəyişikliyinə diqqət çəkərək, bunun da ABŞ-ın planı olduğunu qeyd edib: “Ermənistandakı çevriliş Rusiyanı çətin vəziyyətə saldı. Moskva indi İrəvan və Bakı arasında seçim etməlidir ki, bu da onun mövqelərinin zəifləməsi ilə nəticələnəcək. Tamamilə məntiqlidir ki, ABŞ Ermənistanda siyasi rejimi dəyişdirərək, regionda özünün forpostunu yaradır. ABŞ, faktiki olaraq, regionda Rusiya və İrana qarşı qoya biləcək ölkə axtarır. ABŞ-ın Rusiya və İranla münasibətlərinin sonrakı eskalasiyası Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həllinə marağını artıracaq. Amerika müharibənin müstəvisini genişləndirmək üçün strateji rəqiblərinə problemlər yaratmağa davam edəcək. Təbii ki, bunun uğurlu olub-olmayacağını zaman göstərəcək. Digər tərəfdən, Rusiyanın dəfələrlə bölgədə qurulan oyunu pozmağı bacardığı unudulmamalıdır”.

*****

Bu yerdə xatırladaq ki, ABŞ prezidenti D.Tramp az öncə azərbaycanlı həmkarı İlham Əliyevə ünvanlandığı məktubda “yaxın ayların Dağlıq Qarabağ məsələsi üçün mühüm olacağını” vurğulamışdı. Bundan az sonra işğalçı ölkədə ABŞ-ın bilavasitə ssenarisi ilə hakimiyyət çevrilişi baş verdi və “Amerikanın adamı” Paşinyan Ermənistanın birinci şəxsinə çevrildi. Lakin Paşinyan ölkəsi üçün İranın da strateji əhəmiyyət daşıdığını bəyan edir. Hərçənd Qərbin - ABŞ və Avropanın real maliyyə və təhlükəsizlik dəstəyini almaq naminə İrəvanın xüsusən də indi Tehran rejimindən məsafə saxlamaq çabası aydın sezilir.

Yeri gəlmişkən, İran prezidenti Həsən Ruhani N.Paşinyanı öz ölkəsinə səfərə dəvət edib. Bu səfərin nə vaxt reallaşacağı isə bəlli deyil. Ermənistan hökuməti bununla bağlı açıqlama yaymağa tələsmir. Bəzi erməni mənbələrinə görə, hazırkı qəliz geosiyasi durumda Paşinyan özü yox, prezident Armen Sərkisyan İrana gedə bilər. Yəni ikili oyun məsələsi. Halbuki Paşinyan, deyildiyi kimi, İranı Ermənistan üçün Rusiya qədər önəmli sayır. Lakin ilk xarici səfərini Rusiyaya edən Paşinyan İrana getməyə nədənsə tələsmir.

ABŞ-ın İran və Güney Qafqazla (Qarabağla) bağlı yeni planına gəlincə, şübhə yox ki, Moskva bu plana qarşı ciddi təpki göstərəcək. Çünki özünün regiondakı mövqeyinin və dayaqlarının zəifləməsi ilə elə-belə barışmayacaq. Nə dərəcədə alınacaq, bunu zaman göstərəcək.

*****

Bu arada Ermənistanda keçirilən son rəy sorğusu inqilabdan sonra erməni əhalinin Avropa Birliyi və NATO-ya rəğbətinin 90%-ə çatdığını aşkara çıxarıb. “Yeni Müsavat” erməni qaynağına istinadən xəbər verir ki, paralel surətdə Rusiyanın Ermənistanda və regionda apardığı siyasətdən narazılığın rekord həddə çatdığı məlum olub. Hərçənd Rusiya bütün son baş verənlərə rəğmən, işğalçı ölkənin əsas varlıq və təhlükəsizik qarantı olaraq qalır. Bundan əlavə, hazırda Rusiyada Ermənistandakı əhalidən də çox erməni əmək miqrantı kimi ailəsinə çörəkpulu qazanır.

Sonda əlavə edək ki, gələn həftə - iyulun 26-da Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyaya yollanacaq. Sankt-Peterburqda Avrasiya Birliyi Hökumətlərarası Şuranın toplantısı çərçivəsində onun Rusiya prezidenti Vladimir Putinlə yenidən bir araya gələcəyi gözlənilir. Putin Brüssel səfərindən təzəcə qayıdan Paşinyanı ikinci dəfə “xalça üzərinə” çağıracaq...

“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az