• Ana səhifə
  • Son xəbər
  • Siyasət
  • Cəmiyyət
  • Sosial
  • Bölgə
  • İqtisadiyyat
  • Dünya
  • Mədəniyyət
  • Hadisə
  • Fotosessiya
  • Şou
  • Xəbərlər

XƏBƏR LENTİ

  • 01-09-2026 Avropalı nazirlər Siluanovu küncə qoydular
  • 01-09-2026 Yasamal İcra Hakimiyyəti ağacların məhvi hesabına inşa olunan qanunsuz tikilyə niyə göz yumur? - VİDEO
  • 01-09-2026 “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
  • 01-09-2026 “Rusiya tərəfindən müsbət siqnallar alırıq” - Mirzoyan
  • 01-09-2026 Trend BİA-nın 31 ili: KİV-dən texnoloji startapa gedən yol
  • 01-09-2026 "Qalatasaray"dan 11 milyon avroluq transfer
  • 01-09-2026 Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan
  • 01-09-2026 Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
  • 01-09-2026 Ailəsi məcburi şəkildə evləndirmək istədi, sığınacağa qaçdı - VİDEO
  • 01-09-2026 Nərmin Ələkbərovaya vəzifə verildi
  • 01-09-2026 Nazir Elnur Mirzəyevi təqaüdə göndərdi
  • 01-09-2026 “The Independent”, “The Guardian” və “BBC”də Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib - MEDİA
  • 31-08-2026 Qarabağla bağlı sensasion sənəd üzə çıxdı - Ermənistan DİN 23 il əvvəl məhkəmədə nə deyib?
  • 31-08-2026 İrana və İrandan hərəkət edən 83 gəmiyə imkan verilməyib – ABŞ Ordusu
  • 31-08-2026 Paytaxtın bu küçələrində tıxac var
  • 31-08-2026 Avtomobillərin qiyməti artacaq? - VİDEO
  • 31-08-2026 Bakıda bu mənzillərə tələbat artdı - VİDEO
  • 31-08-2026 "Tasnim": ABŞ ordusu Lark adasına hücum edib, ölənlər var
  • 31-08-2026 Bu qidaları dərmanlarla birlikdə qəbul etməyin
  • 31-08-2026 İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır

XƏBƏRLƏR

    “Sosial şəbəkələrə əyləncə kimi baxıram” - Qurban Qurbanov
    "Qalatasaray"dan 11 milyon avroluq transfer
    Premyer Liqa: "Qarabağ" 10 nəfərlə "Sumqayıt"a qalib gəlib
    İlk görüşdə bunu edənlər 2-ci görüş şansı qazanır
    Tramp iki ölkəni hədələdi: Sərt cavablar...
    "Liverpul"dan "Mançester Siti"yə keçəcək
    Uşağın özünəinamını gücləndirən 8 cümlə: Valideynlər bunları daha çox deməlidir
    Avropa Liqasında püşk atıldı
    Qurban Qurbanov "Sabah" - "Barselona" qarşılaşması barədə danışdı
    "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan açıqlama
11-12-2021, 07:16

Deputatın şirkəti VƏTƏNDAŞLARA QARŞI... - Müdaxilə OLACAQMI?

Deputatın şirkəti VƏTƏNDAŞLARA QARŞI... - Müdaxilə OLACAQMI?


"Sahələri məhv edirlər, çınqılı, torpağı daşıyırlar, çayın dibi 15 metrdən çox qazılıb, bu isə torpağın altında boşluqlar yaranmasına səbəb olub. Bir müddətdən sonra buralar da sürüşmə zonasına çevriləcək”.

Bir neçə gün əvvəl Lənkəranın Təngivan kənd sakinləri Meydan TV-yə müraciət edərək Lənkərançayda aparılan qazıntıya görə çayətrafı ərazilərin dağıdıldığını deyirdi.

Bu dəfə isə Lerik rayonu, Piran ərazisinin Qışlaq kənd sakinləri müraciət ediblər. Onlar Lənkərançayın bir qolu olan və Qışlaq kəndindən keçən Ləkərçayın qazılması nəticəsində çayətrafı ərazilərin dağıdıldığını bildirirlər. Onların sözlərinə görə, illərdir ki, "Kaspi Yıldız” şirkəti Ləkərçaydan çınqıl çıxarır, nəticədə yaşıllıqlar məhv edilib, kəndlilərin istifadə etdiyi yollar dağıdılıb, onlar çaydan suvarma işləri üçün istifadə edə bilmirlər. Kənd sakini Qalib Kərimov danışır:

"Fövqəladə Hallar Nazirliyindən, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəldilər, onların gəlişindən sonra çınqıl zavodu işi dayandırdı, ancaq bir həftədən sonra yenə işə başladı. Hər yeri viran qoyublar, qaza-qaza gəlib kəndin içərisinə çatıblar. Bu gedişlə kəndimizdə bircə ailə də qalmayacaq, hamı başını götürüb köçəcək buralardan”.

Ləkərçay Lənkərançayın bir qoludur, Lerik və Lənkəran rayonları ərazisindən axır. Uzunluğu 84 km, hövzəsinin sahəsi 98 km²-dir. Mənbəyi Talış silsiləsinin cənub-şərq hissəsindən başlayır. Çayətrafı kəndlərdəki əkin sahələrinin suvarma suyu əvvəllər bu çaydan götürülürdü. Ancaq "Kaspi Yıldız” şirkətinin illərdir ki, çayın yatağında çınqıla görə qazıntı işləri aparması kəndliləri çaydan uzaq salıb.

Kənd sakini Ağalar Əliyev danışır: "Mən bu çayın halına ağlayıram. Uşaqlığım bu çayın kənarında keçib. Sahələrimizi bu çayın suyuyla suvarırdıq. İndi sahələrimiz də susuz qalıb. Qaza-qaza gəlib kəndin içərisinə çıxıblar. İndi biz nə edək, dədə-baba yurdumuzu atıb, başımızı götürüb gedək? Axı bu çay bizim təbii sərvətimizdir, bu boyda çayı, onun sahilini, bu boyda yaşıllıqları, əkin sahələrini, yollarımızı, kəndimizi bir işbazın tamahına qurban vermək olmaz. Tökür texnikaları çaya, dibini qazır, daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "qaynar xətt”inə dəfələrlə zəng etmişik, nazirliyin aidiyyəti üzrə departamentdən gəldilər, baxış keçirtdilər, işi dayandırdılar, sonra iş yenə davam etdi”.

Dekabrın 1-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi öz rəsmi "Faceebok” səhifəsində Ləkərçaydakı qazıntıyla bağlı məlumat yerləşdirib. Həmin məlumatda qeyd olunub ki, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşları tərəfindən Lerik rayonu Piran kəndi ərazisində keçirilən nəzarət tədbirləri zamanı "Kaspi Yıldız” MMC tərəfindən qanunsuz qum-çınqıl hasilatının aparıldığı müəyyən edilib. Agentliyin rəsmisi Samir Qurbanov bildirib ki, faktla bağlı bu ilin 26 oktyabr tarixində protokol tərtib edilib və şirkət barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Lerik Rayon Məhkəməsinə göndərilib.

Samir Qurbanov onu da bildirib ki, sözügedən şirkət qanunsuz qazıntı işlərini davam etdirdiyi üçün barəsində toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

"Kaspi Yıldız” MMC-nin Lerikin 78 saylı dairəsindən deputat seçilmiş İqbal Məmmədova məxsus olduğu bildirilir. Bu il "Kapitalbank” həm ona, həm qardşaı Çingiz Məmmədova, həm də şirkətə qarşı məhkəmə iddiası qaldırmışdı.

Bu ilin fevralında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti də "Kaspi Yıldız” Azərbaycan-Türkiyə Birgə Müəssisəsini dövlət büdcəsinə olan borcuna görə məhkəməyə vermişdi.

Vergi Xidməti şikayət ərizəsində şirkətin dövlət büdcəsinə 9 milyon 262 min 108 manat vergi borcu olduğunu göstərib.

Meydan TV "Kaspi Yıldız” MMC-nin rəhbərliyi, eləcə də İqbal Məmmədov ilə əlaqə saxlaya bilməyib.

Bundan əvvəl Piran sakinləri Meydan TV-yə müraciət edərək kənd ərazisində fəaliyyət göstərən və İqbal Məmmədova məxsus olduğu bildirilən quşçuluq təsərrüfatlarının da ekologiyaya zərər vurmasından şikayətlənmişdilər.

Sakinlərin deməsinə görə, bir müddətdir ki, təsərrüfat fəaliyyətini davam etdirsə də, ekologiyaya zərər verən sexləri – quş kəsimi bölmələri bağlanıb.

1 il əvvəlsə Astarada su çəkilişində fəhləlik etmiş bir qrup sakin Astarada yerləşən "Relax” istirahət Mərkəzinin qarşısında aksiya keçirərək maaşlarını tələb etmişdilər. İddia edirdilər ki, onları su çəkilişində işlədən "Kaspian Yıldız” şirkəti pullarını ödəmir, fəhlələr borcun İqbal Məmmədov tərəfindən ödənilməsini tələb edirdilər. Şirkətin ofisi "Relax”ın həyətində yerləşdiyi üçün onlar istirahət mərkəzinin giriş və çıxışını bağlamışdılar.

Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Ən çox baxılanlar
Pandemiya ilə mübarizədə ön cəbhənin əsgərləri - Onlar özlərini necə qorumalıdır? - SORĞU
Deputatın qızı iynəni qadının bağırsağında unutdu
Ceyhun Bayramovla Baş nazirin dezinfeksiya üçün ayırdığı pulları müqayisə etdikdə... - İLGİNC FAKTLAR
Prezident İlham Əliyev: "Bundan sonra da ordumuzun inkişafı, maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir texnika ilə təchizatı üçün lazımi addımlar atılacaq"
Vahid Əhmədov: “Dağlıq Qarabağ problemi artıq Rusiyanın da ixtiyarından çıxıb”
Kiyevin mərkəzində partlayış baş verib
Heyvanları botulizm xəstəliyindən necə qorumalı?
Avropadan ölülərlə bağlı yeni qərar: "Meyitlər kənd təsərrüfatında istifadə ediləcək"
Bu icra başçılarına həbs təhlükəsi yaranıb – Seçkilərə görə
2019-cü ilə problemli kreditlərlə gedirik: həll yolu nədir?
İlham Əliyev Davos Forumunda iştirak edəcək
Uşaqları "Şaxta babanın toyuna" dəvət edirlər
Zaqatalada Mövlüd Qəhrəmanovun “qəhrəman”lığı
"Şikayətlər etsək də, xeyri olmayıb..." - Müraciət...
Bu qidaları çox yemək insanı öldürür - Eləsi var cəmi 1 saata təsir edir
“İlhamənin cangüdəni İlkini söhbətə çağırdı, mən getdim” - Kənan
Copyright © 2013 - 2018.
Bizimlə əlaqə: +99455 234-07-11
E-mail: [email protected]

Powered by Webmedia.az