• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir
  • 15-09-2026 Tramp “atəşkəs oldu” dedi, Moskva xəbərsiz çıxdı – Böyük müəmma

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
15-08-2023, 15:32

Abdin Fərzəliyev zibildaşıyanı Mehman Səfərov üfunət qoxuyur

Abdin Fərzəliyev zibildaşıyanı Mehman Səfərov üfunət qoxuyur


Abşeronda zibildaşıyanlar təzə, zibil problemi köhnə
Abşeron rayonunun qəsəbələrində zibil probleminin dözülməz həddə çatması barədə çox deyilib, çox yazılıb. Ancaq şikayətlərin çoxluğundan görünür ki, ən acınacaqlı vəziyyət Masazır qəsəbəsindədir. Qəsəbə sakinləri deyir ki, küçələr əməlli-başlı zibil deposunu xatırladır. Zibil qutuları aşıb-daşır, üfunətdən ərazidən küçədən keçmək deyil. Buna baxmayaraq, aidiyyəti qurumlar, xüsusilə, Masazır bələdiyyəsi heç tədbir görmür.
Sakinlərin sözlərinə görə, bir ildən çoxdur ki, bu problemlə üzləşiblər: “Əvvəllər bir-iki gündən bir ərazi təmizlənirdi. Amma bir ildən artıqdır ki, ərazi ən tezi 10 gündən bir təmzilənir. Bu müddət ərzində isə vəziyyət dözülməz olur. Üfunət iyindən evdə belə, otura bilmirik”.
Qəsəbəlilər bu məslədə bələdiyyə sədrini suçlu sayırlar. Azər Quliyev may ayından sədr kimi fəaliyyətə başlayıb. Ondan əvvəl isə bələdiyyə sədri Rüfət Fətullayev idi. İddialara görə, Rüfət Fətullayevin Azər Quliyevlə əvəzlənməsi Abdin Fərzəliyevin təşəbbüsüdür. Onun keçmiş bələdiyyə sədri ilə hansı probleminin olduğu bəlli deyil. Məlum olan odur ki, Abdin Fərzəliyev Rüfət Fətullayevlə işləmək istəməyib və onu özünə yaxın olan Azər Quliyevlə əvəzlənməsini həyata keçirib. Sakinlər deyirlər ki, bələdiyyə sədri zibil pulunu, bəzi evlərdən isə hətta üç ayın pulunu qabaqcadan yığdırıb. Amma zibil daşınmayıb. Axırıncı dəfə söz verilib ki, avqustun 14-də zibil təcrüd olunacaq. Hərçənd, bu dəfə də Azərin vədi yalan çıxıb. Bələdiyyə sədri deyib ki, “cəmi ay yarımdır işə başlamışıq (özünün sədrliyə başladığı vaxtdan ötən müddəti nəzərdə tutur), zibil maşınım çatmır, təzə maşınlar səfərbər etmişəm, yaxın günlərdə...”
Məsələ burasıdır ki, Abşeron Rayon İcra Hakimiyyətinin nəzdində yaradılmış “Abad Abşeron” adlı qurum təmizlik işini vaxtlı-vaxtında görmür, maraqları isə yerli bələdiyyələrlə toqquşur. Nəticədə dərəbəylik yaranıb. Bələdiyyə sədri Azər Quliyev də giley edir ki, zibil daşımağa məsul “Abad Abşeron”un rəhbəri Mehman Səfərov pulu yığıb, işi isə yükləyiblər Masazır bələdiyyəsinin üstünə.
Bu günlərdə iqtisadçı ekspert Samir Əliyev də paylaşımında bildirib ki, Abşeron RİH zibil daşınmasını inhisara alıb, başqa şirkətləri bu sektora buraxmır, özləri isə kefləri nə vaxt istəsə, o vaxt təmizlik işlərinə baxırlar. Zibilliyin bu həddə çatması isə xəstəlik mənbəyidir.
Abşeron İcra Hakimiyyətinin başçısı cənab Abdin Fərzəliyev vaxtilə büdcə talançılığına qol qoyan, ETSN-dən qovulan və bir daha həmin Nazirliyin strukturlarında işə götürülməyən şəxslərə “yaşıl işıq” yandıraraq, Mehman Səfərovu Abşeron Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfat Birliyinin Abadlıq və Kommunal Xidmətlər İdarəsinə rəis, Namiq Xıdırovu isə bu şəxsə müavin təyin edib. Maraqlıdır ki, bu təyinatlardan sonra rayon ərazisindəki “JEK”lərin ərazilərdəki zibillərin daşımasına köməklik göstərilməsi məqsədilə, Abadlıq və Kommunal Xidmətlər İdarəsinin büdcəsinə hər ay 17 min manat məbləğində pul köçürülür. Sabiq icra başçısı İradə Gülməmmədovanın hakimiyyəti zamanında zibillərin daşınmasına görə mənzil istismar sahələrinin əməkdaşları qeydiyyatda olan hər nəfərə görə 30 qəpikdən pul yığırdılar və bunun qarşılığında hər kəsə ödəniş qəbzi də verirdilər. Hətta, qeyri-yaşayış sahələrindən daşınan zibillərin hər kubuna görə 11 manatdan pul alınsa da, buna görə də ödəniş qəbzi verilirdi. Yaxud da ki, ödəniləcək məbləğ ümumi hesaba köçürülürdü. Bu gün baş verən odur ki, bütün bu kimi işlər Abadlıq və Kommunal Xidmətlər İdarəsi tərəfindən həyata keçirilsə də, atılan addımlara görə nə bir kimsəyə ödəniş qəbzi verilir, nə də ki, hansısa hesaba köçürmələr həyata keçirilir.
Hələ bunlar azmış kimi, rayon ərazisində tikinti işləri aparan hər bir şəxsin Abşeron RİH Aparatının Memarlıq və Tikinti Şöbəsinə rüsumdan əlavə ödədiyi qeyri-qanunu pulların bir qismi “rayon ərazisində həyata keçirilən təmizlik işlərinə köməklik göstərmək” adı ilə məhz Abadlıq və Kommunal Xidmətlər İdarəsinə verilir. Hərçənd, ərazidə elə nəhəng obyektlər vardır ki, Mehman Səfərovun onlardan “xəbəri yoxdur”.
Sakinlərə bələdiyyə ilə icra hakimiyyətinin vəzifə və səlahiyyət dartışması deyil, zibillərin, tullantıların daşınması lazımdır. Gördükləri odur ki, bələdiyyə üçün də, icra hakimiyyəti üçün də təmizlik prioritet məsələ deyil, onların həvəslə gördükləri əsas iş torpaq satmaq, fərdi ev və obyekt tikintisi üçün sərəncamlar vermək, parklarda gündən-günə attraksionların və ictimai iaşə obyektlərinin sayının artmasına rəvac vermək, uşaqların və ahılların istirahət yerlərini gənclərin qəlyan çəkdikləri əyləncə mərkəzlərinə çevirməkdir. RİH başçısı Abdin Fərzəliyevin saytlarda özünü təriflətdirdiyi mədhnamələrə, sosial şəbəkələrdə ünvanına yazılan haqlı iradların şiddətini azaltmaq üçün saxladığı trolların səy-səy kommentlərinə isə heç kəs inanmır.

Arif Qabiloğlu

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az