• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 06-06-2026 Prezident İlham Əliyev İsveç Kralını təbrik edib
  • 06-06-2026 Bakıda söküləcək ərazilər məlum OLDU
  • 06-06-2026 Müharibə bitsə, ruslar Ukraynaya sərbəst girə biləcək?
  • 06-06-2026 Qazın qiyməti UCUZLAŞDI
  • 06-06-2026 Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
  • 06-06-2026 Mətanətdən Vüqar Muradova ağır sözlər
  • 06-06-2026 Səki kimindir: vətəndaşın, yoxsa Hacı Rasimin? Sabunçu İcra Hakimiyyəti bu vəziyyətə niyə göz yumur ?
  • 05-06-2026 Prezident İlham Əliyev: Təmiz ətraf mühit və “yaşıl artım” hədəfi beş əsas milli prioritetdən biri kimi müəyyən edilib
  • 05-06-2026 Yalan ittiham edənləri hansı cəza gözləyir?
  • 05-06-2026 Bu şəxslərin vərəsələrinə ödəniş veriləcək - Yeni QƏRAR
  • 05-06-2026 Elektrik təchizatında qayda pozuntusu - “Azərişıq” cərimələndi
  • 05-06-2026 Əmlak sığortasının yenidən məcburi fazaya keçirilməsi vacibdir-deputat
  • 05-06-2026 Maaşla bağlı MÜHÜM XƏBƏR
  • 05-06-2026 Afaq Bəşirqızı əməliyyat olundu
  • 05-06-2026 Azərbaycanda cərimə balları 20-dən 50-yə QALDIRILIR?
  • 05-06-2026 Göyçayda əməliyyat - Həbs edilənlər var
  • 05-06-2026 Prezident İlham Əliyev Azərbaycanın minifutbol millisini Avropa çempionluğu münasibətilə təbrik edib - FOTO
  • 05-06-2026 İpoteka verilmir, qiymətlər isə artır: Bakıda köhnə binaların sirri
  • 05-06-2026 Milli Məclisin növbədənkənar sessiyanın ilk iclası başladı
  • 05-06-2026 Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib

XƏBƏRLƏR

    Eyni vaxtda iki telefon işlətmək zərərlidir – yeni araşdırma
    Eşqin Tağıyev Avropa çempionatının ən yaxşı oyunçusu seçilib
    “Liverpul” yeni baş məşqçisini açıqladı
    Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
    Mourinyo ulduz futbolçunu “Real”a gətirmək istəyir
    Azərbaycan millisi finalda - Avropa çempionatı
    İspaniya çempionatında ən gözəl qolun müəllifi oldu
    "Turan Tovuz" Konfrans Liqasından KƏNARLAŞDIRILDI: CAS-a şikayət ediləcək
    "Fənərbağça"ya ulduz axını: 2 məşhur futbolçu gəlir
    Dünyanın ən dəyərli klubları bilindi
5-03-2022, 07:44

TƏSƏRRÜFATIMIZIN CIBINDƏN OĞURLUQ EDƏNLƏR- VIDEOFAKT

TƏSƏRRÜFATIMIZIN CIBINDƏN OĞURLUQ EDƏNLƏR- VIDEOFAKT


Kənd Təsərrüfatı Nazirliyinin tərəfdaş şirkəti fermerlərin subsidiya kartlarından pul oğurlayır? – Sara Qrup QSC-nin qoluzorluları ilə jurnalistlər arasında insident yaşandı





2020-ci ilin əvvəlindən qüvvəyə minən yeni aqrar subsidiya qaydasına uyğun olaraq kənd təsərrüfatı məhsulları istehsalçılarının subsidiyaları onlara paylanmış «Fermer kartı»na köçürülür. Bu vəsaitin 25 faizi nağlaşdırılan, 75 faizi isə nağdlaşdırılmayan hissədir. Fermerlər öz kartlarındakı nağdlaşdırılmayan hissədən elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçmiş təchizatçılara POS-terminal vasitəsilə ödəniş etməklə təsərrüfatları üçün lazım olan üzvi və orqanik gübrə, pestisid, toxum və ting ala bilirlər.

Fermer kartlarından təyinatına uyğun olaraq istifadə edilməməsi vətəndaşların növbəti dəfə subsidiya almasında problemlərə səbəb ola bilər. Ona görə də fermer kartlarının heç kimə verilməməsi tövsiyə edilir. Çünki, bəzi işbazlar insanların sadəlövhlüyündən istifadə edib kartdakı vəsaiti mənimsəməyə cəhd edirlər.

«Fermer kartı»ndakı nağdlaşdırılmayan hissənin qanunsuz əməliyyatlara cəlb edilməsi, nağdlaşdırılması, təyinatı üzrə istifadə edilməməsi kart sahibinin üzərinə məsuliyyət yükləyir və onun növbəti subsidiyalarını almaqda problem yaşamasına səbəb ola bilər. Bu, fermer kartının istifadəsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin aqrar sahədə çalışan şəxslərə müraciətində qeyd olunub.

Lakin bu müstəvidə bəzən elə ağlabatmaz işdəycələrə rast gəlinir ki, bunun fermer kartlarının ilkin konfidensial məlumatlarını bilən peşəkarlar tərəfindən törədildiyi qənaəti yaradır.

Məsələn, “Dəryaz” qəzeti redaksiyasına müraciət edən Biləsuvar rayonunun Bağbanlar kənd sakini, 1967-ci il təvəllüdlü Mirəliyev Yaşar Rəhim oğlu əmindir ki, subsidiya kartını və onun konfidensial məlumatlarını bu il heç kimə verməyib, amma…

Dediklərindən: “Mənə ümumiyyətlə payızlıq əkin üçün verdiyim bəyana görə ümumilikdə 400 manat nağdsız subsidiya ödənilməlidir. Onun mərhələli qaydada ilkin olaraq 252 manatı nağdsız, 84 manatı da nağdlaşdırılması mümkün formada fermer kartıma yüklənilmişdi. Mən fevralın 17-də 84 manatı kartdan çıxarmışam. Bazar günü traktor danışmışam, sahəyə azot səpmək üçün. Girmişəm terminala, hesablatdırmışam, bildirilib ki, 13 ədəd karbamid düşür. Kartı salanda boş görünüb, problem olduğu bildirilib. Həftənin birinci günü “Kapitalbank” filialına gedib kart üzrə fevral ayındakı əməliyyat dövriyyəsinin çıxarışını əldə etmişəm. Məlum olub ki, ayın 22-dən 23-nə keçən gecə TapAqro – Sara Qrup şirkəti tərəfindən 252 manatı mənimsənilib. Özü də hissə-hissə, müxtəlif məbləğlərdə çıxarılıb. Dövlət Aqrar İslahat Mərkəzinə və Sara Qrup-un baş ofisinə müraciət etmişəm. Araşdırıb öyrənmişəm ki, vəsait sözügedən şirkətin Balakən rayonundakı filialında işləyən bir xanım tərəfindən terminal vasitəsilə nağdlaşdırılıb.







Öz növbəsində internet üzərindən axtarış edib öyrəndik ki, Sara Qrup QSC şirkəti bütün növ kənd təsərrüfatı işləri, gübrə, toxum, mikroelement, bitki mühafizəsi vasitələri, pestisid, mal-qara, heyvan yemi və s. kənd təsərrüfatı təyinatlı malların idxalı və kənd təsərrüfatı müəssisələrinə, fermerlərə satışını həyata keçirir. Həmçinin, müəssisələrin idarəçiliyə götürülməsi, onların inkişaf strategiyasının və investisiya planlarının hazırlanması işlərində də köməklik edir. Belə başa düşmək olur ki, şirkəti tərəf müqabili kimi özünə Kənd Təsərrüfatı Nazirliyi seçib və Yaşar Mirəliyev kimi sadə zəhmətkeş kənd təsərrüfatı məhsulları istehsalçılarının şirkəti tanıyıb-tanımaması, haqqında hansı rəydə olmaları ilə hesablaşan yoxdur.

Növbəti addımda şirkətin Bakıdakı mərkəzi ofisinin telefonlarına zəng vurub məsələ ilə bağlı ümumi məlumat verdik və mövqe bildirmələrini xahiş etdik. Bizi ertəsi gün üçün ofisə dəvət etdilər. Ertəsi gün, yəni, martın 3-də bu sətirlərin müəllifi və daha bir həmkarı ilə birgə şirkətin Bakı şəhəri Nərimanov r-nu, Ələsgər Qayıbov küç., 1222 ünvanda yerləşən mərkəzi ofisinə yollandıq. Orada biz şirkətin audit departamentinin auditoru Aqil Mirzəyev və satış departamentinin rəis müavini Elşad Cəfərli ilə ünsiyyətdə olduq. Onlar məsələ ilə bağlı məlumatsız olduqlarını, problemin şirkətin bölgə filialının əməkdaşlarının səhvi ucbatından yaranmış ola biləcəyini istisna etmədiklərini bildirdilər və şirkət rəhbəri Şirvan müəllim ilə görüşməyimizi məsləhət gördülər. Lakin iclasda olduğu deyilən rəhbər şəxsi bir saat gözləməyimiz nəticə vermədi. Həmin vaxt ərzində həmsöhbətlərimiz olan şirkət əməkdaşları Biləsuvar regional şöbəsinin təmsilçisi Cəsur ilə danışdılar və bizə dedilər ki, o adam (yəni, rayon filialının təmsilçisi) kartdan çıxarılmış pulu özü ödəməyə (belə başa düşdük ki, səhvini bu yolla düzəltməyə) razıdır. Bu təklifin şikayətçi tərəfi də qane edəcəyini təxmin edib ofis binasının həyətinə endik. Sonra bizə şirkət rəhbərliyinin mövqeyini dəyişdiyini bildirdilər ki, bəs “problemin həlli bizlik deyil”. Belə qeyri-konstruktiv mövqeyin qarşılığında biz də öz növbəmizdə məsələni ictimailəşdirərək hüquq-mühafizə və cinayət təqibi orqanlarının diqqətinə çatdıracağımızı dedik. Ərazini tərk etmək üçün maşınımıza oturub gedəndə mühafizəçi qabağımızı kəsdi ki, bəs tapşırılıb sizi burdan buraxmayaq. Həmin tanış olduğumuz Aqil və Yaşar adlı şəxslər üstümüzə hücum çəkib telefonumuza əl atdılar ki, bəs siz şəkil çəkmiş, səs yazmısınız. Bu çək-çevirdə telefon sındı. Məcbur olub avtomobilə əyləşdik və qapı-pəncərəni bağlayanda Aqil şüşəni yumruqlamağa başladı. Biz salondaca DİN-nin “102” xidmətinə zəng vurduq. Başımıza gələn hadisəni qeydə alıb ünvana polis naryadı göndəriləcəyini vəd etdilər. Ürəklənib maşından çıxdıq. Bu zaman təxminən 20 nəfərə yaxın idmançı cüssəli cavan adamlar bizə yenidən hücum çəkib təhqiramiz ifadələr işlətdilər, və bir nəfər adını bilmədiyim cavan oğlan məni yumruqlamağa başladı,əl-qol atıb avtomobilin yan pəncərəsinin mexanizminə zərər yetirdilər. Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşlarının gəldiklərini görüb maşını çıxarmağımıza icazə verdilər. Daha sonra biz DİN-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elşad Hacıyevə zəng vurduq və insidentin araşdırılmasında obyektivliyin təmini üçün şirkətin yerləşdiyi binanın həyətindəki müşahidə kameralarının qeydə aldığı görüntülərin də incələnməsinin vacibliyini diqqətə çatdırdıq. Təssüf ki, hadisə yerinə gələn baş təhqiqatçı Nurlan müəllim bizim bu xahişimizi təmin etmədi. Cənab E.Hacıyev insidentə obyektiv qiymət verilməsi üçün hər şeyin qanun çərçivəsində ediləcəyini vəd etdi. Polisə izahat yazmalı olduq.



Öyrənmişik ki, sözügedən sahə üzrə ixtisaslaşmış şirkətlərin sayı təxminən 30-a yaxındır. Onların sırasında ən öncülləri “EMA” və “Sara Qroup” QSC – dir. Onu da eşitmişik ki, sahənin monopolistləri olan bu iki şirkətin arxasında yüksək mənsəbli şəxslər durduğundan, hətta güc strukturlarına da təsir göstərə, onların vasitəsilə peşə fəaliyyətini həyata keçirən jurnalistlərə təzyiq edə, hətta bu sahədə neqativ halları ictimailəşdirməyə cəhd edən KİV işçilərinin dilindən iltizam alaraq boyunlarına sözügedən şirkətləri tənqid etməmək öhdəliyi qoymağa nail olurlar. Ümidvarıq ki, çox hörmətli daxili işlər naziri cənab Vilayət Eyvazov bu məsələni nəzarətə götürəcək və aşkarladığımız de-fakto dələduzluq faktına hüquqi qiymət verilməsinə, eləcə də peşə fəaliyyətimizi həyata keçirməyimizə mane olan şəxslərin məsuliyyətə cəlb olunmasının təmin edilməsinə nail olacaqdır.

P.S. Məqalə dərc olunan zaman öyrəndik ki, Yaşar Mirəliyev keçən il adı gedən Sara Qrup şirkətinin Biləsuvar şöbəsindən kübrə alıb və filialın rəhbəri Cəsur onun kartının şəkilini çəkməyə ixtiyarı olmadığı halda bu addımı ataraq kartın və şəxsiyyət vəsiqəsinin şəkilini özündə saxlayıb. O, Balakən rayon filialının rəhbəri İlqar bəylə cinayət əlaqəsinə girərək kartın şəkilini bu filiala göndərərək, 252 manat pul gecə vaxtlarında hissə- hissə olmaqla bir xanımın adına köçürülüb

Mövzunu diqqətdə saxlayacağıq.

Habil Tağıyev.

Deryaz.az.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az