• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
22-07-2023, 07:47

Putin niyə belə dəyişdi - Ərdoğana “vaxtım yoxdur”, Azərbaycana “vaxtı gələndə...”

Putin niyə belə dəyişdi - Ərdoğana “vaxtım yoxdur”, Azərbaycana “vaxtı gələndə...”



Rusiya prezidenti Priqojin qiyamında zədələnmiş reputasiyasını sərt xətt götürməklə bərpa etmək istəyir


Son günlər rəsmi Moskvanın siyasətində sərt mövqe hiss edilməkdədir. Bu, təkcə “dost olmayan ölkələr”ə deyil, “dost” siyahısına daxil etdiklərinə münasibətdə də özünü göstərməkdədir. Nə baş verdiyini anlamağa çalışaq.

Ukraynanın əks-hücumu Qərbin istədiyi nəticəni vermədi. Bu əks-hücuma Qərb ciddi önəm verirdi və ya özünü buna inandırırdı. İndi isə hərbi əməliyyatlarda xüsusi heç bir nəticə olmadığından məyusdurlar. Rusiya isə əksinə, Qərbin yeni verilmiş silahları ilə də hücuma keçən Ukraynanın irəliləyiş əldə etməməsindən məmnundur, bunu demək olar ki, hər fürsətdə Putin xüsusi vurğulayır, həm də Qərb silahları üzərində qələbə kimi şərh edir. Təsadüfi deyil ki, həm də əks-hücumun effektli olmaması səbəbindən Rusiya narazı qaldığı, hətta açıq güzəştə gedərək bir neçə dəfə uzatdığı “Taxıl razılaşması”ndan çıxdı. Bu kontekstdə isə “Azov” komandirlərini Zelenskiyə təhvil verən, son siyasətində Qərbə və NATO-ya meyllənmiş kimi görünən Türkiyə ilə münasibətlərdə məsafəni bir qədər də uzaqlaşdırdı. Bu gün Kremlin sözçüsü Dmitri Peskov “Taxıl razılaşması” ilə bağlı Ərdoğanın Putinlə danışmaq istədiyi barədə deyilənlərə belə münasibət bildirib: “Hələlik, Vladimir Putinin proqramında Türkiyə dövlətinin lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı yoxdur”. Bir neçə gün əvvələ kimi Ərdoğan-Putin danışıqlarını hadisəyə çevirən Kremlə yaxın bəzi media orqanları isə bu xəbəri belə başlıqla verib: “Putinin qrafikində Ərdoğanla danışmağa vaxt tapılmadı...”

“Taxıl razılaşması”na qayıtmaq üçün şərtlərini sadalayan Putindən sonra ordu rəhbərliyi Ukrayna müharibəsində Rusiya ilə münasibətlərdə ehtiyatlı davranan daha iki Qara dəniz ölkəsinə - Bolqarıstan (son olaraq, nümayişkaranə Zelenskiyə silah verməkdən imtina etdilər) və Rumıniyaya hörmətsizlik etdi. Hərbi rəhbərliyin açıqlamalarından o hiss olunur ki, Rusiya az qala Qara dənizi qapalı hövzəsi hesab edir. Təsadüfi deyil ki, Rusiya Ukrayna taxılını daşımaq niyyətində olanlara da sərt xəbərdarlıq göndərdi, gəmilərin vurula biləcəyi ilə təhdid etdi.

Krım körpüsünün yenidən insansız hücum katerləri ilə vurulmasından sonra isə Putin dərhal intiqam alınacağını vəd etdi. Halbuki qanuni ərazisi Belqoroda, Kremlə və Moskvaətrafına dron hücumlarında bu cür qəzəbini büruzə verməmişdi. İndi isə artıq 4-cü gündür ki, Odessa limanını və yaxınlığındakı şəhərləri ağır silahlarla vurur, həm də indi gecə yox, hava zərbələrinin səhər də olacağı bəyan edilib. Gözlənilir ki, tezliklə Rusiya Qara dənizə hərbi gözətçi katerlərini də çıxaracaq.

Təhlükəsizlik Şurasının bugünkü iclasında Putin gündəliyi təqdim etdikdən sonra Xarici Kəşfiyyat İdarəsinin rəhbəri Sergey Narışkin bəyan edib ki, Polşa rəhbərliyinin Ukraynanın qərb ərazilərində öz qoşunlarını yerləşdirmək planı var. “Lyublin üçlüyü” - Polşa, Litva və Ukrayna müttəfiqlik öhdəliklərinin yerinə yetirilməsi adı altında qərb bölgəsinə qoşun yerləşdirmək istəyirlər. Putin isə deyib ki, Polşa “Qərbi Ukraynanın təhlükəsizliyini təmin etmək adı altında məsələn, Lvova və ya Ukraynanın digər ərazilərinə daxil olsalar, əbədi orada qalacaqlar”. Daha sonra tarixə ekskurs edən prezident Polşaya verilmiş Litva, Çexoslovakiya və Ukrayna torpaqlarından danışıb. 1939-cu ildə Stalinin etiraz etməməsi səbəbindən Almaniyadan da torpaqları öz ərazisinə qatan Polşaya “bunları unudublarsa, biz yadlarına salarıq” xəbərdarlığı edib. Aydındır ki, adətən qapalı olan Təhlükəsizlik Şurasının iclasının bu hissəsinin efirə verilməsi təsadüfi deyil. Rusiya Polşanın müharibədən bəri davranışlarından çox qəzəblidir, indi isə bunun “NATO-nun çətiri altında gizlənmələrinə baxmayaraq” ağır nəticəsinin olacağı xəbərdarlığını edir.

Öz subyektiv müşahidələrimə görə deyim ki, Putinin davranışlarında da bir özügüvən hiss olunmaqdadır, Priqojinin baş tutmayan və müəmmalı qiyamından sonrakı “qırışı” açılmış kimi görünür.

Rusiyanın hələ ki, dost ölkələri sırasında olan Türkiyə ilə münasibətlərdəki gərginlik dəfələrlə vurğuladığımız kimi, Azərbaycanın ziyanınadır. Bu, hamıya aydın həqiqətdir. Türkiyə ilə münasibətlərdəki gərginlik fonunda Qarabağdakı erməni separatizminin dirçəlməsi əlbəttə ki, diqqət çəkir. Amma Zaxarova haranın quşu, bayquşu olursa-olsun, onun son mətbuat konfransında dediyi bir fikirlə razılaşıram. “Rusiya ilə Azərbaycanın münasibətlərində üçüncü tərəfə (vasitəçiyə) ehtiyac yoxdur”. Rusiya ilə indiyədək münasibətlərdə zaman-zaman yaranmış gərginliklərə baxmayaraq, həmişə o fikirdəyəm ki, Prezident Əliyev Rusiyanın hər mənada “havasını” hamıdan yaxşı bilir, münasibətlərdə hər hansı gərginliyi Putinlə özü birbaşa həll etmək iqtidarındadır.

Rusiyaya münasibətdə Əliyevin məsələn, “rus səfiri XİN-ə çağırmaq gərəkdir”, “sülhməramlıları vaxtı başa çatmamış Qarabağdan çıxarmaq lazımdır” və sair kimi məsləhətlərə qətiyyən ehtiyacı yoxdur. Azərbaycan-Rusiya münasibətlərinə Bakı tərəfdən birmənalı Prezident Əliyev tərəfindən nəzarət edilir, nəyi, nə zaman etmək lazım olduğunu da o müəyyən edir.

Rusiya da xarici siyasətində çoxvektorlu deyil, amma indi müharibə içərisində olan ölkənin başçısı təzyiq və basqı altındadır. Priqojindən sonra nüfuzu xeyli zədələnmiş Putin bu vəziyyətin təcili dəyişdirilməsinin vacibliyini anlayır. Siyasətdəki yuxarıda sadaladıqlarım “sərtləşmə” bunların yalnız görünən hissəsidir. Putin zədələnmiş reputasiyasını sərt xətt götürməklə bərpa etmək istəyir. İstəyirlər, heç kimdə o rəy yaranmasın ki, Putin Rusiyası daha əvvəlki dövlət deyil, tezliklə ölkə dağılacaq, prezident qaçacaq və sair. O səbəbdən Rusiyanın bəzi dairələrinin, Lavrovun bəyanatının, Dumanın deputatı Tolstoyun Azərbaycana son axmaq təhdidlərinin (həm də Ermənistana yönəlik) səbəbini də yeni “sərtləşmə kursu”nda axtarmaq lazımdır. Həm də bu, Ukrayna cəbhəsində üstünlük qazanmayan Qərbə, sülh danışıqlarında fəallıq göstərən Brüsselə hədədir, mesajdır.

Putinin əlbəttə ki, yaxın xariclə bağlı da məsləhətçiləri var. Kimlərsə Putinə “Azərbaycanla münasibətlərdə bu siyasət lazımdır” deyibsə, əlbəttə, səhv edib, yanlış kursdur. Belə görünür, Putin də hələ ki, bu siyasətə qarşı çıxmaq istəmir, ya çaşdırıblar, ya da bəlkə özü belə istəyir...//musavat.com//

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az