• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
6-05-2022, 12:47

Araz Yağlıvənd kənd məktəbi xanım direktorun əsarəti altında - VİDEO FAKT

Araz Yağlıvənd kənd məktəbi xanım direktorun əsarəti altında - VİDEO FAKT



Füzulidə hava limanı inşa edən dövlətin kənd məktəbinin təmirinə gücü çatmır? – Araz Yağlıvənd kənd məktəbi xanım direktorun əsarəti altında

Bu günlərdə Füzuli rayonunun şəhid Bəxtiyar Əzimov adına Araz Yağlıvənd kənd orta məktəbinin müəllimi Alıyeva Ziyafət Mirzalı qızı redaksiyamıza müraciət edərək, məktəbin bərbad vəziyyətindən söz açmış, problemin KİV-də ictimailəşdirilməsini xahiş etmişdir.

Ziyafət müəllimənin müraciətinə qoşma etdiyi video-materialda ilk növbədə məktəbin girəcəyindəki talvari sütünün çatlayıb qırılmış olduğu diqqəti cəlb edir.

“260 şagirdin 40-a yaxın müəllimin, 15-ə yaxın texniki işçinin həyatı təhlükə altındadır. Sütun gün-gündən yeyilib gedir, dağılmaq üzrədir. Bu barədə heç bir tədbir görülmür. Məktəbin direktoru Səidə Hacıyeva həlli təxirəsalınmaz olan bu problemlə qayğılanmır, məktəbin əsaslı təmirinin vacibliyi barədə məsələ qaldırmır. Əsaslı və cari təmirə pul ayırılıbsa da, hara xərcləndiyi bilinmir”.

Qəzalı vəziyyətdə olan təkcə sütun deyil. Video-materialdan görünür ki, məktəbin deşilmiş tavanına da çürümüş taxta faner vurulub. Məktəb foyesinin girəcəyindəki pəncərənnin şüşələri qırılıb. Dəhlizin və sinif otaqlarının iç divarları acınacaqlı vəziyyətdədir. Bəzi sinif otaqlarında sınıq pəncərələrin yerinə faner, yazı taxtaları, parta hissələri salınıb.

Məktəbin həyətində inəklərin, qoyunların dolaşdığı diqqəti çəkir. Təqdim olunan video-məlumatı müşayiət edən səs belə şərh verir: “Direktor Səidə Hacıyeva məktəbin stadionunu otlaq sahəsinə, heyvan fermasına çevirərək, özünə və qayını İbrahim müəllimə məxsus mal-qaranı, qoyun-quzunu otartdırır və həmin malların süd-qatığından Füzuli rayon təhsil şöbəsinin müdiri Ramella Məmmədovaya pay göndərir. Guya idman müəllimi olan İbrahimin heyvanlarının nəcisindən, təzəyindən idman meydançasına ayaq basmağa yer yoxdur”.

Video-materiallar arasında hələ havanın soyuq olduğu bir – iki ay əvvəl, daha dəqiq desək, 04, 11, 28 mart 2022-ci il tarixlərdə qeydə alınmışları da var. Aşkar görünür ki, IV sinif otağında yandırılan odun sobasının nasaz borusundan tüstü içəri yayılır. Fonda isə nəfəs ala bilməyən zavallı şagirdlərin öskürdükləri eşidilir. Hələ də sovet dövründən qalma inventar və avadanlığın, köhnə partaların istifadə edildiyi siniflərdə dərsə davamiyyət də çox aşağıdır. Məsələn, 24 şagirdin qeydiyyatda olduğu sinifin qışda iki-üç, yazda yeddi-səkkiz şagirdi dərsə gəlir.

Ziyafət müəllimə bildirir ki, məktəbin acınacaqlı durumu barədə əvvəllər də, ta 2018-ci ildən başlayaraq yuxarı instansiyalara müraciətlər ünvanlayıb: “Amma mənim səsimi təhsil şöbə müdiri Ramella Məmmədova batırıb, yuxarı qurumlara yalan məlumatlar verib ki, guya mən yalançıyam. Hətta Təhsil Nazirliyinin elektron poçtuna ünvanladığım şikayət ərizəsindən sonra 30 may 2019-cu il tarixdə RTŞ müdiri, müdir müavini, məsləhətçiləri, metodistləri, 10 saylı ƏMHM-nin aparıcı məsləhətçisi və təchizat şöbəsinin müdiri 30 may 2019-cu il tarixdə növbədənkənar pedaqoji şuranın iclasını keçirərək, məni böhtançılıqda ittiham etdilər və xəbərdarlıq elan etdilər ki, guya məktəbin kollektivi mənim barəmdə ciddi ölçü götürülməsini istəyir. Lakin növbəti şikayətimdən sonra Nazirlik tərəfindən pedaqoji şuranın məlum iclasının qəbul etdiyi qərar qanunsuz olması səbəbindən ləğv olunmuş və bu barədə 26 iyun 2019-cu il tarixli məktubla RTŞ-nə məlumat verilmiş, vətəndaşların müraciət etmək hüquqlarının məhdudlaşdırılmasının məsuliyyəti xatırladılmışdır. RTŞ müdiri Ramella Məmmədova şikayətçiyə yazdığı 31 yanvar 2020-ci il tarixli məktubda isə qeyd edir ki, guya qərarın ləğv edilməsinə onun qanunsuz olması deyil, Ziyafət Alıyevanın qüsursuz işləməsi, bilik və bacarığı nəzərə alınıb. Özündən razı olan Səidə müəllimə təkbətək söhbətlərimizdə məni lağa qoyur, deyir ki, “mənə heç nə edə bilməzsən, Prezident sənin yazdıqlarına məhəl qoymur”.

Z.Alıyeva həmçinin qeyd edir ki, məktəbin bir çox müəllimləri onların sinif otaqlarındakı əyər-əskiklərin video-qeydə alınmasına razı olmurlar. Çünki məktəb rəhbərliyinin təhdidindən çəkinirlər.

Məktəbin həyətindəki damı, qapısı uçuq-sökük ayaqyoluna isə kənardan baxmaq belə adamda ishal hissi doğurur. Qız şagirdlərin istifadə etdikləri tualetin də su təchizatı yoxdur. Dağılmış unitaz bacasını təmir etmək əvəzinə üstünə parta taxtasını örtüblər. Taxtaya sidik hopduğundan, iydən-qoxudan baş çatlayır. Bir sözlə, məktəbdə sanitariya qaydalarına əməl edilməsindən söhbət belə gedə bilməz. 26 aprel 2022-ci il tarixli video-materialdan bəlli olur ki, həyəti qanqal, tikan kolları dizə çıxıb, alaq otları, zibil basıb, təmizləyən yoxdur. Ziyafət müəllimə qeyd edir ki, dəfələrlə şagirdlər qışqırıq salaraq kollarda ilan gördüklərini deyiblər.

Şikayətçinin sözlərinə görə, məktəbi şəxsi maraqları çərçivəsində idarə edən direktor Səidə Hacıyeva dərs yükü bölgüsünü alver predmetinə çevirib: Diaqnostik qiymətləndirmədə az bal toplayan müəllimə çox dərs saatı, çox bal toplayana isə əksinə, az dərs saatı verilir”.

Direktor özünün tanıdığı jurnalistləri dəvət edərək məktəbin çox az sayda təqdirəlayiq işlərini (məsələn, özünün deyil, müəllimlərin hesabına qənaətbəxş səviyyədə ərsəyə gətirilmiş muzeyi) çəkib özünü reklam etdirir.

Z.Alıyevanın müraciətində yer alan, əslində əlavə sübuta ehtiyac olmayan məsələlərlə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün məktəbin direktoru Səidə Hacıyevaya zəng etdik. İş vaxtı olmasına baxmayaraq, S.Hacıyeva toyda olduğunu dedi. Həmin gün ikinci dəfə əlaqə saxladıqda isə, direktor bildirdi ki, Ziyafət müəllimə ona böhtan atır, bizdən daha obyektiv hesab etdiyi “jurnalistlər” məktəbdə olub və çəkilişlər aparıblar, Di gəl, həmin “həmkarlarımızın” hazırladıqları O ki qaldı məktəbin təmiri məsələsinə, S.Hacıyeva bildirdi ki, 2024-cü ilə qədər əsaslı təmir həyata keçirilməsi nəzərdə tutulub. Yəni, məktəbli və müəllimlər hələ iki il də qəzalı məktəbdə təhlükə altında qalacaqlar.

Lakin təxmin edirik ki, “bizdən gözü su içmədiyindən”, daha doğrusu, söhbətimiz tanıdığımız “həmkarlarımızın” söhbətinə bənzəmədiyindən, narahat oldu. Çünki onun ardından özünü “Araz Yağlıvənd kənd sakini, XTQ qazisi, birinci xanımın himayəsi ilə Türkiyədə müalicə almış İlkin Rüstəmlinin atası Elçin Rüstəmov” kimi təqdim edən şəxs bizə zəng vurub oğlunun oxumuş olduğu məktəbi “şantaj etməməyimizi” tövsiyə etdi.

Heç inandırıcı deyil ki, Füzuli rayonunun işğaldan azad olunmuş yarısında müasir beynəlxalq standartlara uyğun hava limanı inşa etməyə gücü çatan dövlətimizin bir kənd məktəbini təmir etməyə gücü çatmasın. Görünür, Səidə Hacıyeva özünün başqa işdəycələrinin üstü açılmasın deyə bu vacib məsələni önə çəkmək istəmir.

Mövzuya qayıdacağıq.

Nyus.Az














[media=https://youtube.com/shorts/2LKk2KmQHVM?feature=share]

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az