• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
17-11-2022, 12:58

Övladlarının “aftoşluğuna” görə vəzifəsini itirən məmurlar - SİYAHI

Övladlarının “aftoşluğuna” görə vəzifəsini itirən məmurlar - SİYAHI


Övladlarının “aftoşluğuna” görə vəzifəsini itirən məmurlar
Bütün dünyada olduğu kimi ölkəmizdə də məmurlar hər zaman ictimai müzakirə obyektində olublar. Bu, o qədər güclü marağa səbəb olub ki, hətta məmurların övladları da hər zaman diqqət mərkəzində qalıblar. Di gəl ki, bəzi məmur övladları heç də hər zaman valideynlərinin başını uca etməyiblər. Əksinə, etdikləri çirkin əməllərə görə yüksək vəzifə daşıyan valideynlərinin də sonunu gətiriblər.Nyus.Az Bizim media-ya istinadən xəbər verir ki, övladlarına görə vəzifəsini itirən məmurlar haqqında araşdırma aparılıb. Həmin araşdırmanı təqdim edirik:

1. Övladına görə vəzifəsini itirən məmurlardan biri sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovdur. Onun oğlu Vüqarla İsmayıllı sakinləri arasında yaranan gərginlik pik həddə çatmışdı. Eks-nazirin oğluna məxsus "Çıraq" oteli və onun bir neçə bahal avtomobil yandırılmışdı. Bundan sonra, F.Ələkbərov da nazir vəzifəsi ilə vidalaşmışdı. Bu hadisədən sonra İsmayıllı rayon icra başçısı işləyən Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov da vəzifəsindən azad edilmişdi.

2. Baş nazirin sabiq müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyevin törətdiyi avtomobil qəzası zamanı iki nəfər ölmüşdü, iki nəfər isə ağır xəsarətlər almışdı. Hadisədən sonra həbs olunan N.Allahverdiyevin babası Əli Həsənov Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsini itirmişdi.

3. "Azərsu" ASC nin sədri Qorxmaz Hüseynovun qızının əri Turan Həsənzadə lüks avtomobillə 2021-ci ilin mart ayının 19-da gecə saat 1 radələrində Neftçilər prospektində ağır qəza törədmişdi. Turan Həsənzadə sərxoş vəziyyətdə idarə etdiyi 90 AA 575 dövlət nömrə nişanlı lüks avtomobillə "Port Baku"nun qarşısında park vəziyyətində olan iki avtomobili vurmuşdu. O zaman bu hadisə böyük səs-küyə səbəb olmuşdu. Hadisədən cəmi 45 gün sonra Qorxmaz Hüseynov 4 may 2021-ci il tarixdə vəzifəsindən azad edilmişdi.

4. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin sabiq müavini, general-mayor Novruzəli Orucov da oğlu sarıdan bəxti gətirməyən məmurlardandır. Oğlu Rüstəm sürətli idarəetməyə görə ona irad bildirən avtobus sürücüsünü vəhşicəsinə döymüşdü. Sürücünün şikayətindən sonra haqqında cinayət işi açılan məmur oğlu həbsə, atası isə istefaya göndərilmişdi.

5. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin keçmiş sədr müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin ailə faciəsinə səbəb olmuşdu. Şəxsinə aid avtomobili yüksək sürətlə idarə edən X.Mədətov xalq artistinin həyat yoldaşı və nəvəsini vurmuşdu. Bəbs edilən və bir müddət sonra azadlığa buraxılan məmur oğlunun atası Mübariz Mədətov isə vəzifəsindən azad edilmişdi.

6. Zərdab rayon İcra Hakimiyyətinin sabiq başçısı Lütvəli Babayev də oğluna görə vəzifəsini itirib. Beləki, 2015-ci ildə onun oğluna etdiyi xuliqanlığa görə 15 sutka inzibati cəza verilmişdi. Mingəçevir şəhər Yol Polisi Şöbəsinin 2015-ci ildə rəisi olan Ələsgər Bədəlovla köhnə ədavəti səbəbindən icra başçısı oğlu 15 sutka həbs olunsa da, cəmi bir həftə sonra azadlığa buraxılmışdı. Lakin bu hadisə Lütvəli Babayevin karyerasını sonlandırmışdı.

7.Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun vəzifədən azad edilməsi də övladıyla bağlı olub. Onun ikinci dəfə ailə həyatı quran qızı Ayselə 400 min dollarlıq toy etməsi ciddi rezonans yaradmışdı. Paytaxtdakı liftlərin işləməsinə cavabdeh olan məmurun bu qədər pulu haradan əldə etməsi ciddi suallar doğurmuşdu. Bu informasiya yayıldıqdan az sonra Qüdrət Şükürov vəzifəsindən azad olunmuşdu.

8. Vergilər Nazirliyinin sabiq idarə rəisi Fəxrəddin Əliyevin oğlu Məhərrəm Əliyev mübahisə etdiyi şəxslərə "Vinçestr" markalı tüfəngdən atəş açaraq, onlara ağır bədən xəsarətləri yetirmişdi. Bundan sonra, məmur oğlu və hadisədə iştirakçı olan dostu həbs edilmişdi, atası Fəxrəddin Əliyev isə tutduğu vəzifəsini itirmişdi.

9. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi olmuş Əliməmməd Həsənovun oğlu Tural Həsənov 2014-cü ildə Zığ şossesində avtoxuliqanlıq etmişdi. Nəticədə onun bu özbaşnalığına görə, özü DİN-dən qovulmuşdu. Atası isə vəzifəsindən azad edilmişdi.

10. Tərtər rayon İcra Hakimiyyəti başcısının birinci müavini Vidadi Bəylərov da övladına görə vəzifəsini itirənlər sirasındadır. 2013-cü ildə Vidadi Bəylərovun oğlu Elxan Bəylərlinin törətdiyi avtomobil qəzası nəticəsində bir nəfər ölmüşdü.

Bu hadisədən sonra Vidad Bəylərov vəzifədən azad edilmişdi. 2014-cü ildə isə, Tərtər rayonuna yeni icra başcısı təyin edilən Müstəqim Məmmədov tələbə yoldaşı Vidadi Bəylərovu Tərtər Rayon Telekomunikasiya Qovşağının rəisi təyin etmişdi. 2017-ci ildə isə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazir Ramin Quluzadənin əmri ilə Vidadi Bəylərov bu vəzifədən də azad edilmişdi.

11. Zərdab rayon İcra Hakimiyyətinin başçısının birinci müavini olmuş Allahverdi Səfərovun vəzifədən azad edilmə səbəbi oğlunun avtoxulianlığı olub. Belə ki, 2015-ci ilin martın 22-də Ceyhun Səfərov sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdmişdi. Buna görə də, o İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs edilmişdi. Bu hadisədən sonra isə, Allahverdi Səfərov vəzifəsi ilə vidalaşmışdı.

12. Bakı Şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin rəisi olmuş Ramiz Nəbiyevin oğlu Elvin Nəbizadə xeyli sayda pulları, lüks evini və müxtəlif avtomobilləri sosial şəbəkədə nümayiş etdirdiyi üçün atası 2014-cü ildə öz ərizəsi ilə vəzifəsindən azad olunmuşdu.

13. Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadovun oğlu da avtomobil qəzası törədərək atasının nüfuzunu aşağı salan övladlar sırasındadır. Oğlu Elmir 2017-ci ildə maşınla yaşlı qadını vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. Hadisədən sonra Elmir İbadov 5 il müddətinə həbs edilsə də, 2019-cu ildə bəraət almışdı. Ancaq atası vəzifəsini itirmişdi.

14. Eks-deputat Ayaz Orucov da oğlunun özbaşınalığına görə vəzifəsini itirənlərdəndir. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli "Mercedes Galenvagen" markalı, AZ 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli "Nissan Juke" markalı, AZ 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açmışdı. Bu hadisədən sonra Ayaz Orucovun deputatlıq fəaliyyəti sonlandırmışdı.

Nyus.Az


Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az