• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 09-09-2026 “WhatsApp” bu telefonlarda artıq işləməyəcək
  • 09-09-2026 UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk oyunları keçirilib
  • 09-09-2026 Qazaxıstan və Azərbaycan Xəzər dənizi ilə sərnişin daşımalarını bərpa edəcək
  • 09-09-2026 Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
  • 09-09-2026 Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • 08-09-2026 Media və Yayım Şurasına sədr təyin edilib - Sərəncam
  • 08-09-2026 Zaur Mikayılov yenə də BAKINI SELƏ TƏSLİM ETDİ... - BUNUN BAŞQA ADI YOXDUR...
  • 08-09-2026 Elm və Təhsil Nazirliyində 300 min manatlıq qaranlıq müqavilə - Təhsildəki qruplaşma ilə bağlı növbəti araşdırma…
  • 08-09-2026 Beyləqanda ağır qəza: Ölən var
  • 08-09-2026 Şəmkirdə gənc oğlanı qatar vuraraq öldürüb
  • 08-09-2026 Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 08-09-2026 Bakıda Dördüncü İqlim Həftəsinin ikinci günü keçirilir
  • 08-09-2026 Generala AĞIR İTKİ
  • 08-09-2026 Son dəqiqə - Ukraynanın taleyini alt-üst edəcək 7 bəndlik saziş, Vaşinqtonun yeni planı yayıldı
  • 08-09-2026 SON DƏQİQƏ! Neftimiz BAHALAŞDI
  • 08-09-2026 ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
  • 08-09-2026 Ev alarkən satıcıya verilməli olan ilk sual açıqlandı
  • 08-09-2026 Paytaxtın 10 küçəsində tıxac var
  • 07-09-2026 Cənub ekologiyası ağır günlərin yaşayı - FOTO
  • 07-09-2026 Yasamalı rəsmən xaraba günə qoyublar... - Başçı bunları görmürmü?

XƏBƏRLƏR

    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
    "Fənərbağça" uduzdu, azarkeş öldü
    Hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edildi
    Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
    "Qarabağ"da gözlənilməz ayrılıq
    Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
    Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
15-02-2023, 15:19

Ağsuda kəndin göl borusunu oğurlamaq istəyən şəxs yaxalandı - Adı hallanan məmur kimdir?

Ağsuda kəndin göl borusunu oğurlamaq istəyən şəxs yaxalandı - Adı hallanan məmur kimdir?




Ötən gün günorta saatlarında Ağsunun Bico kəndinin ərazisində yerləşən, mal-qaranın suvarılması üçün nəzərdə tutulan gölü su ilə təmin edən böyük diametrli dəmir borunu kəsib aparmaq istəyirlərmiş, lakin təsadüfən həmin ərazidə taxıl sulayan kənd sakini Famil Dadşov avtogen qaynaqla borunu doğramaq istəyən, adını söyləməyən Ağsu sakininə mane olub.
Bu barədə Bico kəndindən Mediatv.az-a daxil olan müraciətdə deyilir. Müraciətdə bildirilir ki, kənd sakininin müdaxiləsini görən həmin şəxs əraziyə özbaşına gəlmədiyini, onu Ağsu Suvarma Sistemləri idarəsinin müdiri Səfər Məmmədovun oğlanlarının gətirib düşürtdüklərini və borunu doğramağını tapşırdıqlarını söyləyib.
Sakinlərin verdiyi bilgiyə görə, qaynaqçı öz telefonu ilə Ağsu SKİ-nin müdiri Səfər Məmmədovun oğluna zəng edərək, F.Dadşovla danışdırıb və məmur oğlu kənd sakininin adını soruşandan sonra, hədə şəklində “Orda gözlə, gəlirəm” deyib və telefonu söndürüb.
Müraciətdə qeyd edilir ki, F.Dadaşov kənd bələdiyyəsinin sədri Südabə Mikayılovaya və bir neçə kənd sakininə günün günorta çağı olunan “mədəni oğurluq” barədə məlumat verdikdən sonra telefonla çəkiliş aparmağa başlayıb. Çəkilişi görən qaynaqçı Ağsu sakini oksigen balonlarını hadisə yerində qoyaraq, ərazidən uzaqlaşıb.
Mediatv.az-a daxil olan m üraciətdə daha sonra bildirilir:
“Əvvəlcə hadisə yerinə kənd bələdiyyə sədri gəldi və borunu doğramaq istəyən qaynaqçını, onun ləvazimatlarını və onları ordan aparmağa gələn ön və arxa dövlət nömrə nişanları açılmış “pikap”ı da gördü. Bələdiyyə sədri dedi ki, sürücünü də, yanındakını da tanıdım, su idarəsinin işçiləridir.
Ardınca əraziyə kənd icra nümayəndəsi Bəhlul Mahmudov, müavini, mühasibi və dörd kənd sakini də gəldi. Sonradan gələnlər də dövlət nömrə nişansız ağ rəngli “pikap” maşının ərazidən uzaqlaşdığının şahidi oldular. Kənd sakinləri polisə zəng etməyi məsləhət görsələr də, icra nümayəndəsi B.Mahmudov “Sabah Səfər müəllimlə özüm danışaram” deyərək, hadisə yerini tərk etdi. Lakin sakinlərlə bir yerdə olan bələdiyyə sədri S.Mikayılova Ağsu RİH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə şöbəsinin müdiri Sənan Feyzullayevə zəng edib, hadisə ilə bağlı məruzə etdi. S.Feyzullayevsə maraqlanıb, məlumat verəcəyini söylədi. Sonradan bələdiyyə sədrinə “maraqlanma”nın nəticəsi olub-olmaması barədə heç bir məlumat verilməyib.

Hazırda həm əlimizdə fotoşəkillər, həm video görüntülər var, həm də borunun düz dibinə qədər getmiş “pikap”ın şum üstündəki izləri durur”.

Kənd sakinlərinin icra nümayəndəsinə istinadən sözlərinə görə, sonradan Səfər Məmmədov Bəhlul Mahmudova zəng vurub və onların məsələyə aidiyyatı olmadığını bildirib. Sonda o da qeyd olunur ki, hadisənin qarşısını alan Famil Dadaşova tanımadığı müxtəlif nömrələrdən durmadan zənglər gəlir, lakin tanımadığı üçün zənglərə cavab vermir.
Kənd bələdiyyəsinin sədri Südabə Mikayılova saytımıza açıqlamasında su borularının kəsilməsinə imkan verilmədiyini bildirib:
“Məlumat gələn kimi dərhal hadisə yerinə getdim və onları sahədən uzaqlaşdırdım. Nömrəsiz maşın idi, bu səbəbdən hələ araşdırma gedir. Su borularını kəsmək istəyən şəxs su-kanal müdiri Səfər Məmmədovun oğlanlarının sifarişi ilə gəldiyini bildiriblər. Mən özüm onların qarşısını kəsdim, sahədə nə üçün gəzdiklərini soruşdum. Dedilər ki, “biz bura öz başına gəlməmişik”. Gələndə özləri ilə su borularını kəsmək üçün qaz balonları gətirmişdilər. Mən onlara yaxınlaşmaq istəyəndə qaçdılar. Kənd icra nümayəndəsi Bəhlul müəllim hadisə yerinə gəldi və telefonla olanları Səfər Məmmədova dedi. Səfər müəllim də hadisədən xəbərsiz olduğunu deyib. Bəhlul müəllimə dedim ki, hadisəni belə qoymaq olmaz, nömrəsiz maşının sahədə nə işi?
Məsələ ilə bağlı Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş çöbəsinin müdiri Sənan Feyzullayevə məlumat verilib”.

Nyus.Az





Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az