
Bir müddət əvvəl Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev vəzifəsindən istefa verdiyi xəbəri yayılsa da, təsdiqlənmədi.
Nyus.Az dia.az-a istinadən xatırladır ki, həmin məlumatlarda nazirin öz ərizəsi ilə tutduğu vəzifədən getdiyi qeyd olunurdu.
Nyus.Az bildirir ki, dia.az-a daxil olan son məlumatlarda isə bildirilir ki, bu həftə Sahil Babayevlə bağlı yekun qərar veriləcək. Yenə də Şəhidlərimizin artdığı bir ərəfədə Sahil Babayevin məsələsi aktuallıq qazanıb...
Mənbə iddia edir ki, burada söhbət Sahil Babayevin vəzifədən alınmasından gedir və çox güman bu qərar bu həftə rəsmiləşəcək...
Məlumata görə, Sahil Babayev yarıtmaz bir kadr kimi artıq aşağıların antipatiyasını QAZANIB... Aşağıdan ayılan bu nifrət nəhayətdə "yuxarıların" da qəzəbinə çevrilə bilib...
Bizi izləməkdə davam edin. Əlavə bilgilərimiz olacaq. İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq.
Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!
Nyus.Az

























