• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
20-04-2022, 10:07

Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - GİLEY

Deputatın obyekti XALQA QƏNİM KƏSİLİB - GİLEY


Qarşıdan yay gəlir, ancaq biz bu il də əkin işləriylə məşğul ola bilməmişik. Bir sahibkarın acgözlüyü ucbatından bütün kənd əkinsiz, örüşsüz, susuz, yolsuz qalıb”. DİA.AZ xəbər verir ki, vaxtaşırı Meydan TV-yə Lənkəranın və Lerikin müxtəlif kəndlərindən çaydibi qazıntıların yaratdığı problemlərlə bağlı şikayətlər daxil olur. Bir müddət əvvəl Lənkəranın Təngivan, Lerikin Piran ərazisinin Qışlaq kəndindən olan sakinlər Lənkərançayın və qollarının qazılması səbəbindən heyvandarlıq və əkinçiliklə, bağçılıqla məşğul ola bilmədiklərini deyiblər. Bu dəfə eyni problemlər Lənkəranın Şovu kəndinin sakinlərini dilə gətirib.

“Həm səhhətimizə zərər vurur, həm təsərrüfatlarımıza”

Kəndlilər tez-tez qazıntı yerlərində və “karxana” dedikləri qum-çınqıl zavodunun ətrafında toplaşaraq etirazlarını bildirirlər. Kənd sakini Qabil Məmmədov deyir, yaşayış evlərinin yaxınlığında yerləşən zavod həm insanların səhhətinə, həm kənd təsərrüfatına, həm də yollara zərər vurub:

“Deputat İqbal Məmmədovun bu karxanası həyatımızı alt-üst edib. Karxana 2011-ci ildən işləyir. Evlərimizin lap yaxınlığıdır, səs-küyündən, tozanağından evdə oturmaq mümkün deyil. Hara müraciət etmişiksə, bizə deyiblər ki, karxananın fəaliyyəti qanunsuzdur, ancaq 10 ildən çoxdur ki, “qanunsuzdur” dedikləri bu boyda karxananın qarşısını alan yoxdur. Uşaqlar tozanaqdan məktəbə gedib-gələ, səs-küydən dərs oxuya bilmir. Yata, istirahət edə bilmirik. Bunun xəstəsi olanı var, körpəsi olanı var…”

“Xalqın sərvətini talayırlar”

Kənd sakini Ziyafət Əliyev deyir, əsas məşğuliyyəti və qazanc yeri əkinçilik, heyvandarlıq olan kəndli qum-çınqıl, qazıntı səbəbindən hər şeydən uzaq düşüb:

“Göz görə-görə xalqın təbii sərvətini talayırlar, baxın, çayı nə günə qoyublar. Hər yeri qazıblar, heyvanları örüş yerinə apara bilmirik. Ağacları kökündən çıxarıb torpaqları dərinliyədək qazırlar. 10-15 gündən sonra bağları suvarmalıyıq, bu qum-çınqıl üzündən suyumuz kəsilib. Meyvə bağlarımız susuzluqdan yanır. Bizimsə dolanışığımız meyvəçilikdən, əkindən çıxır. Əkin sahələrimizi də qazıb töküblər, qrunt sularıyla dolub. Bir sözlə, burada yaşamaq üçün hər şeyi bərbad ediblər. Ya zavodun fəaliyyətini dayandırsınlar, qazıntıları saxlasınlar, ya da bizi başqa yerə köçürsünlər”.

Lənkərançay Lerik və Lənkəran rayonları ərazisindən axır. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən başlayır. Çayətrafı kəndlərdəki əkin sahələrinin suvarma suyu əvvəllər bu çaydan götürülürdü. Ancaq “Kaspian Yıldız” şirkətinin illərdir ki, çayın yatağında çınqıla görə qazıntı işləri aparması kəndliləri çaydan uzaq salıb.

Şirkət dəfələrlə cərimələnib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi “Kaspi Yıldız” MMC-ni qanunsuz qum-çınqıl hasilatına və ekologiyanı çirkləndirdiyinə görə dəfələrlə məhkəməyə verib. Məhkəmə MMC-ni bir neçə dəfə cərimələsə də, şirkət öz fəaliyyətindədir.

“Kaspi Yıldız” MMC Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsusdur. O, bu şirkəti 1996-cı ildə təsis edib. “Kapitalbank” həm ona, həm qardaşı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı. Şirkətin dövlət büdcəsinə də 9 milyon manat civarında vergi borcu var. İqbal Məmmədovun Lerikdə fəaliyyət göstərən iri quşçuluq təsərrüfatı da var. Hansı ki, çayı çirkləndirən səbəblərdən biri də həmin təsərrüfatda quş kəsimləri zamanı tullantıların çaya buraxılması idi. Piran kəndinin sakinlərinin uzunmüddətli şikayətlərindən sonra təsərrüfatdakı quş kəsimi sexləri bağlanıb.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az