• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 16-10-2026 Jurnalistlərin qurultayı keçirilir - Yeni sədr kim olacaq?
  • 16-10-2026 Ukrayna münaqişəsi Zelenskinin iştirakı olmadan həll ediləcək - Tramp
  • 16-10-2026 Ukraynanın hərbi peyk rabitəsinə çıxışı Ağ Evin göstərişi ilə məhdudlaşdırılıb
  • 16-10-2026 Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
  • 16-10-2026 Azərbaycanın 2027-ci il üçün büdcəsi ilkin variantla müqayisədə dəyişdirilib
  • 16-10-2026 Azərbaycanda bu kəndlərin adı dəyişdirildi
  • 16-10-2026 Bakıda müşahidə edilən tozlu hava sağlamlıqla bağlı problemlər yarada bilər - VİDEO
  • 16-10-2026 İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
  • 16-10-2026 Dərmanları bu iki yerdə saxlamayın
  • 16-10-2026 Meksika turistlərdən 9 dollar vergi alacaq
  • 15-10-2026 Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
  • 15-10-2026 Nərimanov rayonunda qanunsuz tikinti iddiası: Fəxrəddin Musayev küçəsi 65-də hansı işlər görülür? – VİDEO
  • 15-10-2026 Azərbaycan iki nəhəng layihədə - Bakıya risk?
  • 15-10-2026 DİQQƏT! Bu ərazilərdə işıq olmayacaq
  • 15-10-2026 Ukrayna Voronej hərbi aerodromunu vurdu
  • 15-10-2026 Rusiya dizeli ABŞ-a seçkidən əvvəl çatdırmağa çalışır
  • 15-10-2026 63 yaşlı nənə nəvəsi ilə eyni liseydə oxuyur - Şərurdan maraqlı hekayə - VİDEO
  • 15-10-2026 Messi özünə lüks yaxta sifariş etdi
  • 15-10-2026 “Görək, ürəkdən, yoxsa yalandan barışıb” - Təranə Qumral
  • 15-10-2026 Gəlinin 96, bəyin 18 yaşı var: rekord yaşda evlilik

XƏBƏRLƏR

    Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
    Messi özünə lüks yaxta sifariş etdi
    Vinisiusun cəzası bəlli oldu
    "Liverpul" 9 qolluq matçda qalib gəldi
    Osimhenin hamilə sevgilisi qəzaya düşdü - FOTO
    "Ən-Nəsr"in oyunu raket təhlükəsinə görə bir saat gec başladı
    BMW-dən Almaniyanı silkələyən qərar – Parlament sədrinə avtomobil vermədilər
    Türkiyə Super Liqası: “Beşiktaş” öz meydanında “Kocaelispor”u məğlub edib
    Toralın klubu məğlub oldu
    Azərbaycanın iki boksçusu Avropa çempionu oldu
16-05-2018, 16:45

Ağstafada regional idarənin rəhbəri, bəzi jurnalistlərin ünvanına nəlayiq söyüşlər söyür- ŞOK! ŞOK! ŞOK!

Ağstafada regional idarənin rəhbəri, bəzi jurnalistlərin ünvanına nəlayiq söyüşlər söyür- ŞOK! ŞOK! ŞOK!

Bu gün Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Ramiz müəllim, üç rayonun mədəniyyət sahəsinə rəhbərlik etsə də, danışıqlarında mədəniyyətdən kənar ifadələri eşitmək, sanki adi hala çevrilib



Artıq son günlər bəzi media qurumlarının gündəmini zəbt edən mövzulardan biri də, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən, həmçinin ixtisasca mühəndis olan, eyni zamanda adı çəkilən qurumun tabeçiliyində fəaliyyət göstərən turizm və istirahət mərkəzlərində, mədəniyyət müəssisələrində, klublarda və digər sahələrdə əmələ gələn problemlərə “mühəndis prizması”ndan yanaşan Quliyev Ramiz Məmmədhəsən oğlunun qol qoyduğu qanunsuzluqların varlığıdır. Düzdür, adı çəkilən vəzifə sahibinin atdığı addımlarla bağlı bugünədək əksər media qurumlarında silsilə tənqidi açıqlamalar dərc olunub, yaşanan problemlərin varlığı daha çox ictimailəşdirlib. Təəssüflər olsun ki, adı çəkilən bu şəxs dərc olunan tənqidi açıqlamalardan hər hansı nəticə çıxarıb əməli addımlarını atmaq əvəzinə, hələ ki, düşünüb daşındığı addımlarını atmqda qərarlıdır. Bəlkə də kimlərsə düşünə bilər ki, Quliyev soyadını daşıyan Ramiz müəllimin düşünüb daşındığı addımlar, bəlkə problemlərin həllinə yönəlik addımlardır?. Əsla yox! Çünki, regional idarəyə rəhbərlik edən şəxs ötən bir il beş ay ərzində cavabdehlik daşıdığı sahələrdə elə bir problemlər yaradıb ki, həmin problemləri aradan qaldırmaq üçün xeyli müddət zaman tələb olunacaq. Elə ki, Ramiz Quliyevin şəxsi maraqlarının həlli naminə atdığı addımları KİV nümayəndələri ictimailəşdirir, o zaman o, onları “topa tutur”, ünvanlarına nalayiq söyüşlər söyməkdən də çəkinmir. Hətta o, Sizinxeber.com xəbər portalının və digər media qurumunun əməkdaşı ilə üzbəüz görüşərkən “məndən bu günə kimi çox yazıblar, yazan jurnalistlərin var-yo...u” deməkdən də ehtiyat etməyib. Buna da əsas səbəb, KİV nümayəndələrinin onun iç problemlərini arayıb-axtarmaları və az sonra da ictimailəşdirmələri olur. Düşündürücü hal odur ki, hazırda Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Ramiz müəllim, üç rayonun mədəniyyət sahəsinə rəhbərlik etsə də, bu şəxsin əməllərində və danışıqlarında mədəniyyətdən kənar ifadələri eşitmək, sanki adi hala çevrilib. O halda sual oluna bilər ki, olduqca əhəmiyyət kəsb edən bir sahəyə rəhbərlik edən Ramiz Quliyevi vadar edən səbəb nədir ki, hər zaman onun jurnalistlərə qarşı xüsusu aqressiv yanaşması özünü göstərir. Axı, media nümayəndələri dördüncü hakimiyyət olaraq, bu gün də ictimai həyatımızda xüsusi rol oynamaqdadırlar. Söhbət araşdırmaçı və kifayət qədər yaradıcılıq göstəricisi nümayiş etdirən jurnalistlərin peşəkar fəaliyyətlərindən, ədalətin bərpası naminə atdıqları addımların varlığından və s-dən gedir.

Bir məqamı da unutmayaq ki, xalqımızın ümummilli lideri, mərhum prezidentimiz Heydər Əliyev “mənim bilmədiyim həqiqətləri üzə çıxaran hər bir jurnalistə minnətdaram” demişdi. Ulu Öndərin siyasi varisi, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev isə, ötən il iyulun 20-də jurnalistlər üçün tikilmiş növbəti binada Milli Mətbuat Günü münasibətilə mənzillərin paylanması mərasimində çıxışı zamanı “jurnalistlər mənim köməkçilərimdir” deməklə, bir daha KİV nümayəndələrinə qarşı bəlli münasibətini ortaya qoydu. Hətta o, "Dövlət məmurları, yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz", - deyə dövlət başçısı vurğulamışdı.

Yəni, bütün bunlar onu söyləməyə əsas verir ki, istər mərhum prezidentimiz Heydər Əliyev hakimiyyətdə olarkən, istərsə də cənab İlham Əliyevin prezident olduğu illər ərzində, hər zaman jurnalistlərə qarşı səmimi münasibət göstərilib, onlara məxsus problemlərin aradan qaldırılması yöndə addımlar da atılıb. Təəccüblü hal odur ki, respublikamızda jurnalistlərə qarşı ən yüksək səviyyədə münasibət göstərildiyi halda, Mədəniyyət və Turizm Nazirliyinin regional idarələrdən birinə rəhbərlik edən şəxs isə, media nümayəndələrini nəlayiq ifadələrlə söyməklə, açıq-aşkar şəkildə aşağılamaqla məşğul olur. O halda sual oluna bilər ki, danışığının və davranışının bir qədər etik normalara uyğun olması üçün, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinə rəhbərlik edən Ramiz Quliyevlə bağlı hansı addımları atmaq gərəkdir? Ona görə də, hələlik bu yöndə düşünməkdəyik, düşündükcə də ortaya çoxsaylı suallar çıxır.


Mövzuya qayıdacağıq.

Hazırladı: Mətləb Nur
(sizinxeber.com)

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az