• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-09-2026 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı
  • 16-09-2026 Dövlət xəstəxanasında yarımştat qeydiyyatda olan "AyMed" rəhbərinin "özbaşınalıqları"
  • 16-09-2026 Tıxaca görə dərsə gecikən ADNSU tələbələrinə güzəşt olacaq?
  • 16-09-2026 Özəl bağçalarda 8 min uşağın təhsilini dövlət maliyyələşdirəcək - VİDEO
  • 16-09-2026 HR mütəxəssisi: Müsahibədə bunu edənlər dərhal kənarlaşdırılır
  • 16-09-2026 Bakıda təhlükəli tikinti: Sakinlər hər gün ölümlə üz-üzə qalırlar - VİDEO
  • 15-09-2026 Bakıda bir küçə 10 saat avtomobillər üçün bağlanacaq
  • 15-09-2026 Yardımlıda korrupsiya əməliyyatı: İcra Hakimiyyətinin vəzifəli şəxsləri həbs edildi
  • 15-09-2026 Bakıda 165 ailə Kəmaləddin Heydərovdan kömək gözləyir... - Cənab nazir, FHN-də söz verildi, amma...
  • 15-09-2026 Prezident İlham Əliyev: Müsəlman dini liderlərin hər bir sözü müsəlman icmaları üçün çox dəyərlidir
  • 15-09-2026 Prezident İlham Əliyev: Əlimizdən gələni edəcəyik ki, müsəlman aləmi vahid bir ailə kimi birləşsin
  • 15-09-2026 Prezident İlham Əliyev: Azərbaycan xalqı dünya mədəniyyətinə bir çox dahi şəxsiyyətlər bəxş edib
  • 15-09-2026 Azərbaycan 8 ay ərzində Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edib
  • 15-09-2026 Anar Bayramov bu xəstəxananın da direktorunu işdən çıxardı
  • 15-09-2026 Vəzifəsindən azad edilən icra başçısı kimdir? - Dosye
  • 15-09-2026 Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edildi
  • 15-09-2026 Ramiz Mehdiyevin cinayət işi üzrə 3 tanınmış şəxs şahid kimi dindirilib
  • 15-09-2026 Fərid Eyvazovun “Alliance Clinic”ində 146 manatlıq çek qalmaqalı
  • 15-09-2026 Yasamal icra başçısı nə düşünür? - Piyada səkisi darmadağındır - VİDEO
  • 15-09-2026 Eldar Əzizovun “Bakı Şəhər İşığı” müəssisəsinə rəis təyin etdiyi adaşı milyonları haralara xərcləyir

XƏBƏRLƏR

    “Fənərbaxça” turu 1 xalla başa vurub
    "Qalatasaray"dan ayrılan ulduz futbolçu La Liqa yolunda
    “Onlara ömürlük qadağa qoyulsun” - Ronaldo Neveşi müdafiə etdi
    Arda Turanın 7,5 milyon dollarını "yeyən" qadın yenidən məhkəmədə - 102 il...
    Xalçanın altına bir sikkə, cüzdana dəfnə yarpağı: sizi varlandıracaq
    "Məğlubiyyət tamamilə mənim günahımdır" - Ethan Mbappe
    Azərbaycanlı qadın aeroportda çətin anlar yaşatdı - VİDEO
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
    ÇL-də bütün zamanların ən yaxşı heyətini açıqladılar
    Türkiyənin qadın voleybol millisi Avropa çempionu olub
15-07-2022, 16:27

2 nömrəli Bakı Baza Tibb Kollecinin TENDER HOQQASI - Bir-neçə günə bir ünvanda 5 şirkət yaradıb 300 minlik tenderlərin qalibi oldu

2 nömrəli Bakı Baza Tibb Kollecinin TENDER HOQQASI - Bir-neçə günə bir ünvanda 5 şirkət yaradıb 300 minlik tenderlərin qalibi oldu


2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Nyus.zZ-ın məlumatına görə, yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, tenderin nəticəsinə əsasən "Yufon-Ko" MMC (VÖEN- 1703281211) 2 nömrəli Bakı Baza Tibb Kollecinin sifarişilə abadlaşdırma xidmətləri göstərəcək və qarşılığında 16 min 791 manat alacaq.
Məlumat üçün bildirək ki, "Yufon-Ko" MMC eyni zamanda “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nə 143 min 116 manat dəyərində də xidmətlər təqdim edəcək. Bu xidmətlərə dəyirmi masaların təşkil olunması, “İctimai səhiyyə” adlı feysbuk canlı yayınların təşkili, Tütün üzrə maarifləndirici tədbirlər, “İctimai sağlamlığın əsasları”, Klinik protokollar və Ailə, uşaq və qadın komitə ilə birgə təlimlərin keçirilməsinin təşkili, EBMG protokollarının yenilənməsi, Simptomların yoxlanması proqramının prototipinin tətbiqi, Reproduktiv sağlamlıq tətbiqinin təkmilləşdirilməsi, Qurd invaziyası hallarının azaldılması, “COSİ” layihəsi üçün təhlil işlərinin aparılması, Ümumdünya Ürək günü, Diabet günü və Ümumdünya QİÇS-lə mübarizə gününə həsr edilmiş tədbirlərin təşkili daxildir.
Tender müsabiqələrində diqqət çəkən məqam odur ki, son bir ayda 160 min manatlıq 2 tenderin qalibi olan şirkət tender elanından cəmi 20 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Nizamnamə kapitalı 10 manat olan "Yufon-Ko" MMC 13 aprel 2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. “İctimai Səhiyyə və İslahatlar Mərkəzi” isə tender elanının 5 may tarixində açıqlayıb. Hüquqi ünvanı “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” yerləşən şirkət barədə açıq internet resurslarda heç bir məlumat mövcud deyil. MMC-nin qanuni təmsilçisi Kərimov Bəxtiyar Əvəz oğludur.
Qeyd edək ki, aprel ayında “Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında Kərimov Bəxtiyar Əvəz oğlunun qanuni təmsilçi olduğu "Bosfor LM" , “Ural As Servıs”, “Tean LM” və “Qurman TV Servs” adlı daha 4 şirkət qeydiyyatdan keçirib.
Bu şirkətlərdən biri - "Yufon-Ko" MMC ilə eyni gündə (13 aprel 2022-ci il) tarixində dövlət qeydiyyatına alınan "Bosfor LM" MMC (VÖEN-703281341) son bir ayda 2 nömrəli Bakı Baza Tibb Kollecinin 15 min 769 manat 69 qəpiklik, “Azərbaycan Dəmir Yolları” QSC-nin 30 min 705 manatlıq, AMEA-nın 32 min manatlıq, “İctimai Səhiyyə və İslahatlar Mərkəzi”nin isə 53 min 537 manat 50 qəpiklik tenderində qalib olub.
Maraqlı məqamlardan biri də odur ki, son aylarda “Səbail rayonu, Abbasqulu Abbaszadə, ev 1/B” ünvanında yüzlərlə şirkət qeydiyyata alınıb. Bu şirkətlərin bir-neçəsinin qanuni təmsilçisi eyni şəxslər olub.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır. Tender elanından cəmi bir-iki ay əvvəl eyni şəxs tərəfindən, eyni ünvanlarda yaranan, nəinki rəsmi veb-səhifəyə, hətta sosial şəbəkə hesabına sahib olmayan bu şirkətlərin eyni qurumların keçirdiyi tenderlərdə necə qalib olduğu aydın deyil.

Nyus.Az olaraq məqalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini işıqlandlrmağa hazırıq!

Nyus.Az

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az