Prezidentin açılışını etdiyi məktəb NİYƏ BAĞLI QALIB? - İLGİNC FAKT
Prezident və 1-ci vitse-prezidentin açılışını etdiyi məktəb kanalizasiya sisteminin olmamağına görə istifadəyə verilmir
Nyus.Az xatırladır ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Kürdəxanı qəsəbəsində tikilən 304 nömrəli tam orta məktəbin açılışını ötən il mayın 2-də prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva edib.
Sentyabrda təhsil ocağının şagirdlərin üzünə açılacağı planlaşdırılsa da, bu, baş verməyib. Səbəb ərazidə mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamağından məktəbin həyətini çirkab suların basmasıdır.//dia.az//