• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 17-10-2026 Pulumuz dərmana gedir – QORXUNC statistika
  • 17-10-2026 Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
  • 17-10-2026 Arda Güler daha 5 il "Real"da
  • 17-10-2026 Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı PAYLAŞIM - VİDEO
  • 17-10-2026 Balde “Barselona”dan gedə bilər
  • 17-10-2026 Xırdalan körpüsündə qatarların hərəkəti nə vaxt bərpa olunacaq? - VIDEO
  • 17-10-2026 Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
  • 17-10-2026 Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
  • 17-10-2026 4 gün ardıcıl iş olmayacaq Tarixlər
  • 17-10-2026 Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür
  • 17-10-2026 Yaşayış evini restorana çevirdilər - "Pəncərədən eşitmədiyimiz söz qalmayıb" - VIDEO
  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın

XƏBƏRLƏR

    Arda Güler daha 5 il "Real"da
    Balde “Barselona”dan gedə bilər
    Qasım İsmayılov Avropa birinciliyində 3 medal qazandı
    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
12-06-2018, 09:02

Bakıda binaların həyətini zəbt edənlər kimlərdir...

Bakıda binaların həyətini zəbt edənlər kimlərdir...

MTK sahibləri bu işləri guya Nazirlər Kabinetinin qərarı əsasında gördüklərini iddia edir, amma...
Bakıda bir müddətdir ki, müxtəlif Mənzil Tikinti Kooperativləri köhnə məhəllələrin boş qalan ərazilərində çoxmərtəbəli binalar tikirlər. Bu isə sakinlərin narazılığına səbəb olur. Vətəndaşlar bildirirlər ki, bir neçə beşmərtəbəli binanın həyəti olan bu ərazilərdə onların uşaqları oynayırlar, özləri dincəlirlər. Hər hansı bir MTK-nın gəlib bu boş yerdə çoxmərtəbəli bina ucaltması isə onların rahatlığını pozur.

Narazılıqlara rəğmən son vaxtlar paytaxtda beşmərtəbəli binaların arasında göydələnlər ucaldılması ənənə halını alıb. Hətta bəzi MTK-lar hətta binaların həyətindəki obyektləri, xeyir-şər evlərini söküb, orada-dar bir ərazidə bina tikirlər.

Əksər MTK-lar bildirirlər ki, onlar Nazirlər Kabinetinin qərarı əsasında bu tikintini aparırlar. Əslində isə məsələ heç də belə deyil: Nazirlər Kabinetinin qərarı əsasında aparılan tikinti işləri, sökülən 2 və 5 mərtəbəli binaların yerində aparılır. Yəni burada hansısa binanın həyətinin zəbt edilməsi hallarına rast gəlinmir. Sadəcə olaraq MTK sökdüyü binanın sakinlərini müvəqqəti olaraq kirayə mənzillərə çıxarıb, onların kirayə haqqını ödəyir. Bina hazır olduqdan sonra isə həmin tikilidən sakinlərə mənzil verir. Bu mənzillərin sahəsi isə adətən sakinlərin əvvəlki mənzillərinin kvadratından 10 faiz çox olur. Hazırda metronun “Qara Qarayev” stansiyasi yaxınlığında aparılan söküntü-tikinti işləri Nazirlər Kabinetinin pilot layihəsi əsasında həyata keçirilir.

Azərbaycanda inşaatla bağlı konkret normalar var. Belə ki, inşaat normalarına görə, binalar arasındakı məsafə ən pis halda onların hündürlüklərinin yarısı qədər olmalıdır.

“Yeni Müsavat”a danışan ekspert Natiq Cəfərli bildirdi ki, binaların arasındakı ara məsafəsi həm də təbii və qeyri-təbii fəlakətlər zamanı önəm daşıyır:

“Azərbaycanda tikinti aparan zaman bunu 14 idarə ilə razılaşdırmalısan. Həm təbii fəlakətlər zamanı binaların uçma trayektoriyası nəzərə alınmalıdır ki, bir-birinin üzərinə uçmasınlar, həm də yanğın baş verərsə, binaya tez bir zamanda yaxınlaşıb, bunun qarşısını almaq üçün imkan olmalıdır. Bütün bunlar da standartlarla tənzimlənir. Ancaq ümumilikdə isə binalar bir-birindən minimum 50 metr məsafədə tikilməlidir. Bakıda indi elə bir vəziyyət yaranıb ki, heç bir standartlar, tikinti təşkilatları tərəfindən təsdiqlənən standartlar yerinə yetirilmir. Bunun nəticəsində isə həm təhlükəsizlik qaydaları pozulur, həm də sakinlərin hüquqları qorunmur. Xüsusilə də ən böyük problem də təhlükəsizlik məsələsidir ki, buna da əməl edilmir. Xatırladıram ki, Bakı şəhəri aktiv seysmik zona olmasa da 2000-ci ildə ciddi zəlzələ baş vermişdi. Mütəxəssislərin hesablamalarına görə, Bakı şəhərində belə bir hadisələrin təkrarlanması ehtimalı da çox yüksəkdir. Bu baxımdan söyləyə bilərik ki, məsələ yalnız sakinlərin narahatlığından ibarət deyil. Doğrudur, bu da vacib amildir. Çünki məhəllələrdə tikilən binalar həm insanların gediş gəlişinə maneə yaradır, həm də toz-torpaq, səs-küy onların normal yaşamlarını pozur. Həm də qeyd etdiyim kimi təhlükəsizlik qaydalarına əməl olunmaması gələcəkdə ciddi problemlərə yol aça bilər. Məsələ burasındadır ki, tikintiyə nəzarət etməli olan qurumların heç biri bu məsələ ilə maraqlanmırlar. Nəticə olaraq Bakıda təqribən 1990-cı illərin sonlarından bu günə qədər xaotik tikinti bumu yaşanır. Hələ də vəziyyət davam etməkdədir”.

Ekspert bildirib ki, Nazirlər Kabinetnin layihəsi tamamilə başqadır:

“Onlar ”xruşşovka" adlanan köhnə binaların söküntüsü və yerində çoxmərtəbəli binaların tikintisi ilə məşğuldurlar. Bakı şəhərində artıq 80 ilə yaxın yaşı olan, köhnəlmiş binalar var. Ona görə də həmin binaların yerində çoxmərtəbəli tikililər ucaldırlar. Belə bir layihələrin olması normaldır. Hazırda metronun “İnşaatçılar” stansiyasının yaxınlığında da həmin layihə əsasında tikintilər aparılır. Bəzi hallarda isə mənzil tikinti idarələri və yaxud da şirkətlər, bu proyektdən istifadə edərək, öz tikintilərini aparmağa çalışırlar. Ancaq burada məsələ onların istəkləri deyil. Məsələ odur ki, nəzarət etməli olan xeyli sayda qurum olsa da, onlar, öz işlərinin öhdəsindən gəlmirlər. Nəticədə də bu kimi mənzərələr ortaya çıxır ki, sakinlər aksiya keçirməli olurlar".

Əli RAİS,
“Yeni Müsavat”

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az