• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 19-10-2026 Yeni Günəşlidə yaşıllıqlar məhv edilib, yerində obyekt tikilir – SAKİNLƏR NARAZIDIR – VİDEO
  • 19-10-2026 “Mercan Köşk” bu səbəbdən final etdi
  • 19-10-2026 Tramp İsrail xalqına müraciət etdi
  • 19-10-2026 Nizami rayonunda 2 gün su olmayacaq
  • 19-10-2026 Çempionlar Liqası matçını buraxacaqlar
  • 19-10-2026 Türkiyədə konsert faciəsi - Ölənlər var
  • 18-10-2026 Azərbaycanda polis rəisinin müavini vəfat edib
  • 18-10-2026 Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
  • 18-10-2026 Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür
  • 18-10-2026 Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir
  • 18-10-2026 Türkiyədən Moskvaya uçan üç təyyarə geri qayıtdı
  • 18-10-2026 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib - (Foto)
  • 18-10-2026 "Qarabağ" - "Neftçi" derbisindən sonra 19 nəfər saxlanıldı
  • 18-10-2026 Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
  • 18-10-2026 Makron Fransadakı iğtişaşların iştirakçıları ilə bağlı vəd verdi
  • 18-10-2026 "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
  • 18-10-2026 Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da

XƏBƏRLƏR

    Çempionlar Liqası matçını buraxacaqlar
    "Bavariya" "Leypsiq"i 6:1 hesabı ilə darmadağın edib
    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
22-06-2018, 14:05

Şirvandan dəhşətli faktlar: “Sahil Babayev, bu səsi 15 dəqiqə dinləyin!!!” -VIDEO

Şirvandan dəhşətli faktlar: “Sahil Babayev, bu səsi 15 dəqiqə dinləyin!!!” -VIDEO

[media=https://www.youtube.com/watch?v=SkTEKi5jwdU&feature=youtu.be]
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin cəmi 15 dəqiqə vaxtını ayırıb təqdim edəcəyimiz audi yazını dinləməsi lazımdır

FİA.Az-ın məlumatında bildirilir ki, operativxeber.az-ın Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində keçirilən iclasdan yaydığı səs yazısı mənzərəni tam açır.

Mərkəzin baş həkimi Könül Abbasova iclasda ondan şikayət edən Vidadi Paşayevi ittiham edir, mətbuatın mənafeyinə işləməkdə suçlayır, “media kimin qeydinə qalıb ki” söyləyir.

15 dəqiqəlik səs yazısının sonunda işçilərlə baş həkim arasında qalmaqal yaşanır, K.Abbasova Xocalıda baş kəsən ermənilərə bənzədilir.

Səs yazısının stenqoramını yazmağa zərurət yoxdur, nazir S.Babayev və yaxud müavinlərindən biri 15 dəqiqə vaxt ayırarsa, nə baş verdiyini anlayacaq.

Mətbuat Şirvan şəhər Əlillərin Regional Bərpa Mərkəzində hökm sürən qanunsuz olaylarla bağlı dəfələrlə yazıb. Amma jurnalistlər qərəzli olmaqda ittiham edilib.

Bu səs yazısı isə real faktdır ki, mətbuatın K.Abbasovanın fəaliyyətinə dair tənqidlərdə qərəzli olmadığını göstərir.

57 yaşlı Vidadi Paşayein iddiasına əsasən baş həkim Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi tərəfindən Regional Mərkəzin əsaslı təmiri üçün 173 000 manatın ayrılmasına baxmayaraq tərəfindən təmirə vur-tut 10 000 manat vəsait xərclənib.

İddiaçı bununla yanaşı bildirib ki, məhz Könül Abbbasovanın Mərkəzə rəhbər təyin edildiyi vaxtdan etibarən qurumda əmək normativlərinin kobud pozulması, tamah məqsədilə işçilərin əmək haqqlarından qanunsuz tutulmaları baş verib.

Habelə “bayram pulları”nın baş həkim tərəfindən mənimsənilməsi və o cümlədən reabilitasiya məqsədləri üçün bura üz tutan əlillərdən pul tələb edilməsi adı hala çevrilib.

FİA.Az xəbər verir ki, audioyazıda baş həkim Mərkəzdə “qiyamət sorğusu” təşkil edərək kollektiv şəkildə şikayətçi Vidadi Paşayevi işdən azad etməklə yanaşı onu mətbuata və bir qrup media nümayəndələrinə “satılmış” şəxs adlandırır.

Məsələdə diqqət çəkən digər məsələ isə, Baş həkim tərəfindən ölkə mətbuatının ünvanına xoşagəlməz ifadələr işlədilməsidir.

Baş həkimin eləcə də mətbuatı gücsüz adlandıraraq:“Mətbuat bu günədək kimə nə edib ki” ifadəsi isə, onun məhdud dünyagörüşlü olmasını qabarıq şəkildə sübuta yetirir.

K.Abbasova deyəsən unudub ki, prezident jurnalistləri onun köməkçisi adlandırıb. Dogruxeber.az isə yazıb ki, Baş həkimlə görüşümüz zamanı katibə otağında masanın üstündə adlar yazılmış siyahıya rast gəldik.

Bu siyahıda yer almış adların qarşısında bəzilərində plyus (+), bəzilərində isə minus (-) işarələrini gördük.

Həmin siyahının nə olduğunu soruşduqda, bizə bildirildi ki, bu siyahı "Bayram pulları " nın baş həkim Könül Abbasovaya verilməsi ilə bağlı olan bir siyahıdır.

Kimlər ki, Bayram pullarını baş həkimə verib qarşısında (+) işarəsi, bayram pullarını verməyənlərin isə adının qarşısında isə (-) işarəsi vardır deyə söylənildi.

Bu rüşvətxorluq rəzilliyin səbəbini baş həkimdən görüşümüz zamanı soruşduqda, Könül Abbasova özünəməxsus yüksək səs tembrilə bizə bildirdi ki, "Bəli bu doğrudur.

Bayram pulları mənə çatır. Çünki, işçilərin dədələrinə borcum yoxdur ki, mərkəzdə onlar üçün bu şəraiti yaratmışam".

Könül Abbasova bu sözündən sonra bizə acıqlı formada bildirdi ki, "Gedin hara istəyirsiz verin.

Məni bu vəzifəyə layiq bilib baş həkim təyin ediblərsə, məndə yaxşı bilirəm ki, necə etmək lazımdır".

Daha sonra Könül Abbasova, şikayətçi olan 6 nəfəri işdən çıxaracağını bildirdi. Belə ki, haqqının tələbinə qalxan Vidadi Paşayevi artıq Könül Abbasova işdən azad etdi. Indi növbə digər 5 nəfərdən birinindir.

Şikayətçilərdən söz düşmüşkən bunu da nəzərinizə çatdırmaq istəyirik ki, Könül Abbasovadan şikayətçi olan işçilərin içərisində, baş həkimin əlindən cana gəldiyini odlu alovlu çıxışıyla bizim həmkarımıza müsahibəsində bildirən şikayətçi, bir neçə gün sonra digər sayta müsahibəsində, guya baş həkimə qarşı səhv etdiyini, bir neçə şəxsin təsiri altına düşərək Könül Abbasovadan şikayətçi olduğunu bildirmişdi.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az