"Şair Alxasovun Rusiyada böyük biznesi var. O, Azərbaycandan oğurladıqlarını Rusiyaya yatırır". Bu ifadələr Qusar sakinləri adından edilən müraciətdə yer alıb.
Narazı vətəndaşlar dia.az-a yazırlar:
"Şair Alxasov elə bir adamdır ki, nə qusarlı kimi qusarlı deyil, nə də bir başqa yerin adamı deyil... Bu adam gəldiyi ilk gündən qarşısına tək məqsəd qoyub: DAHA çox pul qazamaq...
Bu gün Qusarda əlinizi hara uzatsanız, deyəcəklər ki, ya Alxasovundur, ya onun hansısa qohumun, ya da hansısa yaxının...
Əgər DTX QUsarda bir əməliyyat keçirsə, çox ciddi faktlar üzə çıxar. Doğrudur, buna qusarlılar inanmır. Çünki Alxasov hər yerdə deyir ki, dövlət odur...
Biz qusarlıların isə tək bir istəyi var: Bizi Alxasovun zülmündən xilas edin..."//dia.az/