• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 NOVXANIDA DƏNİZ SAHİLİ ZƏBT OLUNUR? – QANUNSUZ TİKİNTİYƏ KİM “YAŞIL İŞIQ” YANDIRIB? - VİDEO
  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
19-10-2022, 11:10

Rüfət Fətullayev Masazır bələdiyyəsini “dəfn edib” - ŞOK FAKTLAR

Rüfət Fətullayev Masazır bələdiyyəsini “dəfn edib” - ŞOK  FAKTLAR

Məlumdur ki, ölkəmizdə bələdiyyələrin yaranması, formalaşması və hüquqi bazası, məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, 12 noyabr 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq bələdiyyələrin hüquqi statusu qanun çərçivəsində müəyyənləşdirilir. Ümummilli Liderimizin səyi ilə dövlət quruculuğu sahəsində aparılan islahatlar nəticəsində və Avropa Şurasının təklifləri nəzərə alınmaqla, ölkəmizdə ilk dəfə olaraq bələdiyyə institutu yaradıldı.

Ümumiyyətlə, yerli özünüidarə vətəndaşların fəaliyyətinin təşkilinin elə bir formasıdır ki, bu forma onlara qanun çərçivəsində yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirməyə imkanı verir. Bundan əlavə, bələdiyyələr qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetməni həyata keçirən qurumdur. Ölkəmizdə fəaliyyət göstərən hər bir bələdiyyənin öz mülkiyyəti, büdcəsi, seçkili bələdiyyə orqanları mövcuddur və bələdiyyələr qəbul olunmuş Qanun çərçivəsində səlahiyyətlərinə aid olan bir çox yerli əhəmiyyətli məsələləri müstəqil surətdə həll edirlər. Hər bir bələdiyyənin fəaliyyəti bərabərlik prinsipi əsasında qurulur və onlar bu yöndə də fəaliyyət göstərirlər. Azərbaycan Respublikasında ilk bələdiyyə seçkiləri 12 dekabr 1999-cu ildə keçirilmiş və həmin vaxtlarda Respublikamızda 2700 bələdiyyə yaradılmışdır. Bir qədər vaxt keçdikdən sonra kiçik bələdiyyələrin böyük bələdiyyələrə birləşdirilməsi səbəbindən, bu gün ölkəmizdə fəaliyyət göstərən bələdiyyələrin ümumi sayı 1771-dir. Bələdiyyələrin yaranması demokratiyanın inkişafı ilə bərabər, ölkə vətəndaşlarına idarəçilik sahəsində yaradılmış imkanın göstəricisidir.

Düzdür, bu gün bir çox bələdiyyələr öz fəaliyyətləri nəticəsində seçici etimadını qazansalar da, bəzi bələdiyyələr isə yerli sakinlərin inamsızlığını qazanmaqdadırlar. Buna da əsas səbəb, məhz onların fəaliyyətsizliyi və üzərinə düşən vəzifələrinin öhdəsindən lazımınca gələ bilməmələri olur. Bəli, KİV nümayəndəsi olaraq indiyə kimi bir çox bələdiyyələrin fəaliyyətsizliyi barədə silsilə tənqidi açıqlamalar yayımlamışıq və aidiyyatı qurumları baş verənlərlə bağlı lazımınca da məlumatlandırmışıq. Faktdır ki, belə bələdiyyələrdən biri də Rüfət Fətullayevin sədrlik etdiyi Abşeron rayonu, Masazır qəsəbə bələdiyyəsidir. Media üzərindən apardığımız araşdırmalardan, qəsəbə sakinlərinin söz-söhbətlərindən, ayrı-ayrı şəxslərin danışdıqlarından və s. bəlli olur ki, Rüfət Fətullayev bələdiyyə sədri olduğu vaxtlardan bugünə kimi Masazırda sosial problemlər aşıb-daşmaqda davam edir. Məsələn, bu qəsəbənin ərazisində zibillərin vaxtlı-vaxtında yığılmaması səbəbindən, döngə və küçələrdə xoşagəlməz mənzərə yaranır. Daha biabırçı hal odur ki, sakinlər ilin müxtəlif vaxtlarında, ələlxüsus isti yay günlərində acınacaqlı durum qarşısında əlacsız qaldıqlarından, onlar atılmalı olan zibilləri məftillər vasitəsi ilə hasarlardan asırlar. Bu da ətraf əraziyə ən pis formada iy-qoxunun yayılmasına, antisanitariyanın əmələ gəlməsinə səbəb olur. Zibillərin atılması üçün nəzərdə tutulan zibil qabları sakinlərin yaşadıqları ərazidən uzaq məsafədə yerləşdirilir ki, belə bir halın varlığı da kütləvi narazılığın əmələ gəlməsinə səbəb olur. Yəni, Rüfət Fətullayevi qəsəbə sakinlərinin üz-üzə qaldıqları belə bir problemlər deyil, gündəlik hansı yola olursa-olsun qazanc əldə etməyin yolları düşündürür. Qəsəbənin daxili yollarının bərbad halda olması, kanalizasiya probleminin “pik nöqtə”yə çatması və s., bu gün də bələdiyyə sədrinin əhəmiyyət vermədiyi məsələlərdir.

Masazır qəsəbə bələdiyyəsində problemlər heç də bunlarla yekunlaşmır. Problemlərin əmələ gəlməsinə səbəb olan hallardan biri də, bələdiyyə sədrinin hədsiz dərəcədə rüşvətə qurşanmasıdır. Məsələn, dolaşan söz-söhbətlərə görə bu şəxs hansısa qəsəbə sakininə məxsus torpaq sahəsinə aid sənədi imzalamaq üçün, bir kimsədən ehtiyat etmədən qarşı tərəfdən ən azından 1500-2000 manat rüşvət tələb edir. Bu da onu söyləməyə əsas verir ki, bələdiyyə sədrinin möhürü və tədbiq etdiyi məzəndə Masazır qəsəbə ərazisində yazılmamış qanun hesab olunur.

Rüfət Fətullayevin qol qoyduğu fırıldaq əməllərindən biri də, əmlak və torpaq vergisi borcları toplanarkən oynadığı oyun qaydaları olur. Məsələn, bu haqda bir faktı qeyd edək. Məmmədov Arif Qabil oğlu adlı şəxs və bu şəxsin ailə üzvləri 2020-ci ilin yanvar ayından Masazır qəsəbəsi ərazisində yaşayırlar. Bu ailənin üzvləri 1,5 sot, hansı ki, Çıxarışı olan torpaq sahəsində ev inşa edib həmin vaxtdan yaşasalar da, 06 oktyabr 2022-ci il tarixdə Masazır bələdiyyəsi tərəfindən Arif Məmmədova göndərilən bildirişdə “Sizin torpaqdan və əmlakdan istifadəyə görə 225 AZN vergi borcunuz var” deyə qeyd olunur. Qanunvericiliyin tələbinə görə, 1 sot torpaq sahəsindən istifadəyə görə hər sakin ildə 60 qəpik vergi borcu ödəməlidir. Yəni, torpaq vergisi haqqında Qanunun tələbi əsasında Arif Məmmədov 1,5 sot torpaq sahəsindən istifadəyə görə hər il 90 qəpik vergi borcu ödəməlidir. Ötən iki ilə görə bu şəxsin 1,5 sot torpaq sahəsindən istifadəyə görə ödəyəcəyi vergi borcunun məbləği 1 manat 80 qəpik olmalıdır. Masazır bələdiyyəsi tərəfindən Arif Məmmədova göndərilən bildirişdə isə, bu şəxsin 225 AZN vergi borcunun olduğu qeyd olunur. Elə ki, belə bir problemlə bağlı Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayevlə əlaqə saxlanılır və ondan problemin varlığına münasibət bildirməsi xahiş olunur, o halda o, “Abşeron RİH-nin başçısı cənab Abdin Fərzəliyev bizi o qədər “yükləyib ki,” bu gün nə edəcəyimizi heç özümüz də bilmirik. İndi biz nə etməliyik, müəyyən xərcləri hardan çıxarmalıyıq” deyə cavab verir.

Məlumdur ki, Masazır bələdiyyəsi respublikamızda ən böyük bələdiyyələrdən biri hesab olunur. Düşünürük ki, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyev kifayət qədər iş təcrübəsinə və idarəçilik qabiliyyətinə malik rəhbər şəxs olduğundan, çətin ki, icra başçısı Masazır bələdiyyəsinin sədri Rüfət Fətullayevlə birlikdə işləyə bilsin. Bələdiyyə sədri ilə işləməyin mümkün olmamasına səbəb olan hallardan biri də, bu şəxsin daim yalan, “gap-gop” danışması olur. Məsələn, elə ki, Rüfət Fətullayevə zəng edib hansısa məsələni öyrənmək, yaxud da onunla görüşmək istəyirsən, o halda o, “Mən İcra Hakimiyyətində tədbirdəyəm” deyə cavab verir. Bəli, bu şəxsin belə bir xüsusiyyətləri, məhz onun inamsız və etibarsız şəxs olmasına səbəb olub.


Mövzuya qayıdacağıq. Bizi izləyin.

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az