• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Neymar tənqidlərə sərt cavab verdi
  • 24-07-2026 Özgür Özel və daha 91 deputat CHP-ni tərk etdi – Yeni partiya yaradılır
  • 24-07-2026 Oğuzda əkin sahəsini yandıran şəxs müəyyən edilib
  • 24-07-2026 Bakı–Tbilisi qatarlarında sərnişin yerlərinin sayı 2 dəfə artırılıb
  • 23-07-2026 Prezident məcburi köçkünlərlə bağlı qanunlarda dəyişiklikləri təsdiqləyib
  • 23-07-2026 Elmar Vəliyevə məxsus bazar satışa çıxarıldı - 16 milyona
  • 23-07-2026 İyul ayının pensiyaları tam ödənildi
  • 23-07-2026 “Sədərək” və “Binə” bağlanır?
  • 23-07-2026 Sumqayıtda evdə kişi meyiti tapıldı
  • 23-07-2026 Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu ünvanlayıb
  • 23-07-2026 Belə evləri alanlar uduzur — Açıqlama
  • 23-07-2026 ABŞ-yə hücumlarda Moskvanın əli – kəşfiyyat istintaqa başladı
  • 23-07-2026 Dənizkənarı istirahət məkanlarına girişə məhdudiyyət qoyulub? — VİDEO
  • 23-07-2026 Dostunu qətlə yetirən: “Hədələyirdi ki, anamı da, məni də öldürəcək”
  • 23-07-2026 Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir
  • 23-07-2026 “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
  • 23-07-2026 Xalq artisti Tofiq Mirzəyev İsraildə dəfn olunub
  • 23-07-2026 Naxçıvan Teleradiosunda rəhbər vəzifədə dəyişiklik edildi
  • 23-07-2026 Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib

XƏBƏRLƏR

    Neymar tənqidlərə sərt cavab verdi
    Neymar tənqidlərə sərt cavab verdi
    “Bu suala cavab vermək çətindir” - Qurban Qurbanov
    Azərbaycan klublarından tarixi rekord...
    Sabahın havası açıqlandı
    Dünya çempionatında ağır zədə ilə oynayıb: Qabırğası sınmış halda
    Yatmazdan əvvəl bunu edin: Həm dərin yatın, həm də xoşbəxt oyanın
    Yamalın atası Messidən gənc imiş
    "Messiyə yaxınlaşıb dedim ki, "Bağışla məni" - Yamal
    Aaron Maluda “Bazel”ə keçə bilər
20-04-2022, 10:21

DÜZ YOLLAR ÇƏKMƏYƏ DÜZ ƏLLƏR GƏRƏK

DÜZ YOLLAR ÇƏKMƏYƏ DÜZ ƏLLƏR GƏRƏK


Zahid Nadir oğlu Nuriyev haqqında internet resurslarında məlumat axtaranda çoxlu sayda tənqidi məqalələr üzə çıxır. Cəmi bir təqdiredici oçerkə rast gəlinir ki, onun da müəllifi Zahid bəyin Faxralıdan olan həmkəndlisidir. Həmin yazının elə sərlövhəsinə baxanda Zahidi tanıyanların kinayəli gülüşdən dodaqları qaçır: “Düz yollar çəkməyə düz əllər gərək!” – və istər — istəməz bu cür təqdimata etiraz edirlər.

O boyda metropolitenin sabiq rəisinin mənimsənilmiş 3 milyonunun söz-söhbəti üzə çıxanda belə bir sual aktuallaşdı ki, bəs Tağı Əhmədovda o qədər pul hardandır. Verdiyi “40 ildir əmək haqqımı yığırdım” cavabı da heç kimi qane etmədi. Onunla müqayisədə yol təsərrüfatı sistemində orta səviyyəli idarələrdən birinə rəhbərlik etmiş Zahid Nuriyevin on milyon manatlarla ölçülən varidatını təsəvvürə gətirəndə adamın ağlına gələn ilk fikir bu olur: Zahid düz yolun adamı deyil, əlləri də əyridir.

“Qəhrəmanımız” 02 sentyabr 1952-ci il tarixində Gürcüstan Respublikasının Bolnisi rayonunun Faxralı kəndində anadan olub. Gürcüstanda orta məktəbi bitirdikdən sonra, Azərbaycana gəlib və burada yaşamağa başlayıb. 1969-cu ildə Keşlə Maşınqayırma zavodunda texnik vəzifəsində ilk əmək fəaliyyətinə başlayıb. Daha sonra, 12.11.1970-ci il tarixindən 15.11.1972-ci il taxirinədək Sovet Ordusunda həqiqi hərbi xidmətdə qulluq edib. Hərbi xidmətini bitirdikdən sonra yenidən Keşlə Maşınqayırma zavodunda əmək fəaliyyətini davam etdirib. 1974-cü ildən Azərbaycan Layihə İnstitutunda işə başlayıb və baş texnik vəzifəsindən böyük mühəndis vəzifəsinə qədər yüksəlib. 1982-ci ildən Bİİ-nin Yol Təmir Tikinti idarəsində iş icraçısı vəzifəsində çalışıb.

2015-ci ilədək 15 saylı Yol İstismar İdarəsinə rəhbərlik edib. Keçmiş Bakı şəhəri baş yol təmir-tikinti trestinin tərkibindəki 3 saylı yol təmir-tikinti idarəsinin bazasında yaradılmış və oğlunun adına açdığı “Yol-İnşaatçısı” MMC-nin baş direktoru vəzifəsində işləyib. Sonradan direktor vəzifəsinə oğlu Vüqarı keçirsə də, faktiki olaraq işləri özü idarə edir. Oğlunun məhz bu sahədə xeyir tapacağı perspektivini qiymətləndirən Zahid Nuriyev onu xidmət etdiyi poliz zabiti işindən də kənarlaşdırıb.

Məlumata görə, Zahid Nuriyevin AAYDA-dan nəhəng , maliyyə həcmi böyük layihələri udan şirkətində çalışan fəhlələrin böyük əksəriyyəti Faxralıdan gətirdiyi, yol inşaatından anlayışı olmayan həmkəndliləridir və onların əmək müqaviləsi yoxdur. O da bildirilir ki, miqrasiya qeydiyyatı intizamını pozduğuna görə, Z.Nuriyev 35 min manat məbləğdə cərimələnib. Acınacaqlı haldır ki, Nuriyevlərin müəssisəsində əməyin təhlükəsizliyinin təmin olunmamasına görə ən çox zaval görən, həyatını itirən işçiləri də məhz faxralılardır. “Yol İnşaatçısı” Məhdud Məsuliyyətli Cəmiyyətin apardığı yol çəkilişi işləri zamanı rəhbər şəxslərin məsuliyyətsizliyi səbəbindən bir neçə dəfə ölüm hadisəsi baş verib. Məlumata görə, həmin şəxslərin hər biri qeyri-iş günündə, məcburi qaydada işə çıxarılan zaman həlak olublar. Ölüm hadisələri ilə bağlı cinayət işləri açılsa da, Z.Nuriyev havadarlarının dəstəyi ilə məsuliyyətdən yayına bilib. Hətta o da iddia olunurdu ki, Zahid Nuriyevin həmyerlisi, keçmiş Baş prokuror olan Zakir Qaralovla yaxın münasibətlərə malik olması da bu cinayətlərin ört-basdır edilməsində az rol oynamayıb.

Z.Nuriyevin Coratda dəbdəbəli oteli var. Oğlu və kürəkəni ilə birlikdə hər səhər işə baş çəkir, çox keçmədən çıxıb gedirlər. Əsas işi isə ən çox etibar etdikləri qazaxlı Musa görür. Zahidin paytaxtın Nərimanov rayonunda, keçmiş xaçpərəst qəbirstanlığının yerləşmiş olduğu, sotu 250-300 min manata olan ərazidə də altı mağaza, üstü otel olan böyük obyekt tikdirib icarəyə verib. Kürəkəni ilə oğlu son model 300 seriyalı Galenvagen” və “Range rover” markalı bahalı avtomobilləri sürürlər. İdarə maşınının sürücüsü Qəhrəman da rəhbərin ailəsinə xidmət edir. Zahid özünə və Suraxanı Yol İstismar İdarəsində rəis işləyən kürəkəni Müşfiqə Maştağa yolunun üstündəki “Savalan” yaşayış massivində yanaşı ikimərtəbəli villalar tikdirib. Və bildirilir ki, bütün bu cah-cəlal asfaltın keyfiyyətindən oğurlanan vəsait hesabınadır. Yerdən qaşınan frezi xammal kimi təzə adıyla asfalt yerinə döşəyirlər.

Mənbənin verdiyi məlumata görə Zahid PORT-BAKU yaşayış massivində bir binanın bir mərtəbəsini, Neftçilər metrosunda bir neçə mənzil, Suraxanı rayonunda bir neçə mənzilə sahib olub. Türkiyədə də biznes qurmağı bacarıb.

Zahid Nuriyevin yadda qalan müsbət xüsusiyyətlərindən biri o olub ki, nə vaxt işə piyan gələndə cibindən qalaqla pulu çıxardıb işçilərin başına şabaş kimi tökürmüş. Hətda işçilər müdirin işə piyan gəldiyi günə sevinirlərmiş

Bu və digər məsələlərə münasibətini öyrənmək üçün Zahid Nuriyevin özünə zəng vurduq. Cavabı belə oldu: “Nə istəyirsiniz, yazın!”

P.S. Əgər yol təsərrüfatı sisteminin Zahid Nuriyev kimi ortabab mənsubunun bunca böyük sərvəti varsa və qohumbazlığı, yerlibazlığı üçün “yaşıl işıq” yandırılıbsa, görün indi AAYDA rəhbəri Saleh Məmmədovun nələri var, onun qohumları sistemdə hansı yağlı vəzifələrə yerləşdiriliblər! Hərçənd, bu, əlahiddə söhbətin mövzusudur.

Mövzunu davam etdirəcəyik


(Deryaz.az)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az