• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
23-05-2018, 08:56

Bakı metrosunda 8 milyinluq korrupsiya: Zaur Hüseynov qapıdan necə pul çıxarıb?

Bakı metrosunda 8 milyinluq korrupsiya: Zaur Hüseynov qapıdan necə pul çıxarıb?

Bu günlərdə Hesablama Palatası “Bakı Metropoliteni” QSC-də yoxlama aparıb. Məlumata görə, yoxlama nəticəsində 8 milyon manat “yeyinti” aşkarlanıb. Belə ki, QSC-nin xərclərinin yer aldığı hesabatda Bakı metrosunun stansiyaları üçün təhlükəsizlik qapılarının alındığı və buna 8 milyon manat vəsaitin xərcləndiyi göstərilir. Lakin Hesablama Palatasının yoxlaması zamanı məlum olub ki, təhlükəsizlik qapılarının alınması sadəcə kağızda qeyd olunub, reallıqda isə bir dənə belə olsun bu qapılardan alınmayıb. Əvəzində isə 8 milyon manat xərclər smetasına daxil edilib.
Qeyd edək ki, keçmiş sədr Tağı Əhmədovun gedişindən sonra “Bakı Metropoliteni” QSC-yə sədr gətirilən Zaur Hüseynov ümidləri doğrultmayıb. Bu “yeyinti” faktı da ilk dəfə deyil. Təkcə Hesablama Palatasının iki il öncə QSC-də apardığı yoxlamaq zamanı ortaya çıxan faktlar sədr Zaur Hüseynovun “fəaliyyətinə” xarakterizə etməyə yetərlidir.
2016-cı ildə Palatanın “Bakı Metropoliteni” QSC-də apardığı auidit yoxlamalarının nəticələri:
– Vergi qanunvericiliyinin tələbləri pozularaq kommersiya fəaliyyəti ilə bağlı olmayan müxtəlif xərclərin, o cümlədən fəaliyyətin zərərlə nəticələndiyi şəraitdə əmək haqqına aylıq əlavələrdən başqa əməyin səmərəliliyinin artırılmasının stimullaşdırılması xərclərinin və dövlət sosial müdafiə fonduna ayırmaların, qeyri-kommersiya təyinatlı obyektlərin saxlanması və sair xərclərin gəlirdən çıxılan xərclərə aid edilməsi nəticəsində metropolitenlə sərnişindaşıma xidmətləri üzrə bir gedişin daşınma xərci (maya dəyəri) maliyyə hesabatlarında 4,0-5,5% aralığında (2015-ci ildə 0,54 manat) artıq göstərilib;
– Qeyri-rezidentlərin gəlirlərinin vergilərə cəlb olunmamasına, hesablanmış ƏDV məbləğlərinin dövlət büdcəsinə ödənilməməsinə yol verilib, eləcə də subsidiya məbləğlərinin bəyannamələrdə nəzərə alınmaması səbəbindən daha çox ƏDV məbləğlərinin əvəzləşdirilməsinə yol verilibdir.
– Metrostansiyanın sahəsində bir halda müvafiq qaydada rəsmiləşdirilmədən faktiki olaraq ticarət fəaliyyətinin həyata keçirilməsi, cəmiyyətin struktur vahidinin texniki pasportu ilə müəyyən edilən ərazisindən hər hansı əsas olmadan yaşayış və kommersiya təyinatları üzrə istifadə olunması halları aşkar olunmuş, eyni zamanda metro stansiyalarında yeni üslubda ticarət köşklərinin yaradılması məqsədilə yığılıb-sökülən konstruksiyaların alınması və quraşdırılması istiqamətində vəsaitlərin xərclənməsinə baxmayaraq həmin ticarət sahələrindən istifadə olunması əməliyyatları çərçivəsində hər hansı formada gəlirlərin əldə olunması rəsmiləşdirilməmişdir;
– Funksional fəaliyyətlə bağlı olmayan alışlar üzrə satınalma prosedurları tətbiq edilmədən birbaşa müqavilələr bağlanmış, eyni malların satınalınması üzrə ayrılan vəsait məbləğ məhdudiyyətini aradan qaldırmaq məqsədilə ayrı-ayrı hissələrə bölünərək satınalma metodu dəyişdirilmiş, satınalınacaq malların ehtimal olunan qiymətləri müəyyən edilməmişdir;
– Malların bəzi hallarda birbaşa istehsalçılardan deyil rəsmi təmsilçilik hüququ olmayan şirkətlərdən satınalınması, güzəştli gömrük rüsumu rejimlərindən istifadə olunmaması, təsərrüfat üsulu ilə yerinə yetirilmiş tikinti işlərinin sifarişçi-podratçı qaydasında tətbiq edilən əlavələrlə rəsmiləşdirilməsi, eləcə də istehsal edilərək daxili istehlaka yönəldilən dəmir-beton məmulatlarının kalkulyasiyasına mənfəət normasının daxil edilməsi nəticəsində dövlət vəsaitlərinə qənaət edilməmişdir;
– Metro tikintisi üzrə bəzi işlər təcrübəsi və böyük potensialı olmayan podratçı şirkətlər vasitəsilə həyata keçirilmiş, metro tikintisi işləri çərçivəsində podrat üsulu ilə tikinti işləri üzrə artım əmsalının və müqavilə qiymətinin müvafiq qaydada müəyyən edilməyərək podratçı və sifarişçi arasında sənədləşdirilməsi, bəzi obyektlərin layihə və smeta sənədlərinin ekspertizadan keçirilməməsi, layihə smeta sənədlərində nəzərdə tutulmayan işlərin qəbul edilməsi hallarına yol verilmişdir;
– Avadanlıqların bir qayda olaraq alındığı ildə deyil növbəti illər ərzində quraşdırılması, eyni zamanda satınalma müqavilələrinin şərtlərinə əməl olunmaması səbəblərindən yaranmış 652,0 min avro və 2726,8 min manat məbləğində debitor borcların bağlanması istiqamətində tədbirlərin həyata keçirilməməsi nəticəsində dövlət vəsaitlərindən, eləcə də strukturdaxili maddi-texniki bazadan, yüksək məhsuldarlığı olan müasir tunel qazma komplekslərindən səmərəli istifadə olunmamışdır;
– Qanunvericiliklə müəyyən edilmiş əsaslar, o cümlədən qarşılıqlı razılıq və məhkəmə qərarı mövcud olmadan 6,0 mln. manat məbləğində vəsait metro tikintisi çərçivəsində layihə altına düşən ayrı-ayrı əmlaklara görə kompensasiyaların ödənilməsi üçün “Bank Technique” ASC-yə köçürülmüş, müvafiq təyinatlar üzrə isə icra olunmamış və uzun müddət ərzində bank hesabında istifadəsiz qalmasına baxmayaraq maliyyə hesabatlarında kapital qoyuluşları kimi əks etdirilmişdir;
– Maliyyə hesabatları müvafiq qaydada təsdiqlənməmiş, nizamnamə kapitalının miqdarı uçot sənədlərində artırılsa da nizamnamədə müvafiq dəyişikliklərin edilməsi üçün tədbirlər həyata keçirilməmişdir.
QSC-nin qanundankənar bu fəaliyyətinə görə, Hesablama Palatası 2018-ci ildə “Bakı Metropoliteni”nə ayrılması nəzərdə tutulan 45 milyon manat subsidiyaya qarşı çıxdı. Son yoxlamada 8 milyon “yeyinti”nin ortaya çıxması isə Zaur Hüseynovun QSC-də dövlət büdcəsindən ayrılan vəsaitləri necə taladığını bir daha sübut edir.(miq.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az